Hacı Əhliman Rüstəmovun informasiya bloku


Fəcr | Gün | Zöhr | Şam | Gecə
17 Aprel 10:45
Şərh Yoxdur
5119

Zikrin ən çox tövsiyə edildiyi zamanlar

Ariflərin nəzərinə görə, zikr qəflət meydanından çıxıb məhəbbətin çox olduğu səhnəyə daxil olmaqdır. Zikr – aşiqlərin içkisi, ariflərin məlhəmidir. Zikrin həqiqəti budur ki, Zakirdən qeyrisini unudursan və ancaq Onu görürsən.

Hər kim Allahın adlarını dilinə gətirər, günahdan çəkinər və büdrəmələrini azaldar. Məsumlarımız (ə) bizə zikrin ən çox tövsiyə olunduğu zamanları tanıdıb və ona təşviq ediblər.

 

1. Düşmənlə üzləşən zaman. İmam Əli (ə) buyurur: “Nə zaman döyüşdə düşmənlə üzləşdin, az söz deyin və Allah Təalanı çoxlu yada salın”. “Ey iman gətirənlər, (düşmən ordusundan olan) bir dəstə ilə qarşılaşarkən möhkəm durun və Allahı (dildə və qəlbdə) çox zikr edin, bəlkə nicat tapdınız”. (“Ənfal” 45). Bunu qeyd edək ki, düşmən dedikdə, daxili düşmən olan şeytan da nəzərə tutulur.

 

2. Qəm qərar verən zaman. Həzrət Peyğəmbər (s) buyurur: “Nə zaman qəmgin olsan, Allahı öz qəminin yadına sal. Nə zaman hökm vermək istəsən, Allahı dilinin yadına sal. Nə zaman bir şeyi bölmək istəsən, Allahı əlinin yadına sal”. Bu 3 hal insanı büdrədə bilən hallardır və insan Allahı yada salaraq, həmin büdrəmələrdən xilas ola bilər. İnsan Allahı yada salaraq ümidsizlikdən xilas olar, rahatlıq tapar.

 

3. Qəzəblənən zaman. Həzrət Peyğəmbər (s) buyurur: “Allah peyğəmbərlərindən (ə) birinə vəyh edir ki: “Ey Adəm övladı! Qəzəblənən zaman Məni xatırla ki, Mən də qəzəblənən zaman səni xatırlayım və səni başqaları ilə həlak etməyəm””.

 

4. Tənha olan zaman. İmam Əli (ə) buyurur: “Xəlvəti Allahı yada salaraq doldur və nemətləri şükür etməklə yoldaş et”. İmam Baqir (ə) buyurur: “Tövratda yazılmışdır: “Ey Musa! Tənhalıqda, şadlıq ləzzətlərində və xoşluqlarında Məni xatırla ki, qəflətlərində sənin yadında olum””.

İmam Sadiq (ə) buyurur: “Əhli-beyt (ə) davamçıları o kəslərdir ki, xəlvətdə və tənhalıqda Allahı çoxlu yada salırlar”.

 

5. Bazara daxil olan zaman. İmam Əli (ə) buyurur: “O zaman ki, bazara gedirsiniz və insanlar işləri ilə məşğuldurlar, Allah Təalanı çoxlu yada salın. Çünki bu iş günahları məhv edər və həsənələri artırar. Qafillərin zümrəsində yazılmazsınız”.

Həzrət Peyğəmbər (s) buyurur: “Əgər kimsə bazarda olan insanlar qafil olan zaman Allahı yada salar, Allah ona min həsənə verər. Qiyamət günü onu elə bağışlayar ki, heç kəsin zehninə gəlməmişdir”.

 

www.ahliman.info

Digər “Mənəviyyat ” Xəbərləri

Bəşir ibn Əmr əl-Həzrəmi Bəşir Yəmənin Həzrəmut vilayətindəndir

Bəşir ibn Əmr əl-Həzrəmi Bəşir Yəmənin Həzrəmut vilayətindəndir. Kərbəlada şəhid oldu. Adı Kərbəla şəhidlərinə məxsus Rəcəbiyyə ziyarətində də keçir. O, əshabdan ən... Davamı..

“Səlvətul-Həzin” Qəmliləri xoşhal edən

“Səlvətul-Həzin” Qəmliləri xoşhal edən İmam Zeynülabidin Əli ibn Hüseyn əs-Səccad (ə) buyurub: Aşura günü atam (ə) bədəninin yaralarından qan gəldiyi halda məni... Davamı..

“Allahın bəndəyə vacib etdiyi ilk iş namazdır

“Allahın bəndəyə vacib etdiyi ilk iş namazdır. Ölüncəyədək öz qüvvəsində qalan iş – (və ölüm zamanı insan üçün qalan son ümid də)... Davamı..

Həzrət Cəbrayılın (ə) Peyğəmbərə (s) Kərbəla türbəti verməsi

Həzrət Cəbrayılın (ə) Peyğəmbərə (s) Kərbəla türbəti verməsi Əhli-Sünnənin böyük hədis alimi, fəqih və məzhəb imamı Əhməd ibn Hənbəl özünün “əl-Müsnəd” adlı... Davamı..

İmam Hüseynin (ə) Kərbəladan qardaşına məktubu

İmam Hüseynin (ə) Kərbəladan qardaşına məktubu “Sanki dünya heç yox imiş və sanki axirət əzəldən var imiş” İmam Baqirdən (ə) rəvayət olunan... Davamı..

Aşura gününün əməlləri

İmam Hüseyn (ə) və Kərbəla şəhidlərinə əzadarlıq etmək. İmam Rza (ə) buyurur: “Allah-Taala, “Aşura” günü işlərini tərk edən şəxsin dünya və axirət... Davamı..

Tasua Gününün Əməlləri

1. Namazlar Gecənin sonunda 4 rükət namaz Hər rükətdə “Həmd” surəsindən sonra: Ayətül-kürsü – 10 dəfə “İxlas” surəsi – 10 dəfə “Fələq”... Davamı..

Məhərrəm ayının birinci gününün əməlləri

“Məhərrəm” – Əhli-beytin və şiələrinin matəm ayıdır. İmam Rzadan (ə) nəql olunur ki, Məhərrəm ayı daxil olanda, heç kim atam imam Kazimi... Davamı..