Hacı Əhliman Rüstəmovun informasiya bloku


Fəcr | Gün | Zöhr | Şam | Gecə
24 Sentyabr 12:34
1 Şərh
6790

“Ya Əli” demək şirkdirmi? Ayətullah Sistanidən tutarlı cavab

İslam dünyasının böyük alimlərindən olan Ayətullah Sistaniyə xüsusilə vəhhabilərin tez-tez dilə gətirdiyi etiqadı bir məsələ barədə sual ediblər.

 

“”Ya Əli”, – demək şirkdirmi? Əgər deyilsə, bu cür sualları necə cavablandıraq” sualına Ayətullah Sistani belə cavab verib:

 

“”Ya Əli mədəd!” deməyimiz, Əmirəlmöminin (ə) – nəyazu billah – Allah olduğuna və ya Allahın istəmədiyi bir işi edəcəyinə inandığımız mənasını vermir. Əksinə, biz İmam Əlinin (ə) dindar, Allahdan çəkinən təqva əhli, Allah yolunda cihad edən və bütün işlərini Allah rizası üçün edən biri kimi gördüyümüzdən onun Allahdan ehtiyaclarımızın yerinə yetirməsi üçün dua etməsini istəyirik. Bu şirk olmamaqla birlikdə tövhid və Allaha inancın da özüdür. Uca Allah bizə Peyğəmbəri Əkrəmə və Allah dostlarına təvəssül etməyimizi (vasitəçi qərar vermək) əmr etmişdir. “Maidə” surəsinin 35-ci ayəsində “Ey iman gətirənlər, Allahdan qorxun, Ona tərəf vasitə axtarın” buyurmuşdur. “Nisa” surəsinin 64-cü ayəsində, “Biz hər bir peyğəmbəri, yalnız Allahın kömək və izni ilə itaət olunmaq üçün göndərmişdik. Əgər onlar özlərinə zülm etdikləri zaman sənin yanına gəlsəydilər, sonra Allahdan bağışlanmaq istəsəydilər və Allahın Peyğəmbəri də onlar üçün bağışlanmaq diləsəydi, şübhəsiz, Allahın çox tövbə qəbul edən və mehriban olduğunu görərdilər” buyurur. Yəni Uca Allah günahkar müsəlmanları Peyğəmbərin hüzuruna gəlib ondan özləri haqqında günahlarının bağışlanmasını istəməyə istiqamətləndirmişdir. Halbuki, onlar şəxsən özləri günahlarının bağışlanmasını istəyə bilməzdimi və belə olan halda Peyğəmbərin bağışlanma diləməsinə ehtiyac olardımı?

 

Qurani-Kərim Yusifin qardaşlarının dilindən belə nəql etmişdir: “Atamız! Bizim üçün bağışlanma dilə!” Əgər təvəssül şirk olsaydı, ilahi bir peyğəmbər olan Həzrət Yaqubun (ə) onlara belə deməsi lazım idi: “Gedin, özünüz bu işi edin və məni vasitəçi qərar verərək şirk etməyin”. Halbuki, Quranın nəqlinə görə o belə demişdir: “Mən sizin haqqınızda Rəbbimdən bağışlanma diləyəcəyəm”.

 

Səhihi Buxaridə və digər mənbələrdə Ömər ibn Xəttab yağış yağması üçün Peyğəmbərimizin əmisi Abbas ibn Əbdülmüttəlib təvəssül etdiyi deyilir. O halda Ömər kafir və ya müşrik mi olur?

 

Əgər düşünürlərsə ki, “Abbas yaşayırdı və Ömər həyatda olan birinə təvəssül etmişdir”, biz də belə deyirik: Əgər şirk Allahdan başqa birindən nəsə istəməkdirsə, onda bir şey istənilənin  ölü və ya diri olması arasında heç bir fərq yoxdur.

 

Qeyd edək ki, vəhhabilər dünyasının dəyişmiş şəxsə təvəssül və müraciətin haram olmasını bununla əsaslandırır ki, həyatda olmayan kəslər (istər peyğəmbər, istərsə də övliyalar) bizim səsimizi eşitmədiyi üçün onlara edilən hər-hansı müraciət və xitab qadağandır.

 

Maraqlıdır, bu cür etiqada sahib olan vəhhabilər özləri namazın sonuncu təşəhhüdündə Peyğəmbərə (s) xitab edərək “Əssələmu aləykə əyyuhhən-nəbiyyu və rahmətullahi və bərakətuhu” deyirlər. Əgər İslam Peyğəmbəri (s) müraciət və xitabları eşitmirsə, ona salam verməyin məntiqi nədir?//Faktxeber

 

www.ahliman.info

Digər “Mənəviyyat ” Xəbərləri

Belə şəxsləri görən zaman bil ki, onlar Cəfəri şiələridir

İmam Əli (ə) buyurub: “Allahın Peyğəmbərinə (s) insanların mənə paxıllıq etmələrindən şikayətləndim. O Həzrət (s) buyurdu: Ey Əli! Cənnətə daxil olacaq ilk... Davamı..

Bu yeddi nəfər bütün peyğəmbərlər tərəfindən lənətlənib

Həzrət Rəsuli-Əkrəm (s) buyurub: Mən yeddi nəfərə lənət etmişəm, Allah da onlara lənət edib və məndən əvvəlki peyğəmbərlər də onlara lənət etmişlər.... Davamı..

İmam Əli (ə): “Özünə hörmət qоyаn kimsənin gözündə nəfsi istəklər dəyərsiz оlаr”

Əmirəl-möminin imam Əli əleyhissalam “nəfsin tərbiyəsi” ilə bağlı buyurmuşdur:   “Cаmааt! Nəfslərinizin tərbiyəsi ilə məşğul оlun və оnu аdətlərinə hərislikdən sахlаyın.” “Nəfslərinizlə... Davamı..

“Hətta bir dini göstərişi qəlbən qəbul etməyən şəxs kafirdir” – Ayətullah Yəzdi

Ayətullah Misbah Yəzdi buyurur: “İmanın nə dərəcədə olduğunu müəyyən etmək üçün insanların əməlinə diqqət yetirmək lazımdır. Ən yüksək iman mərtəbəsinə  çatmaq üçün... Davamı..

Hər kəs Allaha tərəf ibadətinin ən xalisini göndərsə, Allah da ən yaxşı məsləhəti onun üçün nazil edər

İxlas məqamı təkamülün və seyri-süluk mərhələlərinin ən yüksək mərhələsidir. İxlas nəticəsində qəlb ilahi nurların saçmasının mərkəzinə çevrilir. Qəlbdə hikmət və elm çeşməsi... Davamı..

Ərbəin günü oxumaq istəyənlər üçün Ərbəin ziyarətnaməsi

Ərbəin günündə İmam Hüseynin (ə) məzarını ziyarət etmək və Ərbəin ziyarətnaməsini oxumaq böyük savaba malikdir. Hətta İmam Həsən Əsgəri (ə) Ərbəin ziyarətnaməsini... Davamı..

Böyük insan heç vaxt söyüş söyməz

Həzrət Məhəmməd (s) buyurub: “Elə bir şey olmayıb ki, çirkin sözlər danışmaq (çirkin əməllər görmək) ona eyb gətirməsin. Elə bir şey olmayıb ki,... Davamı..

“Elm varsa iman var” kimi fikirlər həqiqətdən uzaqdır – Ayətullah Yəzdi

Ayətullah Ustad Misbah Yəzdi buyurur: “İman nədir və Allaha iman gətirmək nə deməkdir? İlk əvvəl belə nəzərə çarpır ki, iman “inam” deməkdir... Davamı..