Hacı Əhliman Rüstəmovun informasiya bloku


Fəcr | Gün | Zöhr | Şam | Gecə
1 Avqust 11:34
1 Şərh
6211

“Yasin” surəsində adı çəkilən İmami-mubin kimdir?

 

إِنَّا نَحْنُ نُحْيِي الْمَوْتَى وَنَكْتُبُ مَا قَدَّمُوا وَآثَارَهُمْ وَكُلَّ شَيْءٍ أحْصَيْنَاهُ فِي إِمَامٍ مُبِينٍ

 

”Əlbəttə, ölüləri dirildən və onların əvvəlcədən göndərdiklərini (həyatda olarkən etdikləri əməlləri) və izlərini (qoyub getdiklərini) yazan Bizik. Biz hər bir şeyi (insanların əməllərini, dünyada baş verən hadisələri) açıq-aşkar nüsxələrdə (Lövhi-Məhfuzda) ətraflı surətdə sayıb hesablamışıq”. (“Yasin” 12).

 

Bu ayədə adı çəkilən İmami-mubin kimdir ki, bəziləri onu oxuyan zaman salavat çevirirlər?

 

Təfsirçilərin nəzərinə görə bu ayədə adı çəkilən İmami-mubin İmam Əlidir (ə). Ona görə də ona salavat göndərmək bəyənilən əməllərdən hesab olunur.

 

İmam Baqir (ə) cəddindən nəql edir ki, buyurub: “O zaman ki, bu ayə nazil oldu, Əbu Bəkr və Ömər ayağa qalxdılar və dedilər: “İncildir?”. Buyurdu: “Xeyr”. Dedilər: “Qurandır?”. Buyurdu: “Xeyr”. Bu zaman İmam Əli (ə) Peyğəmbərə (s) tərəf gəlirdi. Və (Həzrətin (s)) gözü İmama dəyir və buyurur: “İmami-mubin – bu kişidir! O, həmin İmamdır ki, Allah Təala hər şeyin elmini onda hesablaşmışdır””.

 

İbni Abbas İmam Əlinin (ə) özündən nəql edir ki, buyurub: “Allaha and olsun ki, İmami-mubin mənəm! Haqqı batildən aşkar edirəm və bu elmi Peyğəmbərdən (s) irs aparmışam və öyrənmişəm”. (Erfan/Deyerler)

 

Əmmar Yasir nəql edir: “Müharibələrin birində Həzrət Əlinin (ə) yanında idim ki, bir səhraya çatdıq. Orada çoxlu qarışqa var idi. Həzrətə (ə) dedim: “Ey Əmirəl-möminin! Allah məxluqlarından kimisə tanıyırsanmı ki, bu qarışqaların sayını bilsin?”. Həzrət (ə) buyurur: “Bəli, ey Əmmar! Mən o insanı tanıyıram ki, bu qarışqaların sayını, onların dişi və erkəklərinin sayını bilir”. Soruşdum: “Ey, mənim mövlam! O insan kimdir?”. Buyurdu: “Ey Əmmar! Məgər “Yasin” surəsinin 12-ci ayəsini oxumamısan?”. Dedim: “Bəli, mənim mövlam, o ayəni oxumuşam”. Həzrət (ə) buyurdu: “Mən – həmin İmami-mubinəm””.

 

www.ahliman.info

Digər “Qurani Kərim ” Xəbərləri

Eyni ayədə saleh əməlin, namazın və zəkatın bir yerdə bəyan olmasının səbəbi

“Həqiqətən iman gətirib yaxşı işlər görən və namaz qılıb zəkat verən kəslərin Rəbbi yanında məqamlarına uyğun mükafatları vardır və (axirətdə) onlar üçün... Davamı..

“Yasin” surəsinin misilsiz fəzilətləri

Hədilsərdə oxuyuruq ki: “Hər bir şeyin qəlbi vardır və Quranın qəlbi isə “Yasin” surəsidir”. Bu hədisin mənası budur ki, əgər insan İlahi... Davamı..

Allah-təala özünü Qurani-kərimdə göstərmişdir

İmam Sadiqdən (ə) elə bir kəlam vardır ki, əgər onun dərinliyinə diqqət yetirə bilsək, lərzəyə düşərik! Həzrət buyurur: “Həqiqətən də Allah-təala bəndələrə... Davamı..

Qurani Kərimdə Əba Əbdillahın (ə) surəsi: Kim bu surəni oxuyarsa…

“Fəcr” surəsi Quranın 89-cu surəsidir, Məkkidir (Məkkədə nazil olub) və 30 ayəsi vardır. İmam Sadiq (ə) buyurur: ““Fəcr” surəsini vacib və müstəhəb... Davamı..

Gözdəymədən qoruyar, ruzini artırar – “Qul” ilə başlayan 4 surənin bərəkətləri

Əziz Peyğəmbərimiz (s) və İmamlarımız (ə) bizə “Qul” ilə başlayan 4 surəni hər gün oxumağı tövsiyə edirlər və bu surələr ibarətdir: “Kafirun”,... Davamı..

Quranın bəzi surələrinin oxunuşunun savabı (2-ci hissə)

1-“Məariç” surəsi: Bu surəni oxumaq insanı Şeytanın şərrindən qoruyub saxlayır.   2-“Nuh” surəsi: Həzrət Peyğəmbəri-Əkrəm (s) buyurmuşdur: “Hər kəs “Nuh” surəsini oxuyub,... Davamı..

Quranın bəzi surələrinin oxunuşunun savabı (1-ci hissə)

1-“Fatihə” surəsi: Həzrət Peyğəmbəri-Əkrəm (s) buyurmuşdur: “Hər kəs “Fatihə” surəsini oxusa, Allah-taala ona nazil olmuş bütün ayələrin tilavətinin savabını verər.” ( “Təfsiri... Davamı..

Bu surəni 1 dəfə oxumaq, Quranı 10 dəfə xətm etmək kimidir

Bəşər həyatı çətinliklərlə doludur. İnsan bu çətinlikdən çıxmağın yollarını axtarır. Bu yolda mənəviyyata üz tutanlar, həmin çətinliklərdən xilas ola bilirlər. Qurani-Kərim –... Davamı..