Hacı Əhliman Rüstəmovun informasiya bloku


Fəcr | Gün | Zöhr | Şam | Gecə
16 Fevral 13:09
Şərh Yoxdur
2262

Ustad Fatimi Niya: Həqiqətən bu kəlamı kim anlayıb dərk etsə məst olar!

Ustad Abdullah Fatimi Niya buyurur: Boyük ariflərdən olan Əbu Süleyman Darani kəmiyyət və keyfiyyət ilə bağlı çox dərin mənalı bir kəlam söyləmişdir. Yeri gəlmişkən qeyd edim ki, həmin şəxsin həyatı ilı bağlı məlumatı çox çətinliklə əldə etmişəm. Məsumlar istisna olmaqla bu mövzu ilə bağlı belə incəliklə söz söyləyən kəs hələ görünməmişdir. Həqiqətən, onun bu kəlamını kim anlayıb dərk edə bilsə, məst olar!

Əbu Süleyman Darani belə deyir: “Bəzən görürsən ki, Allah-təala salik-ilallahın (Ona doğru üz tutan şəxsin) üzünə yatdığı yatağındaca elə qapıları açar ki, həmin qapıları heç namazda da onun üzünə açmaz!”

Allah-təala bəzən qapıları bəndələrinin üzünə belə yollarla açır ki, biz özümüzlə iftixar edib, məğrur olmayaq, həmçinin düşünməyək ki, Onun qapıları məhduddur.

Bəzi insanlar da olur ki, müəyyən mərhələləri keçərək hansısa məqama yetişir və Allahın dərgahında onlar üçün bir növ yaxşı əməl dəftəri hazırlanır. Ola bilər ki, Allah-təala onlar üçün istirahət zamanı və ya yataq yerində ilahi maarifə doğru bir neçə qapı açsın və yaxud onlara yuxu aləmində yüksək mənəvi halların müşahidə edilməsini nəsib etsin. Bəlkə də O, bununla demək istəyir ki, bəzən insanın yatması onun namaz qılmasından üstündür! Rəvayətlərdə də deyilir ki, alimin yuxusu cahilin gecə oyaq qalmasından daha üstündür.

Bəzən Allah-təala güman etmədiyimiz yerdən əta edir. Bəzən də görürsən ki, “Kumeyl” duası oxusan da zərfə bir şey qoymur, amma sənin yatdığın  yataqda sənə lütf edir və bununla demək istəyir ki, yol və qapılar yalnız bizim xəyal etdiyimiz yollar deyil.

Allah şahiddir, Qum şəhərində yaşayan bir şəxs tanıyıram. O, deyirdi: Bir gün yatmışdım, hətta dəstəmazım belə yox idi. Tənbəllik edib dəstəmaz almamışdım. Mənə yuxuda Quran ayələrindən birinin batini vücudunu göstərdilər, eynilə rəvayətdə buyurulduğu kimi. Övliyalardan birinə bunu nəql edən zaman, həmin şəxsin təəccübdən rəngi dəyişdi!

 

www.ahliman.info

Digər “Mənəviyyat ” Xəbərləri

Həzrət Cəbrayılın (ə) Peyğəmbərə (s) Kərbəla türbəti verməsi

Həzrət Cəbrayılın (ə) Peyğəmbərə (s) Kərbəla türbəti verməsi Əhli-Sünnənin böyük hədis alimi, fəqih və məzhəb imamı Əhməd ibn Hənbəl özünün “əl-Müsnəd” adlı... Davamı..

İmam Hüseynin (ə) Kərbəladan qardaşına məktubu

İmam Hüseynin (ə) Kərbəladan qardaşına məktubu “Sanki dünya heç yox imiş və sanki axirət əzəldən var imiş” İmam Baqirdən (ə) rəvayət olunan... Davamı..

Aşura gününün əməlləri

İmam Hüseyn (ə) və Kərbəla şəhidlərinə əzadarlıq etmək. İmam Rza (ə) buyurur: “Allah-Taala, “Aşura” günü işlərini tərk edən şəxsin dünya və axirət... Davamı..

Tasua Gününün Əməlləri

1. Namazlar Gecənin sonunda 4 rükət namaz Hər rükətdə “Həmd” surəsindən sonra: Ayətül-kürsü – 10 dəfə “İxlas” surəsi – 10 dəfə “Fələq”... Davamı..

Məhərrəm ayının birinci gününün əməlləri

“Məhərrəm” – Əhli-beytin və şiələrinin matəm ayıdır. İmam Rzadan (ə) nəql olunur ki, Məhərrəm ayı daxil olanda, heç kim atam imam Kazimi... Davamı..

Qədir-Xum gününün əməlləri

Zil-hiccə ayının 18-i  “Qədir-Xum” gündür və İslamda ən böyük bayramlardan biridir. Bir rəvayətdə imam Sadiqdən (ə): “Müsəlmanların cümə günü, “Fitr” və “Qurban”... Davamı..

Qurban bayramının əməlləri

Zilhiccə ayının 10-cu günü  Qurban bayramıdır və çox şərəfli bir gündür. Həmin günün bir neçə əməli vardır. 1. Qüsl etmək; 2. Bayram... Davamı..

ƏRƏFƏ GÜNÜ – DUA GÜNÜ

Ərəfə” günü bütün rəmz və sirləri ilə birgə yenə gəlib çatmaqdadır. Mərifət günü, elə bir gün ki, qəlblərin baxışı səmaya dikəlib! “Ərəfat”... Davamı..