Hacı Əhliman Rüstəmovun informasiya bloku


Fəcr | Gün | Zöhr | Şam | Gecə
12 İyun 09:19
Şərh Yoxdur
15788

Əmirəl-möminin imam Əlinin (ə) təsbihatı necədir?

Həzrət Zəhranın (s.ə) təsbihatı kimi, Əmirəl-möminin (ə) də təsbihatı vardır. Bu təsbihin də fəzilətləri çoxdur və onunla tanış olaq.

Bu təsbihi yerinə yetirməyin yolu belədir: hər namazdan sonra:

  • 10 dəfə “Subhənallah”.
  • 10 dəfə “Əlhəmdulilləh”.
  • 10 dəfə “Allahu Əkbər”.
  • 10 dəfə “Lə iləhə iləllah” demək.

Əmirəl-möminin (ə) Bəra ibni Azəmə buyurur: “Sənə elə bir əməl öyrədimmi ki, onu yerinə yetirən zaman İlahi övliyalardan olarsan?”.

Bəra deyir: “Bəli”.

Həzrət Əli (ə) də ona yuxarıdakı təsbihi öyrədir və sonra buyurur: “Hər kim hər namazdan sonra bu təsbihi edərsə, Allah ondan min dünya bəlasını uzaq edər ki, onların ən asan olanı – dindən qayıtmaqdır. Axirətdə onun üçün min mənzil hazır edər ki, o mənzillərdən biri – Peyğəmbərin (s) qonşuluğundadır”. 

Allah Təala bizləri zikr əhlindən qərar versin, inşəallah!

 

www.ahliman.info

Digər “Əhli-Beyt ” Xəbərləri

İMAM SADİQİN (Ə) HƏYATINA QISA BİR BAXIŞ

İMAM SADİQİN (Ə) ŞƏXSİYYƏTİ Adi: Cəfər; Ləqəbləri: Sadiq, Tahir, Qaim, Kafil, Münci, Sabir, Müsəddiq, Mühəqqiq, Kaşifül-həqaiq; Künyəsi: Əbu-Əbdillah; Atası: imam Mühəmməd Baqir... Davamı..

İSLAM PEYĞƏMBƏRİNİN (S) HƏYATI

İslam Peyğəmbərinin adı Mühəmməd (s), məşhur künyəsi Əbülqasim, məşhur ləqəbləri Əhməd və Mustafa, bərəkətli ömrü isə 63 ildən ibarət olmuşdur. O həzrət... Davamı..

Hz. Peyğəmbər (s) haqqında dünya şöhrətli alim və tarixçilər nə deyiblər?

Hz. Məhəmməd Peyğəmbər (s) yalnız müsəlmanların deyil, əsrlər boyu müxtəlif dinlərə və dünyagörüşlərinə mənsub tarixçi, filosof və alimlərin də diqqətini cəlb etmiş... Davamı..

“Biz səni aləmlərə yalnız rəhmət olaraq göndərdik”

“Biz səni aləmlərə yalnız rəhmət olaraq göndərdik” Qurani-Kərim Hz. Məhəmmədin (s) peyğəmbərliyini yalnız bir qövmə və ya müəyyən bir dövrə aid etmir.... Davamı..

Quranda Hz. Məhəmmədin (s) Adı — Allahın Seçilmiş Elçisi

Hz. Məhəmməd (s) Allah-Taalanın bəşəriyyətə göndərdiyi sonuncu peyğəmbər və ilahi risalətin tamamlayıcısıdır. Qurani-Kərimdə onun mübarək adı “Məhəmməd” olaraq dörd dəfə, “Əhməd” olaraq isə bir dəfə açıq... Davamı..

Peyğəmbəri-Əkrəmin (s) xanım Xədicə (s.ə) ilə izdivacı

Rəbiül-əvvəl ayının 10-u İslam Peyğəmbəri (s) ilə xanım Xədiceyi-Kübranın (s.ə.) izdivacına təsadüf etdiyindən, bu barədə qısa məlumatı əziz oxucularımızın nəzərinə çatdırırıq:  ... Davamı..

İMAM MEHDİ (Ə) ƏHLİ-SÜNNƏ MƏZHƏBİNDƏ

– bəzi əhli-sünnə alimləri imam Mehdiyə (ə) etiqadı müdafiə etmiş…   İmam Mehdinin (ə.c) dünyamiqyaslı qıyamı və inqilabı şiə mənbələri ilə yanaşı,... Davamı..

İmam Zamanın (ə.c) imamətinin başlanğıcı

İmam Mehdinin (ə) həyatı üç dövrdən İbarətdir   Hicri-qəməri təqvimi ilə Rəbiül-əvvəl ayının 9-u bəşəriyyət aləminin xilaskarı, imam Zamanın (ə.c) imamət məqamına... Davamı..