Hədilsərdə oxuyuruq ki: “Hər bir şeyin qəlbi vardır və Quranın qəlbi isə “Yasin” surəsidir”. Bu hədisin mənası budur ki, əgər insan İlahi nemətlərdən o cümlədən, qulaq, göz və sairdən bəhərlənirsə, heç birindən ehtiyacsız deyildir. Ancaq qəlb insan üçün xüsusi mövqeyə malik olan orqandır. Ona görə də Quran ayələrinin hamısı rəhmət, nur və bərəkətdir. Ancaq ”Yasinin” bərəkəti daha çoxdur.
Həzrət Peyğəmbər (s) buyurur: “Allaha and olsun ki, “Yasin” surəsinin məhəbbətini ümmətimin insanlarının tək-tək qəlbinə salmaq istəyərdim”. Bu hədisdən görmək olur ki, Həzrət (s) istəyir ki, biz “Yasin” oxuyaq, “Yasin” kimi fikirləşək və “Yasin” kimi olaq. Həzrət Peyğəmbər (s) istəyir ki, hər bir İslam ümməti səhər yuxudan durandan sonra bu surəni oxusun. Həzrət (s) buyurur ki, bu surə üçün heç bir şərt lazım deyildir. Hər kim onu oxuyar, təsirini görər.
İslam ümmətində cavan, qoca, günahkar, fasiq… hamı yaşayır və ona görə də bu surəni tilavət etmək hər bir şəraitdə və hamı üçün təsirlidirdir. Həzrət (s) bu surənin köməyi ilə insanların əlinə açar vermək istəyir ki, bu açarla hər bir bəlanın qapısını aça bilsinlər.
“Yasin” surəsi nazil olan zaman sadəcə bir surə kimi nazil olmamışdı, bəlkə Peyğəmbər (s) kimi bir insana nicat vermişdir.
Allah Təala bu dünyanı vəzifələndirdiyi mələklərin vasitəsilə idarə edir. Hər bir Quran surəsi üçün də vəzifələndirilmiş bir mələk vardır. Məsələn, Ənam” surəsinin haqqında deyilir ki, bu surə nazil olan zaman onunla bir yerdə yer üzərinə 70 min mələk enir. Hər kim bu surəni oxuyarsa, 70 min mələk də onunla olar.
“Yasin” surəsinin fəzilətlərindən biri də budur ki, onu oxuyub Həzrət Zəhraya (s.ə) hədiyyə edəsən. Əllamə Şeyx Qəzvini böyük kəramət sahibi idi və İmam Zaman ağanın (ə.f.) hüzuruna getmişdi. İmam (ə.f.) “Yasin” surəsinin əhəmiyyəti haqqında buyurmuşdur ki, bizim hər nəyimiz varsa və hansı məqama çatmışıqsa, “Yasin” surəsinin bərəkətinə görədir.
“Yasin” surəsini oxumağın iki yolu vardır. Biri odur ki, hər gün üzü qibləyə dayanıb, bu surəni tilavət edirik. Ancaq “Yasin” surəsini xətm etməyin öz qaydası vardır. Onun üçün zaman və məkanın vəhdət təşkil etməsi şərtdir. Belə ki, hər kim bu surəni xətm etmək istəyirsə, gün ərzində eyni vaxtda və eyni məkanda bu surəni tilavət etməlidir. Bu surəyə başlamamışdan qabaq və sonra 14 dəfə salavat çevirmək lazımdır. Sonra da onu Həzrət Zəhraya (s.ə) hədiyyə etməlisən.
Həzrət Peyğəmbərdən (s) belə bir hədis vardır ki, bu surəni qiraət edəni, Allahın yanına çağıracaqlar. Bu surə öz qarisi üçün şəfaət diləyəcəkdir.
Həzrətdən (s) gələn başqa hədisdə oxuyuruq ki: “Yasin” surəsi Tövratda “Məəmmə” (şamil olan) adı ilə mövcuddur. Çünki öz qiraət edəni üçün dünya və axirət xeyrini şamil edir. Dünya bəlalarını və axirət əzabını ondan uzaqlaşdırır.”
Bu surəni oxumağın savabı 20 həccə bərabərdir. Bu surənin qiraətinə qulaq asmağın isə savabı 1000 dinar infaq etməyə bərabərdir.
Həzrət (s) buyurur: “Hər kim “Yasin” surəsini Allah rizası üçün oxuyarsa, Allah onu bağışlayar və Quranı 12 dəfə xətm etməyə bərabərdir. Əgər ölüm ayağında olan xəstə üçün oxunarsa, bu surənin hərfləri qədər 10 mələk sıraya düzülər və onun üçün istiğfar edər, ruhunun alınmasına şahid olarlar. Cənazəsini müşayiət edər və onun üçün namaz qılar və dəfninə şahid olarlar”.
Əbi Bəsir İmam Sadiqdən (ə) nəql edir ki, buyurub: “Həqiqətən hər bir şeyin qəlbi vardır və Quranın qəlbi “Yasin” surəsidir. Hər kim onu yatmazdan əvvəl və ya şam olmamışdan əvvəl oxuyarsa, həmin günü hifz olunanlardan və bəhrələnənlərdən olar. Hər kim yatmazdan əvvəl onu tilavət edərsə, Allah ona 1000 mələk göndərər ki, onu hər bir şərdən, şeytandan, hər zərərdən hifz etsin. Əgər o günü ölərsə, Allah onu behiştə daxil edər. 30 min mələk qüslunda dövrə vurar və onu üçün bağışlanma diləyərlər. İstiğfarla onu qəbrə yola salarlar”.
Bu surənin əgər bu qədər fəziləti vardırsa, niyə onu hər gün oxumayaq?