Hacı Əhliman Rüstəmovun informasiya bloku


Fəcr | Gün | Zöhr | Şam | Gecə
18 Aprel 09:03
1 Şərh
7726

Cin, cadu, tilsim, sehr – bütün şər qüvvələri sadə yolla dəf etmək olar

Varlıq aləmində Allahın iradəsi ilə yaşayan qüvvələri dörd hissəyə bölmək olar:

1. Zəmimə qüvvələri.

2. Xüsusi ayın qüvvələri.

3. Ruhi qüvvələr.

4. Mənəvi qüvvələr.

Zəmimə qüvvələrinin özü də iki dəstəyə bölünür: cinlərə və şeytanlara.

İkinci qüvvələr o qüvvələrdir ki, xüsusi sözlər və ya ədəd, cədvəl vasitəsilə meydana gələr. Adətən sehr və cadu vasitəsilə yaranan qüvvələrdir.

Ruhi qüvvələr insanın ruhuna aid edilir. İnsan nəfsini tərbiyə edərək, əşyaları gözü ilə tərpədə bilər, havada uça bilər.

Mənəvi qüvvələr o qüvvələrdir ki, Allah itaət əhlinə əta etmişdir. Bu dördüncü dəstə insanlarda İlahi qürb məqamının əlamətləri olur. Ona görə də bu qüvvələrə bəzən kəramət də deyirlər.

Şeytanlar (lən) – o varlıqlardır ki, Allahın izni ilə insanı vəsvəsə edir və aldadırlar. Şeytanların başında İblis (lən) durur və onun insanların həyatına nüfuz etməyə haqqı yoxdur. Quranın buyurduğu kimi, sadəcə insanı vəsvəsə və dəvət edər.

Ancaq cinlər insanlar kimi bir varlıqlardırlar. Onlar da mükəlləfdirlər. Həm itaətkar olurlar, həm də üsyankar. Ona görə də onların da içində insanlar kimi mömin və kafirləri vardır.

Bəs insan cinlərlə əlaqə qura bilərmi?

Bu sualın cavabında deyə bilərik ki, adi halda bu varlıqların insanın həyatına nüfuz etməsi mümkünsüzdür. Ancaq bəzi insanlar bəzi çirkin yollarla onlar rabitə qura bilərlər. Mömin cinlər heç bir zaman bu cür insanlara itaət etmirlər. Ancaq mömin olmayanları aldanıb, bu yola gələ bilərlər. Özlərini bəzi insanların ixtiyarına qoya bilərlər. Onlar üçün xəbərgətirən rolunu oynaya bilərlər.

Bu cinlər ola bilsin ki, başqa insanların həyatına bəzi təsirlər də qoya bilsinlər. Allahın mömin bəndələri Onun himayəsində olduqları üçün, bu ziyanlardan amandadırlar. Ona görə deyilir ki, iman insan üçün möhkəm bir mühafizdir və onu qoruyar.

O ki, qaldı cadu və tilsimə, onu aradan qaldırmağın iki yolu vardır: Allaha təvəkkül etmək və bəzi əməl və zikrləri yerinə yetirmək.

Hədislərimizin buyurduğuna görə Quranın bəzi ayələri bu tilsim və sehri aradan qaldırmağa qadirdir. O cümlədən: “Ayətül-kürsü”, “Nas”, “Fələq” surələri. Ayətullah Behcət buyurur: “Bizim ki, “Nas” və “Fələqimiz” vardır – heç bir qorxuya yol yoxdur”.

İmam Sadiqdən (ə) gələn hədisdə oxuyuruq: “Təəccüb edirəm o kəsə ki, məkr və hiyləyə məruz qalmışdır və bu zikrə pənah aparmır:“Mən öz işimi Allaha tapşırıram. Çünki Allah bəndələri(n halını) görəndir”. (“Ğafir” 44)”.

Ayətullah Behcətin sehri dəf etməklə bağlı tövsiyələri:

1. Yanınızda kiçik Quran olsun.

2. “Nas” və “Fələq” surələrini oxuyub təkrar edin.

3. “Ayətül-kürsü” oxuyub evinizə asın.

4. Yatan zaman “Qul” ilə başlayan dörd surəni oxumaq.

5. Hər gün Qurandan təxminən 50 ayəni yüksək səslə oxumaq.

Həmçinin hədislərimiz buyurur ki, “Yasin” surəsini yazın və yanınızda gəzdirin.

 

www.ahliman.info

Digər “Mənəviyyat ” Xəbərləri

İmam Hüseyni (ə) ziyarət etməyin əhəmiyyəti.

🔷İmam Sadiq (ə) İbn Vəhəbə deyir: «Məbada qorxub Hüseynin (ə) ziyarətinə getməyəsən. Əgər belə etsən, qiyamətdə getməməyinə görə həsrət çəkəcəksən. Allahın səni... Davamı..

Məhərrəm ayının birinci gününün əməlləri

“Məhərrəm” – Əhli-beytin və şiələrinin matəm ayıdır. İmam Rzadan (ə) nəql olunur ki, Məhərrəm ayı daxil olanda, heç kim atam imam Kazimi... Davamı..

‘Mübahilə’ gününün əməlləri

Zilhiccə ayının 24-ü “Mübahilə” günüdür. (Mübahilə – iki nəfərin bir-birinə qarşı nifrin və qarğış etməsi.) Peyğəmbəri-Əkrəmin (s) həzrət İsanın (ə) allahlıq məqamında... Davamı..

Qədir-Xum hadisəsinin əhəmiyyəti

Qədir-Xum bayramını “Allahın böyük bayramı” adlandırmışlar; bu bayram İslam təqvimindəki bütün bayramlardan yüksəkdə duran bir bayramdır. Qədir-Xum bayramı daha dolğun bir mahiyyətə... Davamı..

‘Qədir-Xum’ gününün əməlləri

Zilhiccə ayının 18-i  “Qədir-Xum” gündür və İslamda ən böyük bayramlardan biridir. Bir rəvayətdə imam Sadiqdən (ə): “Müsəlmanların cümə günü, “Fitr” və “Qurban”... Davamı..

İldə oruc tutulması müstəhəb olan dörd əsas gün İshaq ibn Abdullah əl-Ələvi deyir:

Atam və əmilərim ildə oruc tutulması savab olan dörd günün ilin hansı günləri olması barədə bir-biriləri ilə mübahisə və ixtilaf etdilər. Onlar... Davamı..

Zilhiccə ayının 10-cu günü Qurban bayramıdır və çox şərəfli bir gündür. Həmin günün bir neçə əməli vardır.

1. Qüsl etmək; 2. Bayram namazı; bu namaz imamın hüzuru dövründə vacibdir və camaatla qılınmalıdır. Amma imam qeybdə olduğu vaxt bu namaz müstəhəbdir... Davamı..

Zilhiccə ayının 9-cu günü  “Ərəfə” günüdür.

Zilhiccə ayının 9-cu günü  “Ərəfə” günüdür. “Ərəfə” günü bayram kimi tanınmasa da, böyük bayramlardan biridir. Allah-Taala həmin gün öz bəndələrini ibadət və... Davamı..