Hacı Əhliman Rüstəmovun informasiya bloku


Fəcr | Gün | Zöhr | Şam | Gecə
9 Avqust 10:35
Şərh Yoxdur
5908

Yer kürəsində ilk namaz qılan insan Həzrət Adəm (ə) olmuşdur

Namaz – imandan sonra abidlə Məbudu birləşdirən ən möhkəm amildir. Namaz batinin nuru, qəlbin səfası, can paklığının mənbəyi, sağlamlığa səbəb olan, Haqq rəhmətinin parlaq nurudur.

Namaz insanı mələkut aləminə qovuşdurar və bütün ibadətlərdən ən üstünüdür. Zənginlər namaz olmadan yoxsuldurlar, yoxsullar namaz qılaraq ən zəngin insan olarlar. Namaz ancaq İslam dininə aid ibadət deyildir. Keçmiş dinlərdə də namaz mövcud olmuşdur.(Erfan/Deyerler)

Yer kürəsində ilk namaz qılan insan Həzrət Adəm (ə) olmuşdur. Behiştdən xaric edildikdən sonra ah-zar edən Adəm (ə) tövbə etmək istəyir. Allah Təala Cəbrayili (ə) ona tərəf göndərir. Həzrət Adəm (ə) vəhy mələyinin əmri ilə qüsl alır və pak olur. Zilhiccə ayının 8-də Minaya gəlir və gecə orada qalır. Sabahısı günü təlbih deyərək Ərəfəta gəlir. Vəhy mələyi ona deyir: “Təlbih deməkdən çəkin və özünü yenidən qüsl alaraq bəzə”. Bu zaman Adəm (ə) əsr namazını yerinə yetirir. Cəbrayil (ə) deyir: “Bu diyarda ayağa qalx”. Ona Allah tərəfindən vəhy olunan sözləri öyrədir ki, onunla tövbə məqamına nail ola bilsin. Beləliklə deyə bilərik ki, Həzrət Adəm (ə) Yer kürəsində namaz qılan ilk insan olmuşdur. Lakin namazının forması bizə məlum deyildir.

Həzrət Adəm (ə) dünyasını dəyişən zaman onun canişini cənazəsində namaz qılır. İmam Sadiq (ə) buyurur: “O zaman ki, Adəm (ə) dünyadan gedir, ona namaz qılmaq zamanı gəlib çatır, övladı Hibatallah vəhy mələyinə deyir: “Ey Haqqın göndərdiyi! Qarşıda dur ki, Adəmin (ə) cənazəsinə namaz qılınsın”. İlahi mələk deyir: “Allah bizə atana səcdə etməyi əmr etmişdir, indi bizim şənimizdə deyildir ki, ən yaxşı övladını qabaqlayaq. Sən bizdən qabağa keç və beş təkbirlə atana cənazə namazı qıl”. Ondan sonra vacib olur ki, meyiti dəfn etməkdən əvvəl cənazəyə namaz qılınsın”.

Həzrət İdris (ə) və namaz.

İmam Sadiq (ə) buyurur: “Kufə şəhərinə daxil olan zaman Səhlə məscidini görməyə get və o müqəddəs məkanda namaz qıl. Dini və dünya çətinliklərinin həllini orada Allahdan istə. Çünki Səhlə məscidi – Həzrət İdrisin (ə) evidir. Bu böyük insan orada dərziliklə məşğul olmuş və o pak məkanda namaz qılmışdır”.

Həzrət Nuh (ə) və namaz.

Mehriban Allah Nuh (ə) və bütün peyğəmbərlərlə (ə) əhd bağlayır ki, ona itaət etsinlər. Allah Nuhu (ə) namaz qılmağa, əmr-be-mərufa, halal və harama riayət etməyə dəvət etmişdir.

Həzrət İbrahim (ə) və namaz.

Həzrət İbrahimin (ə) duasında oxuyuruq ki, buyurub: «Ey Rəbbim, məni namaz qılanlardan et, həmçinin övladlarımdan (da namaz qılanlar et)! Ey Rəbbimiz, duamı qəbul et!». (“İbrahim” 40).

Həzrət İsmayil (ə) və namaz.

“Və bu kitabda İsmaili xatırla. O, vədlərində doğruçu və (Allahın) elçi(si və xalqa) xəbər gətirən idi. O, öz ailəsinə həmişə namaz (qılmağı) və zəkatı (zəkat verməyi) buyurardı və Rəbbinin yanında bəyənilən idi”. (“Məryəm” 54-55).

Əshaq, Yəqub, İbrahimin (ə) nəsli və namaz.

“Və (oğlu) İshaqı və (nəvəsi) Yəqubu əlavə bəxşiş kimi ona əta etdik və hamısını saleh və(peyğəmbərlik məqamına) layiq etdik. Onları (yaşadıqları cəmiyyəti) Bizim əmrimizlə doğru yola yönəldən rəhbərlər etdik və onlara xeyir işlər görməyi, namaz qılmağı və zəkat verməyi vəhy etdik. Onlar yalnız Bizə ibadət edirdilər”. (“Ənbiya” 72-73).

