Mərhum Ustad Abdullah Fatimi Niya buyurur: Həzrət İmam Zaman ağa (ə.f) Allahın izni ilə bu aləmin sahibidir, bizim nemətlərin də sahibidir. O, bu aləmin qəlbidir. Dilimizə gətirilən bir salavat, bir “Sübhanəllah”, bir “La ilahə illəllah” kəlməsi də Ağamızın xüsusi inayəti və bərəkətindəndir!
Deyirik: “Onun bərəkəti nəticəsində insanlar ruzilənirlər” Necə ola bilər ki, su, çörək, arpa və buğda İmam Zamanın (ə.f) inayətinə aid edilsin, amma gecə namazları yox?! Bunlar da mənəvi ruzilər hesab edilir. Əgər yaxınlara baş çəkirsənsə, Həzrətin (ə) inayət və bərəkəti sayəsindədir. Sizcə “bizim namazlarımızı onun bərəkəti sayəsində qəbul et” kəlməsi nə deməkdir?!
Allahın izni ilə bütün işlər Həzrətin (ə) inayət və bərəkətinə söykənir, O (ə.f), mövcud olan aləmə yetişən feyzlərin vasitəsidir. Kim İmam Zaman ağanı (ə.f) yaddan çıxarıb unudarsa, həmin şəxsə mütləq xəsarət dəyər və cəzalandırılar!