Hacı Əhliman Rüstəmovun informasiya bloku


Fəcr | Gün | Zöhr | Şam | Gecə
15 Yanvar 14:51
Şərh Yoxdur
4123

Uzun səcdə bəndəlik etmək istəyənlərin ən yaxın yoludur

Böyük arif mərhum Mirzə Cavad Məliki Təbrizi ağa belə buyurub:

“İslam peyğəmbəri (s) səcdənin uzadılması barəsində təkidli göstərişlər vermişdir. Bu da çox mühüm bir məsələdir. Uzun səcdə bəndəlik etmək istəyənlərin ən yaxın yoludur və məhz həmin cəhətə görə namazın hər rükətində iki səcdə şəri qanun halına salınmışdır. İmamlar (ə) və onların şiələrinin uzun-uzadı səcdələri barəsində mühüm mətləblər nəql olunmuşdur. İmam Səccadın (ə) namazlarının birində səcdədə min dəfə “La ilahə illəllahu həqqən həqqa, la ilahə illəllahu təəbbudən və riqqa, la ilahə illəllahu imanən və sidqa.” – cümləsini dediyi qeydə alınıb. İmam Museyi-Kazimin (ə) barəsində yazırlar ki, bəzən onun səcdəsi sübhdən zöhrə qədər davam edirdi.

Nəcəfi-Əşrəfdə təhsil aldığım dövrlərdə mənim bir ustadım vardı. O, təqvalı tələbələrin müraciət yeri idi. Ondan soruşdum: “Hansı əməli təcrübədən çıxarmısınız ki, təkamül yolçusunun halına daha təsirli olsun?” Buyurdu: “Hər gecə-gündüzdə uzun bir səcdə yerinə yetir və səcdə halında “La ilahə illa ənt, subhanəkə inni kuntu minəz-zalimin” – cümləsini de və zikr halında buna diqqət yetir ki, “Pərvərdigarım elə pakdır ki, mənə azacıq olsa belə, zülmü rəva görməz, əksinə özümə zülm edən mən özüməm və özüm özümü belə bir həlakət uçurumuna atmışam.”

Ustadım hörmət etdiyi şəxslərə bu səcdəni tövsiyə edirdi. Hər kəs onu yerinə yetirirdisə, xüsusilə bu səcdəni daha çox uzadan şəxslər, təsirini əməldə müşahidə edirdi. Onlardan bəziləri o zikri min dəfə, bəziləri az, bəziləri daha artıq təkrar edirdilər. Eşitmişdim ki, onlardan bəziləri bu zikri səcdədə üç min dəfə təkrar edirmiş.”

 

www.ahliman.info

Digər “Mənəviyyat ” Xəbərləri

Həzrət Cəbrayılın (ə) Peyğəmbərə (s) Kərbəla türbəti verməsi

Həzrət Cəbrayılın (ə) Peyğəmbərə (s) Kərbəla türbəti verməsi Əhli-Sünnənin böyük hədis alimi, fəqih və məzhəb imamı Əhməd ibn Hənbəl özünün “əl-Müsnəd” adlı... Davamı..

İmam Hüseynin (ə) Kərbəladan qardaşına məktubu

İmam Hüseynin (ə) Kərbəladan qardaşına məktubu “Sanki dünya heç yox imiş və sanki axirət əzəldən var imiş” İmam Baqirdən (ə) rəvayət olunan... Davamı..

Aşura gününün əməlləri

İmam Hüseyn (ə) və Kərbəla şəhidlərinə əzadarlıq etmək. İmam Rza (ə) buyurur: “Allah-Taala, “Aşura” günü işlərini tərk edən şəxsin dünya və axirət... Davamı..

Tasua Gününün Əməlləri

1. Namazlar Gecənin sonunda 4 rükət namaz Hər rükətdə “Həmd” surəsindən sonra: Ayətül-kürsü – 10 dəfə “İxlas” surəsi – 10 dəfə “Fələq”... Davamı..

Məhərrəm ayının birinci gününün əməlləri

“Məhərrəm” – Əhli-beytin və şiələrinin matəm ayıdır. İmam Rzadan (ə) nəql olunur ki, Məhərrəm ayı daxil olanda, heç kim atam imam Kazimi... Davamı..

Qədir-Xum gününün əməlləri

Zil-hiccə ayının 18-i  “Qədir-Xum” gündür və İslamda ən böyük bayramlardan biridir. Bir rəvayətdə imam Sadiqdən (ə): “Müsəlmanların cümə günü, “Fitr” və “Qurban”... Davamı..

Qurban bayramının əməlləri

Zilhiccə ayının 10-cu günü  Qurban bayramıdır və çox şərəfli bir gündür. Həmin günün bir neçə əməli vardır. 1. Qüsl etmək; 2. Bayram... Davamı..

ƏRƏFƏ GÜNÜ – DUA GÜNÜ

Ərəfə” günü bütün rəmz və sirləri ilə birgə yenə gəlib çatmaqdadır. Mərifət günü, elə bir gün ki, qəlblərin baxışı səmaya dikəlib! “Ərəfat”... Davamı..