Hacı Əhliman Rüstəmovun informasiya bloku


Fəcr | Gün | Zöhr | Şam | Gecə
25 Dekabr 09:35
Şərh Yoxdur
3830

Xalqı aldatmaq xatirinə elm öyrənən kəsin burnuna cənnət qoxusu dəyməz

Həzrət Peyğəmbərin (s) Əbuzərə nəsihətlərindən

“Ey Əbuzər! Xalqı aldatmaq xatirinə elm öyrənən kəsin burnuna cənnət qoxusu dəyməz”.

Şöhrət və sərvət üçün elm dalınca gedənlər bir tərəfə qalsın, hətta elmi xalqı aldatmaq və başqalarını əyri yola çəkmək xatirinə öyrənənlər də vardır.

Hədisin bu hissəsinə qədər elmə əməl etməyin əhəmiyyəti və elm öyrənməkdə niyyətin təmizliyindən söhbət açıldı. Belə ki, elm dalınca gedən insan diqqət edib hansı niyyətlə bu yola qədəm qoyduğunu özü üçün aydınlaşdırmalıdır. Bəlkə, Allah eləməmiş, qəlbində şeytani niyyətlər baş qaldırıb və “Hüccətül-islam”, “Ayətullah”,  “filosof”, “alim” və s. kimi ad-san qazanmağın dalınca gedir?!

Şöhrət xatirinə elmin zəhmətinə qatlaşanlar, bəlkə də, elə fikirləşirlər ki, xalq arasında məşhur olub tanınan adamlar, Allah yanında da əziz tutulurlar. Bu batil bir fikirdir. Məgər camaat arasında şöhrət qazanmış adam öz ilahi təkliflərinə əməl etmişdir ki,  Allah yanında da əziz olsun və səadətə çatsın? Düzdür, onun xalq arasında hörməti, ad-sanı vardır. Lakin Allah yanında hər kəsdən daha başaşağı və üzüqaradır. Çünki insanın üstünlük meyarı onun elmi, əməli və təqvası vasitəsilə ölçülür. Şərt budur ki, insan Allah yanında hörmətli və izzətli olsun, xalq arasında yox.

 

www.ahliman.info

Digər “Əhli-Beyt ” Xəbərləri

Xanım Zeynəb (s.ə) – Müsibətlər anası

15 Rəcəb – Xanım Zeynəbin (s.ə) vəfat günüdür. Xanım Zeynəb (s.ə.) qəhrəman, şücaətli, müqavimətli və yorulmaz bir qadın olub. Dünyada şücaətli qəhrəmanlar... Davamı..

İmam Əlinin (ə) həyatına qısa bir baxış

İmam Əmirəlmöminin Əli (ə) “amul-fil”in (fil ili) 30-cu ilində, Peyğəmbərin (s) hicrətindən, təqribən, 24 il əvvəl, Rəcəb ayının 13-ü Kəbə evində dünyaya... Davamı..

İMAM CAVADIN (Ə) HƏYATINA QISA BİR BAXIŞ

“Cavadul-Əimmə” ləqəbi ilə tanınan doqquzuncu imamımız həzrət Muhəmmədtəqi (ə) 195-ci hicri-qəməri ilinin Rəcəb ayının 10-da Mədinə şəhərində dünyaya göz açmışdır. Atası imam... Davamı..

İmam Hadinin (ə) həyatı

İmam Əli ibn Mühəmməd (ə) şiələrin onuncu imamıdır və o həzrətin ləqəbi Hadidir. O həzrət 212-ci hicri-qəməri ilinin Zil-həccə ayının 15-də dünyaya... Davamı..

1 Rəcəb – İmam Muhəmməd Baqirin (ə) mövlud günüdür

Beşinci imam “Baqir” ləqəbilə tanınan Mühəmməd ibn Əli ibn Hüseyn (ə) 57-ci (və yaxud 58-ci) hicri-qəməri ilində dünyaya göz açmışdır. Yəqubi o... Davamı..

Cəmadius-sani ayının 20-ci günü – Xanım Fatimeyi- Zəhranın (s.ə) mövludu

Cəmadius-sani ayının 20-ci günü bir neçə əməlin yerinə yetirilməsi müstəhəbdir:   Cəmadius-sani ayının 20-i  İslam Peyğəmbərinin (s) sevimli qızı və İmam Əlinin... Davamı..

İmam Əli (ə) Xanım Fatimeyi-Zəhranı (s.ə.) dəfn edərkən…

İmam Hüseyn (ə) buyurur: لَمّا قُبِضَت فاطِمَةُ (س) دَفَنَها أميرُ المُؤمِنينَ سِرًّا وعَفا عَلى مَوضِعِ قَبرِها، ثُمَّ قامَ فَحَوَّلَ وَجهَهُ إلى قَبرِ... Davamı..