Hacı Əhliman Rüstəmovun informasiya bloku


Fəcr | Gün | Zöhr | Şam | Gecə
19 May 17:30
Şərh Yoxdur
4560

Əhli-Beytə (ə) salavat, oruc, istigfar, Quran oxumaq, kindən təmizlənmək – Şəban ayının bəyənilən əməlləri

Hər kim bu rəhmət ayında axirət azuqəsini çoxaltmaz, Həqiqi Dost ilə görüşə necə ümid bəsləyə bilər ki? Allaha gərək şükür edək ki, bu il də Şəban ayı kimi fəzilətli bir ayı bizlərə nəsib etdi və onu görmək qismətimiz oldu. Əgər bu rəhmət ayının hər saat və dəqiqəsindən bəhrələnə bilsək, axirət ehtiyatımızı zənginləşdirə bilərik.

Hədislərimiz deyir ki, bu ayda şəfaət olmağa və bağışlanmağa ümid bir neçə dəfə çox olar. Çünki Həzrət Peyğəmbər (s) bu ayın adlarından birini şəfaət adlandırmışdır. Peyğəmbər (s) buyurur: “Şəban mənim ayımdır, bu ayda Peyğəmbərinizə (s) çoxlu salavat göndərin. Şəban ayı ona görə şəfaət ayı adlanır ki, Peyğəmbəriniz (s) bu ayda ona salavat göndərən hər kəsə şəfaət edər”. (Tebyan/Deyerler)

Həzrət Rəsuli-Əkrəm (s) başqa yerdə buyurur: “Şəban – mənim ayımdır. Ramazan ayı – Allah Təalanın ayıdır. Hər kim mənim ayımda bir gün oruc tutar, mən Qiyamət günü onun şəfaətçisi olaram. Hər kim mənim ayımın iki gününü oruc tutar – günahları bağışlanar. Hər kim mənim ayımın üç gününü oruc tutar – ona deyilər ki, işlərinə başdan başla”.

Hər kim bu ayda ibadət və itaətini artırar, özünü Allah süfrəsi üçün daha yaxşı hazır edər. İmam Rza (ə) Əba Sələtə Şəban ayının son günlərində buyurur: “Allaha günahlarına görə tövbə et, çünki mübarək (Ramazan ayı) gələndə xalis olasan”.

Bu ayda bəyənilən əməllər.

1. Tövbə və istiğfar. Bu ayda ən çox diqqət etməli olduğumuz əməllərdən biri – istiğfardır. İmam Rza (ə) bu ayda Əba Sələtə buyurur: “Sənə faydalı olana üz çevir. Ona görə də çoxlu dua və istiğfar et”. İmam Rza (ə) bu ayda edilən tövbənin əhəmiyyəti barəsində buyurur: “Hər kim Şəban ayında Allah dərgahında 70 dəfə istiğfar edərsə, günahları bağışlanar, baxmayarq ki, ulduzların sayı qədər olsa belə”.

2. Quran oxumaq. İmam Rzanın (ə) bu ayda tövsiyə etdiyi əməllərdən biri də Quran oxumaqdır. Əziz İmam (ə) Əba Sələtə buyurur ki, bu ayda çoxlu Quran oxusun.

Həzrət Peyğəmbər (s) buyurur: “Allah məscidində heç bir Quran tilavəti və dərsi bərqərar olmaz, məgər o halda ki, onlara hüzur nazil olar və rəhmət onları əhatə edər. Mələklər ətrafında halqa vurarlar”.

3. Kini paklamaq. İmam Rzanın (ə) tövsiyə etdiyi başqa bir əməl – kini aradan aparmaq və bağışlamağı öyrənməkdir. Əgər qəlb kin kimi zülmətdən xilas ola bilərsə, o zaman nurani ola bilər. Çünki bu təhlükəli xəstəlik ardınca başqa xəstəlikləri də gətirər. O cümlədən: qeybət, həsəd, yalan, töhmət, qəzəb, tənə vurmaq və sair kimi. Hədislərdə oxuyuruq: “Eyiblərin kökü – kin bəsləməkdir”.

Allah Təala bizlərə bu mübarək aydan bəhrələnməyi nəsib etsin.

 

www.ahliman.info

Digər “Mənəviyyat ” Xəbərləri

Ləylətur-Rəğaib’ (İstəklər gecəsi) və məxsus əməllər

Rəcəb ayının ilk cümə axşamı“Leylətur-rəğaib” (istəklər gecəsi) adlanır və Rəcəb ayının əzəmətli, fəzilətli gecələrindəndir. Onun fəzilətlərindən biri də günahların bağışlanmasıdır. Hədislərə əsasən,... Davamı..

Rəcəb ayında oxunulan dualar

Əvvəl deyirsən: ”Ya mən ərcuhu likulli xəyrin və amənə səxətəhu ində kulli şərr, ya mən yu`til kəsirə bil-qəlil, ya mən yu`ti mən səələhu,... Davamı..

Mübarək Rəcəb ayının birinci gününün ƏMƏLLƏRİ

1. “İstiğfar” etmək: İmam Sadiqdən (ə) Peyğəmbəri-Əkrəmin (s) belə buyurduğu nəql olunur: “Rəcəb ayı ümmətimin “istiğfar” ayıdır. Bu ayda çoxlu istiğfar edin (və... Davamı..

Rəcəb ayının ilk gecəsinin duası

– Ayın hilalı göründüyü zaman oxunur: اللَّهُمَّ أَهِلَّهُ عَلَيْنَا بِالْأَمْنِ وَ الْإِيمَانِ وَ السَّلاَمَةِ وَ الْإِسْلاَمِ رَبِّي وَ رَبُّكَ اللَّهُ عَزَّ وَ... Davamı..

Nə üçün Allah insan həyatı üçün təhlükəli şeylər yaradıb?

Qur`an buyurur ki, Allah hər şeyi gözəl yaradıb.[1] İlanın bədənindəki zəhər bir çox ağır xəstəliklərin dərmanıdır. Hansı ki, yanlış olaraq, bu zəhərə... Davamı..

HƏZRƏT ÜMMÜL BƏNIN

Əli ibn Əbu Talib əleyhissalam qardaşı Əqil ilə məsləhətləşib ondan istədi ki, həzərətə elə bir nəsildən xanım tapsın ki, şücaətli övladlar dünyaya... Davamı..

Heç bir şey SALAVAT qədər dərdimə dəymir

Heç bir şey SALAVAT qədər dərdimə dəymir İrfan və mərifət yolunun saliki, rəbbani alim, Həzrət Ayətullah Seyyid Bəhauddini (r.ə) buyurub: Üç şey... Davamı..

Bu duanı unudanda QƏZA etməlisən

İmam Sadiq (ə) buyurur ki, Günəş çıxmamışdan və batmamışdan öncə bu zikri və duanı 10 dəfə oxumaq dəyişilməz bir sünnədir. Əgər unutsanız... Davamı..