Həzrət Şuəyb (ə) və namaz.

Şuəyb (ə) öz qəbiləsini həmişə xeyir işlərə və namaza dəvət edərdi. Lakin yolunu azmış bu insanlar hidayət olmaq istəmir və ona deyirdilər: “Dedilər: «Ey Şüeyb, atalarımızın ibadət etdiklərini buraxmağımızı və ya öz mallarımızla istədiyimizi etməyi tərk etməyimizi sənə namazın əmr edir? (Bizi etiqad və əməldə azadlıqdan sənin namazın məhrum edir?) Axı sən həqiqətən həlim və doğru yolu tapmış bir adamsan! (Belə olan halda bizim azadlığımızı necə məhdudlaşdırırsan?)»”. (“Hud” 87).

Həzrət Musa (ə) və namaz.

“Mən səni (peyğəmbərlik və imamətə) seçdim. Odur ki, edilən vəhyi dinlə. Şübhəsiz, bu Mənəm – tək Allah ki, Məndən başqa bir məbud yoxdur. Buna görə də Mənə ibadət et və namazı Məni anmaq üçün qıl!”. (“Taha” 13-14).

Loğman və namaz.

“Ey mənim əziz oğlum, namaz qıl və yaxşı işləri (əql və şəriət nöqteyi-nəzərindən bəyənilən işləri görməyi) əmr et və pis işlərdən (hər hansı pis və bəyənilməz işi) qadağan et”. (“Loğman” 17).

Həzrət İsa (ə) və namaz.

“(Həmin körpə dilə gəlib) dedi: Həqiqətən mən Allahın bəndəsiyəm, O, (bu halımda) mənə kitab (İncil) verib və məni (bu yaşda) peyğəmbər edib.Və məni harada olsam bərəkətli bir vücud edib və nə qədər ki, sağam, mənə namaz (qılmağ)ı və zəkatı (verməyi) tapşırıb”. (“Məryəm” 30-31).

 

www.ahliman.info

Digər “Mənəviyyat ” Xəbərləri

MƏRİFƏTİN YEGANƏ YOLU-TƏCRÜBƏ

MƏRİFƏTİN YEGANƏ YOLU-TƏCRÜBƏ Ümumi bir anlayış olan təcrübi düşüncə elmi-tədqiqat sahəsində bir vasitə kimi ortaya çıxanda, mütəfəkkirlər təkcə bu düşüncə ilə təbiətin... Davamı..

ALLAHA İMAN 1

ALLAHA İMAN Qədim zamanlardan bəri, insanlar tam fəlsəfi-mücərrəd təfəkkür, yaxud dəlil-sübut metodu ilə əldə olunan düşüncə mərhələsinə yetişməmişdən əvvəl Allaha inanıb, iman... Davamı..

Ayət namazı necə qılınır? – QAYDA

2026-cı ilin ikinci və sonuncu Günəş tutulması bu gün – avqustun 12-də baş verəcək.  Bakı vaxtı ilə Günəş tutulması saat 19:34-də başlayacaq... Davamı..

Ərbəin’ gününün əməlləri

İmam Hüseynin (ə) ərbəinində o həzrəti yaxından ziyarət etmək müstəhəbdir və o həzrəti həmin gün ziyarət edən birinci şəxs Cabir ibn Abdullah... Davamı..

Bəşir ibn Əmr əl-Həzrəmi Bəşir Yəmənin Həzrəmut vilayətindəndir

Bəşir ibn Əmr əl-Həzrəmi Bəşir Yəmənin Həzrəmut vilayətindəndir. Kərbəlada şəhid oldu. Adı Kərbəla şəhidlərinə məxsus Rəcəbiyyə ziyarətində də keçir. O, əshabdan ən... Davamı..

“Səlvətul-Həzin” Qəmliləri xoşhal edən

“Səlvətul-Həzin” Qəmliləri xoşhal edən İmam Zeynülabidin Əli ibn Hüseyn əs-Səccad (ə) buyurub: Aşura günü atam (ə) bədəninin yaralarından qan gəldiyi halda məni... Davamı..

“Allahın bəndəyə vacib etdiyi ilk iş namazdır

“Allahın bəndəyə vacib etdiyi ilk iş namazdır. Ölüncəyədək öz qüvvəsində qalan iş – (və ölüm zamanı insan üçün qalan son ümid də)... Davamı..

Həzrət Cəbrayılın (ə) Peyğəmbərə (s) Kərbəla türbəti verməsi

Həzrət Cəbrayılın (ə) Peyğəmbərə (s) Kərbəla türbəti verməsi Əhli-Sünnənin böyük hədis alimi, fəqih və məzhəb imamı Əhməd ibn Hənbəl özünün “əl-Müsnəd” adlı... Davamı..