Hacı Əhliman Rüstəmovun informasiya bloku


Fəcr | Gün | Zöhr | Şam | Gecə
18 Aprel 18:19
Şərh Yoxdur
3038

Xeyir işə niyyət etmək, onu yerinə yetirmək kimidir

Xeyir işin niyyəti – onu yerinə yetirmək kimidir. Yəni, xeyir işi niyyət etmək o qədər mühüm mövzudur ki, onu yerinə yetirməyə bərabər tutulur.

Allah Təala xeyir işi görəni mədh edər və bütün peyğəmbərlər (ə), Məsumlarımız (ə) xeyir əhli olmuşdular. Onlar özləri də insanları xeyir işlərə dəvət edərdilər. (Tebyan/Deyerler)

Həzrət Peyğəmbər (s) buyurur: “Hər kim yaxşı sözü başqasına öyrədər və o, da həmin sözü deyər, Allah Təala onun üçün 10 həsənə yazar, 10 günahını aradan aparar və ona 10 dərəcə mərhəmət edər”.

Çünki Allah insanları sevir və istəyir ki, yaxşı sözlər öyrənsinlər. Allah Təala bu əməl üçün ona görə savab təyin edir ki, insanları ona həvəsləndirsin. Yəni, baxın xeyir iş nə qədər gözəldir və dərəcənizi qaldırar.

Günahların bağışlanmasını başa düşmək olar, bəs dərəcənin qaldırılması nə deməkdir? Yəni, aləmlərin Pərvərdigarı insanı bir haldan malik olmadığı başqa bir hala salar. İnsan bəzən bunu hiss edər, bəzən də etməz. İlahi övliyalar hər gecə Allaha belə dua edərdilər: “Bizim halımızı ən yaxşı hala dəyişdir!”. Ancaq pisliyə tərəf deyil, daha yaxşı hala tərəf. Çünki onların halı dayanmazdı, daima hərəkətdə idi.

Xeyir əməl o qədər yaxşıdır ki, Allah Təala buyurur: “Mən onları az hesab etmirəm, siz də həqir hesab etməyin”. Əslində Allah bizim əməllərimizi istəmir, sadəcə təzahür etdirməyimizi istəyir ki, biz xeyirxah insanıq, yoxsa yox. Qalan şeylər bəhanədir. Əməl bəhanədir, namaz bəhanədir, oruc bəhanədir.

Aləmlərin Pərvərdigarı ancaq bir şey istəyir – xeyir və yaxşılıq və bu xeyri sevmək. Allah şəhadət verir ki, əgər kimdəsə belə bir hal olarsa, Allah Təala onun tutumunu doldurar.

Əmirəl-möminin (ə) buyurur: “Baxın görün gözünüzün qarşısında elə insan vardırmı ki, günah edir. Allah bu günahı sizin üçün haram etmişdir və itaət yollarını sizin üçün hamar etmişdir. Bu itaət xeyirdir, günah isə şərdir. Allah sizin üçün xeyri qərar vermişdir və sizi xeyir əhli qərar verər. Ona görə də şər günahdır, xeyir itaətdir. Əgər itaət etsəniz, Allahın xeyridir. Əgər günah etsəniz, şərdir. Necə ki, şər yerinə yetirsəniz, günahdır. Deməli ikitərəflidir”.

 

www.ahliman.info

Digər “Mənəviyyat ” Xəbərləri

Qədir-Xum gününün əməlləri

Zil-hiccə ayının 18-i  “Qədir-Xum” gündür və İslamda ən böyük bayramlardan biridir. Bir rəvayətdə imam Sadiqdən (ə): “Müsəlmanların cümə günü, “Fitr” və “Qurban”... Davamı..

Qurban bayramının əməlləri

Zilhiccə ayının 10-cu günü  Qurban bayramıdır və çox şərəfli bir gündür. Həmin günün bir neçə əməli vardır. 1. Qüsl etmək; 2. Bayram... Davamı..

ƏRƏFƏ GÜNÜ – DUA GÜNÜ

Ərəfə” günü bütün rəmz və sirləri ilə birgə yenə gəlib çatmaqdadır. Mərifət günü, elə bir gün ki, qəlblərin baxışı səmaya dikəlib! “Ərəfat”... Davamı..

Ərəfə’ gününün əməlləri

Zilhiccə ayının 9-cu günü “Ərəfə” günüdür. “Ərəfə” günü bayram kimi tanınmasa da, böyük bayramlardan biridir. Allah-Taala həmin gün öz bəndələrini ibadət və... Davamı..

İMAM ƏLİ (Ə) İLƏ XANIM ZƏHRANIN (S) EVLƏNMƏSİ

Zilhəccə ayının 1-ci günü  imam Əmirəlmöminin Əli (ə) ilə xanım Fatimeyi-Zəhranın (s) evləndiyi gündür. Elə bu məqsədlə, onların evlənməsi ilə bağlı qısa... Davamı..

Zilhiccə ayının 1-ci gününün məxsus əməlləri

Zilhiccə ayının birinci günü çox mübarək gündür və həmin gün bir neçə əməlin yerinə yetirilməsi tövsiyə olunur: 1. Oruc tutmaq;birinci günün orucu səksən... Davamı..

İmam Rzanın (ə) İmam Cavada (ə) məktubu

Əhməd ibn Məhəmməd ibn Əbu Nəsr Bəzənti belə  nəql edir: قَرَأتُ كِتابَ أبِي الحَسَنِ الرِّضا إلى أبي جَعفَرٍ‘: ياأبا جَعفَرٍ، بَلَغَني أنَّ... Davamı..

Sevgi ilə qəzəbin və ya əzəmətlə gözəlliyin vəhdəti

Allah bəsit həqiqətdir, heç bir çoxluğa malik deyil. Bu səbəbdən də substansional atributları elə Onun substansiyasından ibarətdir. Deməli, Allahın gözəl adları tək... Davamı..