Hacı Əhliman Rüstəmovun informasiya bloku


Fəcr | Gün | Zöhr | Şam | Gecə
25 Avqust 17:06
Şərh Yoxdur
1969

Yağışla mənəviyyatın rabitəsi varmı?

Yağış – Allahın biz insanlara verdiyi əvəzsiz nemətdir. Heç bir canlı su olmadan yaşaya bilməz. Eləcə də insan da.

Yağış – İlahi rəhmətin nişanəsidir. Uca Allah bu həyat bulağını yerə endirməklə, bütün canlıları bəhrələndirər və onlara yeni həyat bəxş edər.

 

Müqəddəs Quran yağışı pakizə su, bərəkətli su, İlahi ruzi adlandırmışdır. Onunla mənəviyyat arasında sıx rabitə yaratmışdır.

 

Yağış:

1. Təharət vasitəsidir. “Buludları Öz rəhmətinin önündə (yağışdan qabaq) müjdəçilər olaraq göndərən Odur. Biz göydən (yağış, qar və dolu şəklində özü) pak (olan) və pak edən bir su nazil etdik”. (“Furqan” 48).

2. Bərəkətli sudur. “Göydən (yağış, qar və dolu şəklində) xeyir-bərəkət dolu su endirdik”. (“Qaf” 9).

3. İlahi rəhmətdir. “(İnsanlar) naümid olduqdan sonra faydalı yağışı nazil edən və Öz rəhmətini yayan Odur və Odur başçı, dost, yardımçı və (bütün sifət və işləri) təriflənmiş!”. (“Şura” 28).

4. İlahi ruzidir. “Öz ayələrini (Öz tövhidinin əqli və nəqli dəlillərini) sizə göstərən və sizin üçün göydən (maddi və mənəvi) bir ruzi nazil edən Odur. (Bu nemətlərdən) yalnız Allaha könül vermiş və Allaha tərəf qayıdan kəs ibrət alar”. (“Ğafir” 13).

5. Sevincə səbəb olandır. “Küləkləri göndərib, buludu hərəkətə gətirən (Allah) onu göydə istədiyi kimi yayır və müxtəlif topalar şəklinə salır, bu zaman görürsən ki, yağış onun arasından çıxır. Elə ki, (Allah) o yağışı bəndələrindən istədiyinə yetirir, dərhal sevinir və şad olurlar”. (“Rum” 48).

6. Allah mücahidlərinin qədəmini sabit edər. “O zaman (Allah) Onun tərəfindən xatircəmlik olsun deyə, sizi mürgü ilə bürüdü və sizi paklaşdırması, şeytanın murdarlığını (şeytanın vəsvəsəsini və ya cənabətliliyi) sizdən təmizləməsi, qəlblərinizi möhkəmləndirməsi və qədəmlərinizi sabitləşdirməsi üçün göydən sizə su endirirdi”. (“Ənfal” 11).

7. Mənəviyyat və yağış. «(Mənə vəhy olundu ki): «Şübhəsiz, əgər (ins və cin) yolda (əqidə və əməlin düz yolunda) sabitqədəm olsalar, mütləq onları bol su (maddi və mənəvi bərəkətlər) ilə sirab edərdik”. (“Cinn” 16).

 

Allah Təala sonuncu ayədə buyurur ki, əgər insanlar Mənim yolumda sabitqədəm olsalar, Mən onları daima yağış suyu ilə sirab edərəm. Burada bol su deyildikdə, həm maddi və həm də mənəvi bulaq nəzərdə tutulur. Maddi su bulağı, əlbəttə ki, yağış vasitəsilə bizə nazil olar. Ancaq mənəvi bulaq – Qurandır. Hər kim Quran bulağından sirab olar – nicat tapanlardan olar. Allah Təbarəkə və Təala onu daima öz mənəvi və maddi suyu ilə sirab edər. (Beytutə/Deyerler)

 

www.ahliman.info

Digər “Mənəviyyat ” Xəbərləri

Həzrət Cəbrayılın (ə) Peyğəmbərə (s) Kərbəla türbəti verməsi

Həzrət Cəbrayılın (ə) Peyğəmbərə (s) Kərbəla türbəti verməsi Əhli-Sünnənin böyük hədis alimi, fəqih və məzhəb imamı Əhməd ibn Hənbəl özünün “əl-Müsnəd” adlı... Davamı..

İmam Hüseynin (ə) Kərbəladan qardaşına məktubu

İmam Hüseynin (ə) Kərbəladan qardaşına məktubu “Sanki dünya heç yox imiş və sanki axirət əzəldən var imiş” İmam Baqirdən (ə) rəvayət olunan... Davamı..

Aşura gününün əməlləri

İmam Hüseyn (ə) və Kərbəla şəhidlərinə əzadarlıq etmək. İmam Rza (ə) buyurur: “Allah-Taala, “Aşura” günü işlərini tərk edən şəxsin dünya və axirət... Davamı..

Tasua Gününün Əməlləri

1. Namazlar Gecənin sonunda 4 rükət namaz Hər rükətdə “Həmd” surəsindən sonra: Ayətül-kürsü – 10 dəfə “İxlas” surəsi – 10 dəfə “Fələq”... Davamı..

Məhərrəm ayının birinci gününün əməlləri

“Məhərrəm” – Əhli-beytin və şiələrinin matəm ayıdır. İmam Rzadan (ə) nəql olunur ki, Məhərrəm ayı daxil olanda, heç kim atam imam Kazimi... Davamı..

Qədir-Xum gününün əməlləri

Zil-hiccə ayının 18-i  “Qədir-Xum” gündür və İslamda ən böyük bayramlardan biridir. Bir rəvayətdə imam Sadiqdən (ə): “Müsəlmanların cümə günü, “Fitr” və “Qurban”... Davamı..

Qurban bayramının əməlləri

Zilhiccə ayının 10-cu günü  Qurban bayramıdır və çox şərəfli bir gündür. Həmin günün bir neçə əməli vardır. 1. Qüsl etmək; 2. Bayram... Davamı..

ƏRƏFƏ GÜNÜ – DUA GÜNÜ

Ərəfə” günü bütün rəmz və sirləri ilə birgə yenə gəlib çatmaqdadır. Mərifət günü, elə bir gün ki, qəlblərin baxışı səmaya dikəlib! “Ərəfat”... Davamı..