Hacı Əhliman Rüstəmovun informasiya bloku


Fəcr | Gün | Zöhr | Şam | Gecə
19 Yanvar 10:32
Şərh Yoxdur
3446

Xəyalda günah qeyd olunmaz. Amma əmələ çevrilməsinə yol verilməməlidir

Dünya başdan-başa ciddiyyətlə doludur və bu aləmin heç bir zamanı və məkanı yersiz və boş deyildir. Və ya yersiz şeylər üçün xəlq olmamışdır.

Yer üzü yersiz işlər üçün xəlq olmasa da, Allah insana ixtiyar vermişdir ki, ciddiyyət ilə yersiz arasında seçim etsin. Ancaq insanların əksər hissəsi ömür sərmayələrini yersiz və boş işlərlə tələf edirlər.

Hədislərin birində deyilir ki, sizin ağzınızdan bir söz çıxmaz, məgər o halda ki, Allah tərəfindən vəzifələndirilmiş mələklər onu qeyd etmək üçün hazır dayanarlar ki, axirətdə onu kəlmə-kəlmə sizə nişan versinlər. Siz də gərək onlara cavab verəsiniz.

İnsanın danışmağı kimi, baxışları da azad deyildir. Biz gərək hər baxışlarımıza görə də cavabdeh olaq.

İnsanın xəyalları çox hərəkətlidir. Çox rahatlıqla bir budaqdan başqasına uça bilir. Xəyal günahı qeyd olunmaz, ancaq əgər bu xəyal əmələ çevrilərsə, o zaman günahı yetişdirmiş olar.

İnsan axirətdə ən kiçik əməlindən belə qaça bilməyəcəkdir. Bu dünyada insan düşməndən, bəladan qaça bilər, ancaq nəfsindən qaçması mümkünsüzdür. Ona görə də bütün ömrü boyu onunla vuruşmalıdır. O insan ki, dünyada ancaq əmmarə nəfsinin ardınca getmişdir, halı necə ola bilər? İnsan bu rəzil nəfsi ilə ancaq bu dünyada mübarizə apa bilər, ona ancaq dünyada qələbə çala bilər.

Ona görə də dünyada bacardığınız qədər nəfsinizin islahı ilə məşğul olun. Çünki ölüm çox dəhşətlidir və qəbrə daxil olanda artıq mübarizə arxada qalacaqdır və sizi ancaq hesab gözləyəcəkdir. Əgər yaxşı əməlləriniz pis əməllərinizə qələbə çalsa, o zaman nicat tapa bilərsiniz.

Əziz Peyğəmbərimiz (s) buyurur: “O kəslərə təəccüb edirəm ki, öz yediklərinə əhəmiyyət verərlər ki, məbada xəstələnərlər. Ancaq günahlarına əhəmiyyət verməzlər və cəhənnəmin yanar atəşindən qorxmazlar”.

 

www.ahliman.info

Digər “Mənəviyyat ” Xəbərləri

Həzrət Cəbrayılın (ə) Peyğəmbərə (s) Kərbəla türbəti verməsi

Həzrət Cəbrayılın (ə) Peyğəmbərə (s) Kərbəla türbəti verməsi Əhli-Sünnənin böyük hədis alimi, fəqih və məzhəb imamı Əhməd ibn Hənbəl özünün “əl-Müsnəd” adlı... Davamı..

İmam Hüseynin (ə) Kərbəladan qardaşına məktubu

İmam Hüseynin (ə) Kərbəladan qardaşına məktubu “Sanki dünya heç yox imiş və sanki axirət əzəldən var imiş” İmam Baqirdən (ə) rəvayət olunan... Davamı..

Aşura gününün əməlləri

İmam Hüseyn (ə) və Kərbəla şəhidlərinə əzadarlıq etmək. İmam Rza (ə) buyurur: “Allah-Taala, “Aşura” günü işlərini tərk edən şəxsin dünya və axirət... Davamı..

Tasua Gününün Əməlləri

1. Namazlar Gecənin sonunda 4 rükət namaz Hər rükətdə “Həmd” surəsindən sonra: Ayətül-kürsü – 10 dəfə “İxlas” surəsi – 10 dəfə “Fələq”... Davamı..

Məhərrəm ayının birinci gününün əməlləri

“Məhərrəm” – Əhli-beytin və şiələrinin matəm ayıdır. İmam Rzadan (ə) nəql olunur ki, Məhərrəm ayı daxil olanda, heç kim atam imam Kazimi... Davamı..

Qədir-Xum gününün əməlləri

Zil-hiccə ayının 18-i  “Qədir-Xum” gündür və İslamda ən böyük bayramlardan biridir. Bir rəvayətdə imam Sadiqdən (ə): “Müsəlmanların cümə günü, “Fitr” və “Qurban”... Davamı..

Qurban bayramının əməlləri

Zilhiccə ayının 10-cu günü  Qurban bayramıdır və çox şərəfli bir gündür. Həmin günün bir neçə əməli vardır. 1. Qüsl etmək; 2. Bayram... Davamı..

ƏRƏFƏ GÜNÜ – DUA GÜNÜ

Ərəfə” günü bütün rəmz və sirləri ilə birgə yenə gəlib çatmaqdadır. Mərifət günü, elə bir gün ki, qəlblərin baxışı səmaya dikəlib! “Ərəfat”... Davamı..