Hacı Əhliman Rüstəmovun informasiya bloku


Fəcr | Gün | Zöhr | Şam | Gecə
5 Yanvar 13:23
Şərh Yoxdur
1873

Ustad Fatimi Niya: “Əhlibeyt (ə) “eşq” kəlməsindən çox az istifadə edib”

Mərhum Ustad Abdullah Fatimi Niya buyurur: Öz mütaliələrimdə şahidi olduğum məsələlərdən biri də bundan ibarətdir ki, Əhlibeyt (ə) “eşq” kəlməsindən çox az istifadə etmişlər. Əlbəttə, “məhəbbət” kəlməsindən ayə və rəvayətlərdə çox istifadə edilmişdir. Allah-Təala buyurmuşdur: “…İman gətirənlərin Allaha məhəbbəti daha qüvvətlidir.”¹

Amma “eşq” kəlməsindən çox az istifadə edilmişdir və yalnız xüsusi hallarda hədislərdə verilmişdir. Apteklərdə xüsusi dərmanlar olur ki, bu dərmanlar çox az tapılır və yalnız xüsusi xəstəliklərin müalicəsində istifadə edilir və bəlkə də aptek sahibindən başqa belə dərmanların mövcudluğundan heç kimin məlumatı olmur və ya bu dərmanlara ondan başqa heç kim əl vura bilmir. “Eşq” xüsusi olanlardan hesab edilir və bu kəlmə xüsusi bir məhrəmliyə və icazəyə malikdir! Amma avam insanlar bunun əksi olaraq, bu kəlmədən layiq olmayan yerlərdə də istifadə edirlər. Bəzi insanlar “eşq” kəlməsini ali məqamdan səthi səviyyəyəyə endirərək harada və necə gəldi istifadə edirlər.

Seyyiduş-şühəda (ə) və onun vəfalı dostları barəsində olan yazılarda “eşq” kəlməsinə rast gəlirik.

Həzrət Baqir (ə) buyurur: “Həzrət Əli (ə) müsəlmanları Siffeynə tərəf hərəkət etməyə göstəriş verdi və qoşun kərbəladan bir-iki mil məsafədə olan bir məkana yetişdi. İmam (ə) qoşundan çıxaraq Miqzəfan adlı bir məkan ətrafında fırlanaraq belə dedi: “Allaha and olsun ki, bu məkanda iki yüz peyğəmbər və iki yüz peyğəmbər övladı şəhid olmuşdur. Bura, hamısı şəhid hesab olunan aşiqlərin yerə yıxıldığı və miniklərinin yatdıqları məkandır. O vaxta qədər onların dərəcəsinə və fəzilətinə çatan olmamışdır və ondan sonra da onların məqam və dərəcəsinə çatan olmayacaq!”²

 

www.ahliman.info

1. Bəqərə surəsi, ayə 165.

2. Bihar əl-Ənvar, c.9, s.580.

Digər “Mənəviyyat ” Xəbərləri

Qurban bayramının əməlləri

Zilhiccə ayının 10-cu günü  Qurban bayramıdır və çox şərəfli bir gündür. Həmin günün bir neçə əməli vardır. 1. Qüsl etmək; 2. Bayram... Davamı..

ƏRƏFƏ GÜNÜ – DUA GÜNÜ

Ərəfə” günü bütün rəmz və sirləri ilə birgə yenə gəlib çatmaqdadır. Mərifət günü, elə bir gün ki, qəlblərin baxışı səmaya dikəlib! “Ərəfat”... Davamı..

Ərəfə’ gününün əməlləri

Zilhiccə ayının 9-cu günü “Ərəfə” günüdür. “Ərəfə” günü bayram kimi tanınmasa da, böyük bayramlardan biridir. Allah-Taala həmin gün öz bəndələrini ibadət və... Davamı..

İMAM ƏLİ (Ə) İLƏ XANIM ZƏHRANIN (S) EVLƏNMƏSİ

Zilhəccə ayının 1-ci günü  imam Əmirəlmöminin Əli (ə) ilə xanım Fatimeyi-Zəhranın (s) evləndiyi gündür. Elə bu məqsədlə, onların evlənməsi ilə bağlı qısa... Davamı..

Zilhiccə ayının 1-ci gününün məxsus əməlləri

Zilhiccə ayının birinci günü çox mübarək gündür və həmin gün bir neçə əməlin yerinə yetirilməsi tövsiyə olunur: 1. Oruc tutmaq;birinci günün orucu səksən... Davamı..

İmam Rzanın (ə) İmam Cavada (ə) məktubu

Əhməd ibn Məhəmməd ibn Əbu Nəsr Bəzənti belə  nəql edir: قَرَأتُ كِتابَ أبِي الحَسَنِ الرِّضا إلى أبي جَعفَرٍ‘: ياأبا جَعفَرٍ، بَلَغَني أنَّ... Davamı..

Sevgi ilə qəzəbin və ya əzəmətlə gözəlliyin vəhdəti

Allah bəsit həqiqətdir, heç bir çoxluğa malik deyil. Bu səbəbdən də substansional atributları elə Onun substansiyasından ibarətdir. Deməli, Allahın gözəl adları tək... Davamı..

Namaz vaxtlarını qoruyun

Həzrət İmam Rza (ə): “Namaz vaxtlarını qoruyun – (namazlarınızı vaxtında qılın), çünki insan başına gələcək hadisələrdən amanda deyil. Hər kəs namazın əvvəl... Davamı..