Hacı Əhliman Rüstəmovun informasiya bloku


Fəcr | Gün | Zöhr | Şam | Gecə
27 İyun 20:13
Şərh Yoxdur
791

ÜMMÜL-FƏZLİN YUXUSU VƏ ONUN TƏBİRİ

ÜMMÜL-FƏZLİN YUXUSU VƏ ONUN TƏBİRİ

 

İbn Səd «Təbəqat» kitabında Abdulla ibn Bəkr ibn Həbib Səhmidən, o isə Hatəm ibn Sənədən belə nəql edir ki, Abbas ibn Əbdülmütəllibin həyat yoldaşı Ümmül-Fəzl dedi:«İmam Hüseyn (ə) təvəllüdündən qabaq, bir gecə yuxuda gördüm ki, Peyğəmbər (s) bədənindən bir tikə ət ayrılıb mənim ətəyimə düşdü. Bu yuxunun təbirini Allahın Rəsulundan (s) soruşdum. O Həzrət buyurdu: «Əgər gördüyün yuxu doğru yuxulardan olsa, tez bir zamanda qızım Fatimənin (ə) bir oğlu olacaq və süd vermək üçün onu sənə tapşıracam». Bir müddət keçdi. Günlərin bir günü Fatimə (s.ə)-ın oğlu oldu. Onu mənə tapşırdılar. Onu Allahın Rəsulunun (s) yanına apardım. O Həzrət uşağı öz dizi üstünə qoyub öpməyə başladı. Bu zaman uşağın idrarından bir damcı Peyğəmbər (s) paltarına dəydi. Mən uşağı Peyğəmbərin (s) qucağından kobudcasına götürdüm. Uşaq ağladı. Allahın Rəsulu (s) qəzəbli şəxslər kimi buyurdu: «Yavaş ey Ümmül-Fəzl!Mənim paltarım yuylub təmizlənəcək. Amma sən övladımı narahat etdin».

Mən Hüseyn yerə qoydum. Su gətirmək üçün otaqdan çıxdım. Qayıdandan sonra gördüm ki, Allahın Rəsulu (s) ağlayır. Dedim: «Ey Allahın Rəsulu niyə ağlayırsınız?»Peyğəmbər (s) buyurdu: «Bir az bundan qabaq Cəbrail gəlib mənə xəbər verdi ki, ümmətim bu övladımı öldürəcək».

Mühəddislər[1] belə rəvayət edirlər: İmam Hüseyn (ə) ömründən bir il keçmişdir. Qanadlarını açmış müxtəlif sürətlərə və qırmızı çöhrəyə malik olan on iki mələk Allahın Rəsulunun (s) hüzrüna gəldilər. Onlar Peyğəmbər (s) ərz etdilər: Ya Mühəmməd (s) Qabilin Habilə zülm etdiyi kimi övladın Hüseynə də zülm edəcəklər. Habilə verilən savab kimi ona da savab veriləcək. Həmçinin, onu öldürənlərin əzabı Qabilin əzabı kimi olcaq. Bu zaman asimanlardaolan bütün mələklərAllahın Rəsulunun (s) hüzuruna gəlib, Hüseyn (ə)-ın gələcəkdə öldürdüyü üçün o Həzrətə baş sağlığı verirdilər. Mələklər İmam Hüseyn (ə) şəhadətinin əvəzində Allah-Təalanın o Həzrət üçün təyin etdiyi savabı Peyğəmbərlərə (s) xəbər verir və İmam Hüseyn (ə) qəbrinin türbətini o Həzrətə göstərdilər. Peyğəmbər (s) həmin zaman buyurdu: «Ey Allah! Oğlum Hüseyni xar edənləri zəlil və xar et! Hüseynimi öldürənləri öldür və onu öz məqsədinə çatdırma!»

[1] Hədis rəvayət edənlər.

Digər “Əhli-Beyt ” Xəbərləri

Xanım Zeynəb (s.ə) – Müsibətlər anası

15 Rəcəb – Xanım Zeynəbin (s.ə) vəfat günüdür. Xanım Zeynəb (s.ə.) qəhrəman, şücaətli, müqavimətli və yorulmaz bir qadın olub. Dünyada şücaətli qəhrəmanlar... Davamı..

İmam Əlinin (ə) həyatına qısa bir baxış

İmam Əmirəlmöminin Əli (ə) “amul-fil”in (fil ili) 30-cu ilində, Peyğəmbərin (s) hicrətindən, təqribən, 24 il əvvəl, Rəcəb ayının 13-ü Kəbə evində dünyaya... Davamı..

İMAM CAVADIN (Ə) HƏYATINA QISA BİR BAXIŞ

“Cavadul-Əimmə” ləqəbi ilə tanınan doqquzuncu imamımız həzrət Muhəmmədtəqi (ə) 195-ci hicri-qəməri ilinin Rəcəb ayının 10-da Mədinə şəhərində dünyaya göz açmışdır. Atası imam... Davamı..

İmam Hadinin (ə) həyatı

İmam Əli ibn Mühəmməd (ə) şiələrin onuncu imamıdır və o həzrətin ləqəbi Hadidir. O həzrət 212-ci hicri-qəməri ilinin Zil-həccə ayının 15-də dünyaya... Davamı..

1 Rəcəb – İmam Muhəmməd Baqirin (ə) mövlud günüdür

Beşinci imam “Baqir” ləqəbilə tanınan Mühəmməd ibn Əli ibn Hüseyn (ə) 57-ci (və yaxud 58-ci) hicri-qəməri ilində dünyaya göz açmışdır. Yəqubi o... Davamı..

Cəmadius-sani ayının 20-ci günü – Xanım Fatimeyi- Zəhranın (s.ə) mövludu

Cəmadius-sani ayının 20-ci günü bir neçə əməlin yerinə yetirilməsi müstəhəbdir:   Cəmadius-sani ayının 20-i  İslam Peyğəmbərinin (s) sevimli qızı və İmam Əlinin... Davamı..

İmam Əli (ə) Xanım Fatimeyi-Zəhranı (s.ə.) dəfn edərkən…

İmam Hüseyn (ə) buyurur: لَمّا قُبِضَت فاطِمَةُ (س) دَفَنَها أميرُ المُؤمِنينَ سِرًّا وعَفا عَلى مَوضِعِ قَبرِها، ثُمَّ قامَ فَحَوَّلَ وَجهَهُ إلى قَبرِ... Davamı..