Hacı Əhliman Rüstəmovun informasiya bloku


Fəcr | Gün | Zöhr | Şam | Gecə
23 Yanvar 18:41
Şərh Yoxdur
2582

Ustad Qəraəti: “Bu, Xanımın (s.ə) kəraməti idi”

Ustad Qəraəti nəql edir: “Suriyaya səfər edən zaman xütbələrə və məclislərin çox olmasına görə Xanım Zeynəbin (s.ə) hərəminə gedə bilməmişdim. Bu məsələ məni narahat edirdi.

 

Eşitmişdim ki, bir kor mərsiyə deyən hərəmdə rövzə oxuyur. Çox yaxşı əzadarlıq edir. Çox zaman da Həzrət Zeynəbə (s.ə) xitab edən mərsiyələr deyir.

 

Səfərimin axır saatında hərəmə getdim. Zərihin aşağısında əyləşdim və qərara aldım ki, ancaq özüm tək halda rövzə oxuyacağam. Bu zaman gördüm ki, bir nəfər mənim yanımda əyləşdi. Rövzə oxumağa başladı. O, rövzəni məndən yaxşı oxuyurdu və davamlı deyirdi: “Bibican!”.

 

Başa düşdüm ki, bu seyyid – rövzə oxuyandır.

 

Səfərimin son saatlarında yaxşı təvəssül edə bildim və bütün bunlar Xanımın (s.ə) kəramətindən idi”. (Həvzəh/Deyerler)

 

Ustadın Xanıma (s.ə) olan ehtiramı və agahlığı səbəb idi ki, Xanımın (s.ə) kəramətini dərk etsin…

 

www.ahliman.info

Digər “Mənəviyyat ” Xəbərləri

Həzrət Cəbrayılın (ə) Peyğəmbərə (s) Kərbəla türbəti verməsi

Həzrət Cəbrayılın (ə) Peyğəmbərə (s) Kərbəla türbəti verməsi Əhli-Sünnənin böyük hədis alimi, fəqih və məzhəb imamı Əhməd ibn Hənbəl özünün “əl-Müsnəd” adlı... Davamı..

İmam Hüseynin (ə) Kərbəladan qardaşına məktubu

İmam Hüseynin (ə) Kərbəladan qardaşına məktubu “Sanki dünya heç yox imiş və sanki axirət əzəldən var imiş” İmam Baqirdən (ə) rəvayət olunan... Davamı..

Aşura gününün əməlləri

İmam Hüseyn (ə) və Kərbəla şəhidlərinə əzadarlıq etmək. İmam Rza (ə) buyurur: “Allah-Taala, “Aşura” günü işlərini tərk edən şəxsin dünya və axirət... Davamı..

Tasua Gününün Əməlləri

1. Namazlar Gecənin sonunda 4 rükət namaz Hər rükətdə “Həmd” surəsindən sonra: Ayətül-kürsü – 10 dəfə “İxlas” surəsi – 10 dəfə “Fələq”... Davamı..

Məhərrəm ayının birinci gününün əməlləri

“Məhərrəm” – Əhli-beytin və şiələrinin matəm ayıdır. İmam Rzadan (ə) nəql olunur ki, Məhərrəm ayı daxil olanda, heç kim atam imam Kazimi... Davamı..

Qədir-Xum gününün əməlləri

Zil-hiccə ayının 18-i  “Qədir-Xum” gündür və İslamda ən böyük bayramlardan biridir. Bir rəvayətdə imam Sadiqdən (ə): “Müsəlmanların cümə günü, “Fitr” və “Qurban”... Davamı..

Qurban bayramının əməlləri

Zilhiccə ayının 10-cu günü  Qurban bayramıdır və çox şərəfli bir gündür. Həmin günün bir neçə əməli vardır. 1. Qüsl etmək; 2. Bayram... Davamı..

ƏRƏFƏ GÜNÜ – DUA GÜNÜ

Ərəfə” günü bütün rəmz və sirləri ilə birgə yenə gəlib çatmaqdadır. Mərifət günü, elə bir gün ki, qəlblərin baxışı səmaya dikəlib! “Ərəfat”... Davamı..