Hacı Əhliman Rüstəmovun informasiya bloku


Fəcr | Gün | Zöhr | Şam | Gecə
19 Sentyabr 13:39
Şərh Yoxdur
4518

Yoxsulluqla mübarizə aparmağın yolları barədə Həzrət Peyğəmbərin (s) tövsiyələri

Yoxsulluğun yaranmasının ən mühüm amillərindən biri tənbəllik və zəhmət çəkməyi tərk etməkdir. İslam dini səy göstərməyi və çalışmağı həmişə mədh etmiş və onu həmişə bəyənilən əməl kimi göstərməyə çalışmışdır. Buyurmuşdur ki, müsəlman gərək öz alın təri ilə qazandığı ruzisini yesin. Bu sahədə başqalarına möhtac olmasın. O kəs ki, başqalarının hesabına yaşayar və onları əziyyətə salar – belələrini həmişə məzəmmət etmişdir. Belə ki, Həzrət Peyğəmbər (s) buyurur: “Hər kim zəhmət yükünü insanların boynuna atar – məlundur”.

Həzrət Peyğəmbər (s) başqa yerdə buyurur: “Öz əmək haqqınızı yeyin”.

İnsanın ruzi qazanması üçün zəhmət çəkməsi və səy göstərməsi – yoxsulluğu aradan aparmaq üçün ən mühüm amillərdən biri sayılır. Peyğəmbərimiz (s) buyurur: “Əgər bir kişi kəndir götürər və odun toplayar, onu belinə qoyub gətirər və satar, bu yolla abrını qoruyar – ondan daha yaxşıdır ki, kiminsə qarşısında istək əlini uzadar”.

Həzrət (s) başqa yerdə buyurur: “Əgər sizlərdən kimsə (ruzi cəhətdən) dara düşsə, gərək iş dalınca getsin, özünü və ailəsini qəm və qüssəyə giriftar etməsin”.(Tebyan/Deyerler)

Nəql olunur ki, ənsardan olan bir kişinin ehtiyacı yaranır və Peyğəmbərin (s) yanına gəlir. Peyğəmbər (s) onun vəziyyətindən agah olandan sonra buyurur: “Evində nə varsa gətir və heç bir şeyi dəyərsiz hesab etmə”. Həmin ənsar evinə gedir və nəyi varsa ora gətirər. Peyğəmbər (s) buyurur: “Kim bunları satın alar?”. Bir kişi deyir: “Mən onları bir dirhəmə alaram”. Həzrət (s) buyurur: “Kim daha artığına alar?”. Bir kişi deyir: “İki dirhəmə alaram”. Peyğəmbər (s) deyir: “Sənindir”. Sonra ənsara deyir: “Bir dirhəm ilə ailən üçün ərzaq al və bir dirhəm ilə balta al”. Həmin kişi baltanı özü ilə gətirən zaman, ona buyurur: “Get odun topla və heç bir tikanı və qurumuşu az hesab etmə. (Yəni, hamısını topla)”.

Həmin kişi belə edir və 15 gündən sonra gəlir. Və onun həyat vəziyyəti yaxşılaşmışdı. Həzrət (s) ona buyurur: “Bu, sənin üçün ondan daha üstündür ki, Qiyamət günü məhşərə o halda daxil olasan ki, üzündə insanlardan aldığın sədəqələrin ləkələri görünsün”.

 

www.ahliman.info

Digər “Mənəviyyat ” Xəbərləri

Sevgi ilə qəzəbin və ya əzəmətlə gözəlliyin vəhdəti

Allah bəsit həqiqətdir, heç bir çoxluğa malik deyil. Bu səbəbdən də substansional atributları elə Onun substansiyasından ibarətdir. Deməli, Allahın gözəl adları tək... Davamı..

Namaz vaxtlarını qoruyun

Həzrət İmam Rza (ə): “Namaz vaxtlarını qoruyun – (namazlarınızı vaxtında qılın), çünki insan başına gələcək hadisələrdən amanda deyil. Hər kəs namazın əvvəl... Davamı..

Hansı imamın ziyarəti daha fəzilətlidir?

Hansı imamın ziyarəti daha fəzilətlidir? Bəzi hədislərə əsasən İmam Rzanın (ə) ziyarəti İmam Hüseynin (ə) ziyarətindən daha fəzilətlidir. Bu hədisləri eşidən bir... Davamı..

QOHUMLUQ ƏLAQƏLƏRİNİN KƏSİLMƏSİ

QOHUMLUQ ƏLAQƏLƏRİNİN KƏSİLMƏSİ Artıq məlum oldu ki, qohum-əqrəba ilə gözəl münasibətdə olmaq, onların dərd-qəminə şərik çıxmaq, qarşılaşdıqları çətinliklərdə onlara köməklik etmək hər... Davamı..

QOHUM-ƏQRƏBA İLƏ GÖZƏL ÜNSİYYƏT

QOHUM-ƏQRƏBA İLƏ GÖZƏL ÜNSİYYƏT Hər bir müsəlmanın üzərinə düşən digər ictimai vəzifələrdən biri də qohum-əqraba ilə sıx ünsiyyətdə olması və onlarla gözəl... Davamı..

XOŞA GƏLMƏZ RƏFTARLARDAN ÇƏKİNMƏK

XOŞA GƏLMƏZ RƏFTARLARDAN ÇƏKİNMƏK Allah-taala Maidə surəsinin 23-cü ayəsində insanlara ata-ana ilə gözəl rəftar etməyin vacib olmasını xatırlatdıqdan sonra onlarla kobud rəftar... Davamı..

Sevgi ilə qəzəbin və ya əzəmətlə gözəlliyin vəhdəti

Allah bəsit həqiqətdir, heç bir çoxluğa malik deyil. Bu səbəbdən də substansional atributları elə Onun substansiyasından ibarətdir. Deməli, Allahın gözəl adları tək... Davamı..

 Həzrət Xədicənin vəfatı ili və günü barədə fərqli fikirlər var.

Lakin daha çox məqbul edilən fikir budur ki, o həzrət Məhəmməd Peyğəmbərin (s) peyğəmbərlik məqamına çatmasından yəni “besət” hadisəsindən 10 il sonra... Davamı..