Hacı Əhliman Rüstəmovun informasiya bloku


Fəcr | Gün | Zöhr | Şam | Gecə
7 Fevral 16:29
Şərh Yoxdur
3449

Yəqinin 3 nişanəsi. Şəkkin 4 hissəsi. Yəqinə çatanın 6 əlaməti

İmam Sadiq (ə) buyurur: “Xoşluq və rahatlıq – razılıq və yəqindədir. Qəm və qüssə isə şəkk və narazılıqda”.

 

Həzrət Cəfər Sadiq (ə) başqa yerdə buyurur: “Heç bir zaman qəlb, haqqın batil olmasına və batilin haqq olmasına yəqin etməz”.

 

İmam Sadiq (ə) buyurur: “Həris iki sifətdən məhrum olar və nəticədə iki şey onunla olar: qənaətdən məhrum olar – nəticədə rahatlığını əldən verər. Razı olmaqdan məhrum olar – nəticədə yəqini əldən verər”.

 

İmam Əli (ə) buyurur: “Möminin əməlində yəqin görünər. Münafiqin əməlində isə şəkk”.

 

Həzrət Əmirəlmöminin (ə) başqa yerdə buyurur: “Üç şey yəqinin nişanələrindəndir:

– arzunun qısa olması,

– əməldə ixlas,

– dünyaya qarşı rəğbətsizlik”.

 

İmam Əli (ə) buyurur: “Şəkkin dörd hissəsi vardır:

– danışıqda mübahisə etmək,

– qorxmaq,

– ikiürəkli olmaq,

– ruzigarın hadisələrinə təslim olmaq.

O kəs ki, mühabisə və dava etməyi adəti qərar verər – şübhənin zülmətindən çıxa bilməz.

O kəs ki, hər şeydən qorxar – davamlı olaraq geri çəkilməkdə olar.

O kəs ki, ikiürəkli olar – şeytanın ayağı altında əzilər.

O kəs ki, hadisələrə təslim olar – dünya və axirətinin məhv olmasına boyun əyər, hər iki dünyanı əldən vermiş olar”.

 

Həzrət Peyğəmbər (s) buyurur: “Yəqinə çatan insanın 6 nişanəsi olar:

1. Allahın haqq olmasına yəqinlik əldə edər – çünki Ona iman gətirmişdir.

2. Yəqini olar ki, ölüm haqdır – ona görə də ona qarşı diqqətli olar.

3. Yəqini olar ki, Qiyamət haqdır – ona görə də rüsvaylıqdan qorxar.

4. Yəqini olar ki, behişt haqdır – ona görə də ona müştaq olar.

5. Yəqini olar ki, cəhənnəm haqdır – ona görə də ondan xilas olmaq üçün çalışar.

6. Yəqini olar ki, hesab haqdır – ona görə də özü-özündən hesab çəkər”.

 

İmam Sadiq (ə) buyurur: “Allah yanında yəqin sayəsində olan az və davamlı əməl, yəqini olmayan çoxlu əməldən daha üstündür”. (Beytutə/Deyerler)

İmam Rza (ə) buyurur: “İman – İslamdan bir dərəcə yüksəkdir. Təqva – imandan bir dərəcə yüksəkdir. Adəm övladına yəqinlikdən üstün heç bir şey verilməmişdir”.

 

www.ahliman.info

Digər “Mənəviyyat ” Xəbərləri

Məhərrəm ayının birinci gününün əməlləri

“Məhərrəm” – Əhli-beytin və şiələrinin matəm ayıdır. İmam Rzadan (ə) nəql olunur ki, Məhərrəm ayı daxil olanda, heç kim atam imam Kazimi... Davamı..

Qədir-Xum gününün əməlləri

Zil-hiccə ayının 18-i  “Qədir-Xum” gündür və İslamda ən böyük bayramlardan biridir. Bir rəvayətdə imam Sadiqdən (ə): “Müsəlmanların cümə günü, “Fitr” və “Qurban”... Davamı..

Qurban bayramının əməlləri

Zilhiccə ayının 10-cu günü  Qurban bayramıdır və çox şərəfli bir gündür. Həmin günün bir neçə əməli vardır. 1. Qüsl etmək; 2. Bayram... Davamı..

ƏRƏFƏ GÜNÜ – DUA GÜNÜ

Ərəfə” günü bütün rəmz və sirləri ilə birgə yenə gəlib çatmaqdadır. Mərifət günü, elə bir gün ki, qəlblərin baxışı səmaya dikəlib! “Ərəfat”... Davamı..

Ərəfə’ gününün əməlləri

Zilhiccə ayının 9-cu günü “Ərəfə” günüdür. “Ərəfə” günü bayram kimi tanınmasa da, böyük bayramlardan biridir. Allah-Taala həmin gün öz bəndələrini ibadət və... Davamı..

İMAM ƏLİ (Ə) İLƏ XANIM ZƏHRANIN (S) EVLƏNMƏSİ

Zilhəccə ayının 1-ci günü  imam Əmirəlmöminin Əli (ə) ilə xanım Fatimeyi-Zəhranın (s) evləndiyi gündür. Elə bu məqsədlə, onların evlənməsi ilə bağlı qısa... Davamı..

Zilhiccə ayının 1-ci gününün məxsus əməlləri

Zilhiccə ayının birinci günü çox mübarək gündür və həmin gün bir neçə əməlin yerinə yetirilməsi tövsiyə olunur: 1. Oruc tutmaq;birinci günün orucu səksən... Davamı..

İmam Rzanın (ə) İmam Cavada (ə) məktubu

Əhməd ibn Məhəmməd ibn Əbu Nəsr Bəzənti belə  nəql edir: قَرَأتُ كِتابَ أبِي الحَسَنِ الرِّضا إلى أبي جَعفَرٍ‘: ياأبا جَعفَرٍ، بَلَغَني أنَّ... Davamı..