“Şəhidlər Uca Allahın müsafirləridirlər. Şəhidlər Allah qatında ruziləndirilirlər. Vətən şəhidlərlə ucalar. Əsgərlərimiz həmişə qalibdir, yenə də qalib olacaqlar”.
Bu fikirləri Bakının “Hacı Cavad” məscidinin axundu, ilahiyyatçı alim Hacı Əhliman Rüstəmov bu gün cümə namazından sonra öz xütbəsində bildirib.
İlahiyyatçı Qurani-kərimdən sitat gətirərək deyib: “Allah yolunda öldürülənləri heç vaxt ölü hesab etmə. Əksinə, onlar diridirlər və Allahın yanında ruzi yeyərlər.”
Əhliman Rüstəmov vurğulayıb ki, Azərbaycan əsgəri son günlər cəbhədə gedən qızğın döyüşlərdə böyük fədakarlıq göstərib. Şəhidlərimizin əziz xatirəsi əbədi olaraq xalqımızın yaddaşına həkk olunub.
www.ahliman.info