Hacı Əhliman Rüstəmovun informasiya bloku


Fəcr | Gün | Zöhr | Şam | Gecə
19 May 17:31
Şərh Yoxdur
849

Əbədi proqramlar

İmam Sadiq (ə) buyurmuşdur:

إِنَّ اللهَ لَمْ يَبْعَثْ نَبِيًّا إلَّا بِصِدْقِ الْحَدِيْثِ وَ أَدَاءِ الْأَمَانَةِ

“Allah bütün peyğəmbərləri insanları düz danışmaq və əmanətə vəfa etməyə dəvətdən başqa, digər bir iş üçün təyin etməmişdir.”[1]

Qısa izah

Sağlam bir cəmiyyət müxtəlif məsələlərə əsaslanır ki, onlardan ən mühümü qarşılıqlı inam və etimad sərmayəsidir. Başqa bir ifadə ilə desək, danışıq və əmələ etimad göstərməkdir. Bu dəyərli sərmayənin ən böyük düşməni isə yalan və xəyanətdir. Əgər hansısa bir cəmiyyətdə yalan və xəyanət yayılarsa, bu zaman bütün insanlar bir-birlərindən çəkinər və tənha olduqlarını hiss edərlər. Belə olan təqdirdə, insanlar həyatın bütün çətinliklərinə təklikdə qatlaşmalıdır ki, bu da “yalqızalardan ibarət olan cəmiyyət” deməkdir. Deməli, doğru danışmaq və əmanətə vəfalı olmağa dəvət ilahi peyğəmbərlərin proqramlarının bir hissəsi sayılır. Bəli! Onlar cəmiyyətin digər məsələlərinin öz axarında hərəkət etməsi üçün, insanda olan bu iki gözəl xüsusiyyəti özlərinin əsas hədəfi olaraq nəzərdə tutmuşlar.

[1] “Səfinətul-bihar”, c. 1, səh. 160.

Digər “Hədislər ” Xəbərləri

İmamət və vilayətə tabe olmağın zəruriliyi

İmamət və vilayətə tabe olmağın zəruriliyi الامام الهمام أبو محمد علی بن الحسن العسکری (ع) قال: قَالَ الامام الصَّادِقُ (ع):‏ وَ أَعْظَمُ... Davamı..

✳️ İmam Həsən Əskərinin (ə) şiələrə vəsiyyəti

  «أُوصيكُمْ بِتَقْوَى اللّهِ وَ الْوَرَعِ فى دينِكُمْ وَالاجْتَهادِ لِلّهِ وَ صِدْقِ الْحَديثِ وَ أَداءِ الأَمانَةِ إِلى مَنِ ائْتَمَنَكُمْ مِنْ بَرٍّ أَوْ... Davamı..

Əbu Həmzə Sumali İmam Baqirin (ə) belə buyurduğunu rəvayət etmişdir:

Əbu Həmzə Sumali İmam Baqirin (ə) belə buyurduğunu rəvayət etmişdir: بُنِيَ الْإِسْلَامُ عَلَى خَمْسٍ إِقَامِ الصَّلَاةِ وَ إِيتَاءِ الزَّكَاةِ وَ حِجِّ الْبَيْتِ... Davamı..

Ey Əbuzər! Behiştə getmək istəyirsən?…

Peyğəmbəri-Əkrəm (s) : Ey Əbuzər! Behiştə getmək istəyirsən?…   Peyğəmbəri-Əkrəm (s) yaxın səhabəsi Əbuzər Qifariyə nəsihət edərkən belə buyurur: یَا ابا ذر!... Davamı..

Qızıl tövsiyələr

  Peyğəmbəri-Əkrəm (s) buyurmuşdur: مَنْ تَوَاضَعَ لِلَّهِ رَفَعَهُ اللَّهُ وَ مَنْ تَكَبَّرَ خَفَضَهُ اللَّهُ وَ مَنِ اقْتَصَدَ فِي مَعِيشَتِهِ رَزَقَهُ اللَّهُ وَ... Davamı..

Ey Əli, üç əməl gözəl xasiyyətlərdəndir

Peyğəmbəri-Əkrəm (s) imam Əmirəlmöminin Əliyə (ə) vəsiyyətində buyurmuşdur: يا عَلِىُّ، ثَلاثٌ مِنْ مَكارِمِ الْأَخْلاقِ: تُعْطِى مَنْ حَرَمَكَ، وَ تَصِلُ مَنْ قَطَعَكَ، وَ... Davamı..

“Ey Əli, sizin içinizdə əxlaqı mənim əxlaqıma daha çox oxşayan insan haqqında xəbər verimmi?”

Peyğəmbəri-Əkrəm (s) öz vəsisi, elm şəhərinin qapısı olan imam Əmirəlmöminin Əliyə (ə) belə buyurmuşdur: يا عَلِىُّ، أَلا اُخْبِرُكُمْ بِأَشْبَهِكُمْ بِى خُلُقاً؟ “Ey... Davamı..

Dörd şeydən qorxub, dörd kəlməyə sığınmayan şəxsə təəccüb edirəm

İmam Sadiq (ə) buyurmuşdur: “Dörd şeydən qorxub, dörd kəlməyə sığınmayan şəxsə təəccüb edirəm: 1. Qorxu içində yaşayan, amma “حَسْبُنَا اللّهُ وَنِعْمَ الْوَكِيلُ – Həsbunəllah və ne`məl-vəkil”... Davamı..