Hacı Əhliman Rüstəmovun informasiya bloku


Fəcr | Gün | Zöhr | Şam | Gecə
23 Noyabr 09:06
Şərh Yoxdur
7147

Xeyir, Allaha sanki Onu görürmüş kimi ibadət etməkdədir

Həzrət Peyğəmbərin (s) Əbuzərə nəsihətlərindən

“Ey Əbuzər! Allaha, elə idabət et ki, sanki Onu görürsən. Çünki sən Onu görməsən də, O, səni görür.”

Hədisin bu hissəsi mütəvatir [1] olmasa da, ən azı müstəfizdir [2]. Müxtəlif vasitələrlə Peyğəmbərdən (s) və əksərən də, müxtəlif təbirlərlə Əbuzərin özündən nəql olunmuşdur. Buna bənzər başqa bir hədisdə belə buyurulur:

Xeyir, Allaha sanki Onu görürmüş kimi ibadət etməkdədir”.

Bəlkə də, Allaha bəndəçilik yolunda uzun illər qədəm götürmüş və səadətə qovuşmaq üçün Peyğəmbərin (s) göstərişlərindən bəhrələnmək istəyən Əbuzərə ən yaxşı nəsihət, ona ibadətdən faydalanmağın yolunu göstərmək olardı. O, qarşısında elə bir yolun açılmasını gözləyirdi ki, ibadətin şirinliyini ona dadızdırsın və bu da, ancaq bütün qəlblə, vücudla ibadətə sarıldıqda mümkündür. Buna, qəlbin ibadətə hazır olması, başqa sözlə desək, “hüzuri-qəlb” deyilir.

İnsanın ibadət zamanı hüzuri-qəlb tapması üçün davamlı olaraq çalışıb, səy göstərməsi və Allah hüzurunda olmasını dərk etməsi lazımdır. İnsan daim özünü Allah hüzurunda bilməli və Onunla əlaqədə görməlidir. Çünki bir kəs Allahla ünsiyyət tapsa, heç vaxt Onunla danışmaqdan, sözünü eşitməkdən yorulmaz. Çünki aşiq öz mə᾿şuqu ilə nə qədər çox ünsiyyətdə olarsa, ona daha çox bağlanar.

Bizim ibadət zamanı tez yorulmağımız və namazı tələsik qılıb öz işimizin dalınca getməyimiz namazı düzgün dərk etməməyimizdən irəli gəlir. Əgər namaz bir az uzun çəkərsə, nəinki namazdan ləzzət almır, əksinə özümüzü dar bir qəfəsdə hiss edirik. Bütün bunlar kimin hüzurunda dayanmağımızı və kiminlə söhbət etdiyimizi dərk etməməyimizdən irəli gəlir. Mümkündür, adi elmi yolla bəndəlik və Allah dərgahında dayanmağın nə dərəcədə əhəmiyyətli olduğunu bilib, Allahın əzəmətinə diqqətimizi yönəldək. Lakin bu cür zehni məfhumlar bizim qəlbimizə təsir etmir və Allahla həqiqi rabitə qurmağımıza səbəb olmur.

Allahla həqiqi və düzgün rabitə yaratmağa səbəb olan amil, ibadət zamanı hüzuri-qəlb tapmaqdır. Bizim yerinə yetirdiyimiz ibadətlər ancaq şəri təklifin boynumuzdan götürülməsi üçün olub, lazımı bəhrə vermir. Çünki ibadətlərimizin ruhu yoxdur və qəlbimiz ibadət zamanı qaib olur (hüzuri-qəlb tapmır). Dünya işləri ilə məşğuliyyət, bizləri Allahla ünsiyyət yaratmaqdan və qəlbi hazır görməkdən saxlayır. Bu, bizim üzləşdiyimiz əsas problemlərdəndir. Həmişə belə bir sual meydana çıxır: Namazda hüzuri-qəlb tapmaq üçün nə etmək lazımdır? Bunun üçün zəhmət və ruhi məşğələlər tələb olunur.

 

www.ahliman.info

[1] Müxtəlif məzhəblərdən olan ravilər tərəfindən müştərək halda qəbul olunur.

[2]  Həddən artıq geniş yayılmışdır.

Digər “Əhli-Beyt ” Xəbərləri

 İmam Rzanın (ə) şəhadət günüdür

 İmam Rzanın (ə) şəhadət günüdür İmam Rza (ə) 148-ci hicri-qəməri ilinin Zil-qədə ayında anadan olmuşdur. O Həzrətin künyəsi Əbülhəsən, ləqəbi Rzadır və... Davamı..

İmam Həsənin (ə) həyatına qısa bir baxış

Səfər ayının 28-i  İslam Peyğəmbərinin (s) rehləti və imam Həsənin (ə) şəhadət günüdür. Elə bu münasibətlə əziz oxucularımıza başsağlığı verir və İslam... Davamı..

İSLAM PEYĞƏMBƏRİNİN (S) HƏYATI

Səfər ayının 28-i  İslam Peyğəmbərinin (s) rehləti və o həzrətin böyük nəvəsi imam Həsənin (ə) şəhadət günüdür. Bu münasibətlə əziz oxucularımıza başsağlığı verir və... Davamı..

Həzrət Rüqəyyənİn (ə) şəhadətİ

İmam Hüseynin (ə) kiçik qızı həzrət Rüqəyyənin (ə) anasının adı Ümmü-İshaqdır. O, 59-cu hicri-qəməri ilində Mədinə şəhərində dünyaya gəlmiş və 61-ci ilində... Davamı..

Əlidən (ə) itaət etmək Allah və Peyğəmbərindən (s) itaət etməkdir

Əlidən (ə) itaət etmək Allah və Peyğəmbərindən (s) itaət etməkdir Allah-Taala Qurani-Kərimin mübarək Nisa surəsinin 59-cu ayəsində buyurur: یَا أَیُّهَا الَّذِینَ آمَنُوا... Davamı..

İMAM ZEYNƏLABİDİN (Ə)-IN AĞLAR GÖZLƏRİ

İMAM ZEYNƏLABİDİN (Ə)-IN AĞLAR GÖZLƏRİ   Rəvayət olunur ki, İmam Zeynəlabidin (ə) yüksək helm və səbr məqamına malik olmasıyla yanaşı bu müsibətdə... Davamı..

MƏDİNƏ ŞƏHƏRİNİN SİMASI

Müəllif deyir: «Sonra İmam Zeynəlabidin (ə) əhli-beytlə Mədinəyə daxil oldu. Onlar öz qohum-əqrabasının evlərinə baxırdılar. Elə bil ki, evlər də şəhid olmuş... Davamı..

İMAM SƏCCAD (Ə)-IN MƏDİNƏ ƏHALİSİNƏ SÖYLƏDİYİ XÜTBƏ

İMAM SƏCCAD (Ə)-IN MƏDİNƏ ƏHALİSİNƏ SÖYLƏDİYİ XÜTBƏ   Bu vaxt İmam Zeynəlabidin (ə) əli iləişarə edib camaatı sakitləşdirdi və dedi:   فَقَالَ... Davamı..