Hacı Əhliman Rüstəmovun informasiya bloku


Fəcr | Gün | Zöhr | Şam | Gecə
18 Sentyabr 10:27
Şərh Yoxdur
3072

Ürfan məqamında davamlı qalmaq üçün insan nə etməlidir?

Ürfan məqamında qalıcı olmaq üçün lazım olan şərtlərdən biri də ədəb və əxlaqa riayət etmək və Allahın qanunlarına hörmət etməkdir. Əslində Allah yolunun yolçusu Məhbubu tərəfindən deyilən hər bir hökmü əziz tutmalı və Ona təzim etmək yolunda səy göstərməlidir.

 

Hədislərimiz buyurur ki, Allahın əmrlərinə hörmətsizlik etmək üç növ olur:

 

1. Beytul-Haramda Allahın qanunlarına hörmətsizlik etmək.

 

2. Allahın Kitabına hötmətsizlik etmək və ona əməl etməyi tərk etmək.

 

3. İtaəti vacib olan kəslərə hörmətsizlik etmək. O cümlədən Rəsula (s), İmamlara (ə).

 

Allaha itaətsizlik deyildikdə, Onun qanunlarından boyun qaçırtmaq və itaəti vacib olan kəslərə itaətsizlik etmək nəzərdə tutulur.

 

Ürfan yolunda irəliləmək üçün həm batini və həm də xarici qanunlar vardır. Həcc əməli Allahın əmrlərinə təzim etməyin ən bariz nümunəsidir. O şeyləri ki, Allah həcc əməlləri zamanı haram buyurmuşdur, onlara əməl etmək – İlahi təzimi yerinə yetirməyin yollarından biridir.

 

Bununla yanaşı, insan batini təzimi təmin edəcək əməlləri tərk etməməlidir. O cümlədən, nəfsini islah etməkdən tutmuş, İlahi razılığı tələb etməyə qədər. Bəndənin bütün səyi İlahi razılığı əldə etmək üçün olmalıdır. Həm zahirini və həm də batinini ixlaslı itaət ilə nurlandırmalıdır. Daxilində olan rəzil sifətləri tərk edib, fəzilətli sifətlər libasına bürünməlidir.

 

Bütün bu deyilənlər insanı qürb məqamına yaxınlaşdırar. Orada davamlı qalmaq isə insanın özündən asılıdır: ya Allaha itaət etməklə bu müqəddəs yolda sabit qədəm olar, ya da nəfsinə təslim olub qürb məqamından uzaqlaşar.

 

Bu səbəbdən İlahi ürfan yolunun yolçularının səyi – Allah razılığını qazanacaq əməllərə davamlı şəkildə riayət etməkdir. Ancaq qəlb təqvası insanı bu müqəddəs vadiyə yaxınlaşdırar və İlahi lütfün sayəsində qürb məqamına çatar. (Həvzəh/Deyerler)

 

Ona görə də deyə bilərik ki, suluk yolunun yolçuları məhz ariflərdir ki, ürfan yolunda davamlı qalmaq üçün həm zahirdə və həm də batində səy göstərərlər və bu yoldan azmazlar.

 

www.ahliman.info

Digər “Mənəviyyat ” Xəbərləri

Ayət namazı necə qılınır? – QAYDA

2026-cı ilin ikinci və sonuncu Günəş tutulması bu gün – avqustun 12-də baş verəcək.  Bakı vaxtı ilə Günəş tutulması saat 19:34-də başlayacaq... Davamı..

Ərbəin’ gününün əməlləri

İmam Hüseynin (ə) ərbəinində o həzrəti yaxından ziyarət etmək müstəhəbdir və o həzrəti həmin gün ziyarət edən birinci şəxs Cabir ibn Abdullah... Davamı..

Bəşir ibn Əmr əl-Həzrəmi Bəşir Yəmənin Həzrəmut vilayətindəndir

Bəşir ibn Əmr əl-Həzrəmi Bəşir Yəmənin Həzrəmut vilayətindəndir. Kərbəlada şəhid oldu. Adı Kərbəla şəhidlərinə məxsus Rəcəbiyyə ziyarətində də keçir. O, əshabdan ən... Davamı..

“Səlvətul-Həzin” Qəmliləri xoşhal edən

“Səlvətul-Həzin” Qəmliləri xoşhal edən İmam Zeynülabidin Əli ibn Hüseyn əs-Səccad (ə) buyurub: Aşura günü atam (ə) bədəninin yaralarından qan gəldiyi halda məni... Davamı..

“Allahın bəndəyə vacib etdiyi ilk iş namazdır

“Allahın bəndəyə vacib etdiyi ilk iş namazdır. Ölüncəyədək öz qüvvəsində qalan iş – (və ölüm zamanı insan üçün qalan son ümid də)... Davamı..

Həzrət Cəbrayılın (ə) Peyğəmbərə (s) Kərbəla türbəti verməsi

Həzrət Cəbrayılın (ə) Peyğəmbərə (s) Kərbəla türbəti verməsi Əhli-Sünnənin böyük hədis alimi, fəqih və məzhəb imamı Əhməd ibn Hənbəl özünün “əl-Müsnəd” adlı... Davamı..

İmam Hüseynin (ə) Kərbəladan qardaşına məktubu

İmam Hüseynin (ə) Kərbəladan qardaşına məktubu “Sanki dünya heç yox imiş və sanki axirət əzəldən var imiş” İmam Baqirdən (ə) rəvayət olunan... Davamı..

Aşura gününün əməlləri

İmam Hüseyn (ə) və Kərbəla şəhidlərinə əzadarlıq etmək. İmam Rza (ə) buyurur: “Allah-Taala, “Aşura” günü işlərini tərk edən şəxsin dünya və axirət... Davamı..