Hacı Əhliman Rüstəmovun informasiya bloku


Fəcr | Gün | Zöhr | Şam | Gecə
6 İyun 16:51
Şərh Yoxdur
4146

Ustad Fatimi Niya: “Əgər biz dilimizi qoruya bilsək, çox sayda çətinliklər həll olacaqdır ”

Ustad Abdullah Fatimi Niya Ramazan ayı ilə bağlı xütbələrində buyurmuşdur: “Lüğət əhlinin dili ilə desək, Ramazan sözünün mənası– hərarət və yandıran deməkdir. Bir gərək araşdırıb görək, hərarət ilə Ramazan ayının arasındakı rabitə nədir?

 

Hədislərin birində deyilir: “Ramazan ayı ona görə Ramazan ayı adlandırılıbki, çünki günahları yandırar və onları aradan aparar”.

 

Ona görə də bu ayın hər anından istifadə etmək lazımdır. Ramazan ayında hasil olmalı şey – təqvadır. Biz gərək belə olmayaq ki, ancaq Ramazan ayında Allaha itaət edək və qalan aylarda deyil.

 

Bəziləri ancaq Ramazan ayında namaz qılarlar, xoş əxlaqlı olarlar, ürək sındırmazlar. Ya misal üçün, ancaq bu ayda lazımi qaydada hicab bağlayarlar.

 

Bu ayda daha çox nuraniyyət əldə edib, mənəvi uçuşa çalışmalıyıq. Əgər kimsə nuraniyyət əldə etməyə nail olarsa və onu gələn ilin Ramazan ayına qədər çatdırarsa, aqibəti xeyirli olar. Biz gərək elə olmayaq ki, ancaq bu ayda ibadət edək və bu ay qurtaran kimi ibadətlərimizi kənara qoyaq. Biz gərək bu ayda kəsb etdiyimiz nuru gələn ilin Ramazan ayına qədər qoruyub saxlayaq.

 

Allah şahiddir ki, əgər biz bu dilimizi qoruya bilsək, çox sayda çətinliklər həll olacaqdır. Yadımdadır ki, cavan olan zaman atamsəfərə getmişdi. Oradan ailəsinə məktub yazmışdı. Yadımdadır ki, həmin məktubda yazmışdı: “Ramazan ayının əməlləri çoxdur. Ancaq əgər dilini qoruya bilsən, qalan bütün əməllərdən daha üstün olar”.

 

Gecə namazlarımızı əldən verməyək. Səhərlərimizi isə telefon və ya başqa məşğuliyyətlərlə zay etməyək. Əgər müstəhəb namaz qılmaq istəmiriksə, ən azı 10 dəfə “Ya Ərhəmər Rahimin” deyək.

 

Onu da etməsən, heç olmasa üzü qibləyə əyləş və təsbihati-ərbəəni de”. (Tebyan/Deyerler)

 

www.ahliman.info

Digər “Mənəviyyat ” Xəbərləri

Bəşir ibn Əmr əl-Həzrəmi Bəşir Yəmənin Həzrəmut vilayətindəndir

Bəşir ibn Əmr əl-Həzrəmi Bəşir Yəmənin Həzrəmut vilayətindəndir. Kərbəlada şəhid oldu. Adı Kərbəla şəhidlərinə məxsus Rəcəbiyyə ziyarətində də keçir. O, əshabdan ən... Davamı..

“Səlvətul-Həzin” Qəmliləri xoşhal edən

“Səlvətul-Həzin” Qəmliləri xoşhal edən İmam Zeynülabidin Əli ibn Hüseyn əs-Səccad (ə) buyurub: Aşura günü atam (ə) bədəninin yaralarından qan gəldiyi halda məni... Davamı..

“Allahın bəndəyə vacib etdiyi ilk iş namazdır

“Allahın bəndəyə vacib etdiyi ilk iş namazdır. Ölüncəyədək öz qüvvəsində qalan iş – (və ölüm zamanı insan üçün qalan son ümid də)... Davamı..

Həzrət Cəbrayılın (ə) Peyğəmbərə (s) Kərbəla türbəti verməsi

Həzrət Cəbrayılın (ə) Peyğəmbərə (s) Kərbəla türbəti verməsi Əhli-Sünnənin böyük hədis alimi, fəqih və məzhəb imamı Əhməd ibn Hənbəl özünün “əl-Müsnəd” adlı... Davamı..

İmam Hüseynin (ə) Kərbəladan qardaşına məktubu

İmam Hüseynin (ə) Kərbəladan qardaşına məktubu “Sanki dünya heç yox imiş və sanki axirət əzəldən var imiş” İmam Baqirdən (ə) rəvayət olunan... Davamı..

Aşura gününün əməlləri

İmam Hüseyn (ə) və Kərbəla şəhidlərinə əzadarlıq etmək. İmam Rza (ə) buyurur: “Allah-Taala, “Aşura” günü işlərini tərk edən şəxsin dünya və axirət... Davamı..

Tasua Gününün Əməlləri

1. Namazlar Gecənin sonunda 4 rükət namaz Hər rükətdə “Həmd” surəsindən sonra: Ayətül-kürsü – 10 dəfə “İxlas” surəsi – 10 dəfə “Fələq”... Davamı..

Məhərrəm ayının birinci gününün əməlləri

“Məhərrəm” – Əhli-beytin və şiələrinin matəm ayıdır. İmam Rzadan (ə) nəql olunur ki, Məhərrəm ayı daxil olanda, heç kim atam imam Kazimi... Davamı..