Hacı Əhliman Rüstəmovun informasiya bloku


Fəcr | Gün | Zöhr | Şam | Gecə
25 Dekabr 15:18
Şərh Yoxdur
17449

Tövbə namazı necə qılınır?

Allah-taalanın mərhəmətindən naümid olmaq dinimizdə qətiyyətlə pislənən xüsusiyyətlərdəndir. Dini təlimlərə əsasən ibadəti hər kəsə vacib olan Allahın lütfündən məyus olmaq Pərvərdigara nisbətdə itaətsizlikdən daha böyük günah sayılır. Buna görə günahkar insanların Rəbbin dərgahından uzaq düşməməsi və şeytanın vəsvəsələrinə daha artıq uymaması üçün müqəddəs dinimiz tövbə qapısını qoymuşdur. Təbii ki, pis əməlindən peşman olmuş bəndə bir daha qəbahətini təkrar etməzsə, bu, əsil tövbə sayılacaqdır. Lakin bu dönüşün özündə də Peyğəmbərimiz (s) və imamlarımız (ə) müsəlmanlara müəyyən yollar göstərmişlər ki, öz növbəsində tövbənin gözəlləşmə və kamilləşməsinə xidmət göstərir. O cümlədən, rəvayətdə qeyd olunub ki, peyğəmbərimiz həzrət Məhəmməd (s) Zil-qədə ayının ikinci bazar günündə insanlara üz tutub soruşdu: “Ey camaat! Sizlərdən kim tövbə etmək istəyir?” Dedilər: “Hamımız tövbə etmək istəyirik.” Peyğəmbər (s) buyurdu: Qüsl edin, dəstəmaz alın, dörd rükət namaz qılın (tövbə niyyəti ilə iki rükətli iki namaz). Hər rükətdə bir dəfə “Həmd” surəsi, üç dəfə “İxlas” (Qul huvəllah…), bir dəfə “Fələq” (Qul əuzu bi Rəbbilfələq…) və bir dəfə də “Nas” (Qul əuzu bi Rəbbin-nas…) surəsini oxuyun. Namazdan sonra 70 dəfə istiğfar edib (Əstəğfirullahə rəbbi və ətubu iləyh – deyib) bir dəfə “La həvlə və la quvvətə illa billahil-Əliyyil-Əzim” dedikdən  sonra bu duanı oxuyun: “Ya Əzizu, ya Ğəffar! İğfir li zunubi və zunubə cəmiil-mumininə vəl-muminat. Fə innəhu la yəğfiruz-zunubə illa Ənt.”

Tərcüməsi: “Ey izzətli, ey günahlardan keçən Allah! Mənim və bütün möminlərin günahlarını bağışla! Həqiqətən, Səndən başqa, günahları bağışlayan kimsə yoxdur!”

 

www.ahliman.info

Digər “Mənəviyyat ” Xəbərləri

Qurban bayramının əməlləri

Zilhiccə ayının 10-cu günü  Qurban bayramıdır və çox şərəfli bir gündür. Həmin günün bir neçə əməli vardır. 1. Qüsl etmək; 2. Bayram... Davamı..

ƏRƏFƏ GÜNÜ – DUA GÜNÜ

Ərəfə” günü bütün rəmz və sirləri ilə birgə yenə gəlib çatmaqdadır. Mərifət günü, elə bir gün ki, qəlblərin baxışı səmaya dikəlib! “Ərəfat”... Davamı..

Ərəfə’ gününün əməlləri

Zilhiccə ayının 9-cu günü “Ərəfə” günüdür. “Ərəfə” günü bayram kimi tanınmasa da, böyük bayramlardan biridir. Allah-Taala həmin gün öz bəndələrini ibadət və... Davamı..

İMAM ƏLİ (Ə) İLƏ XANIM ZƏHRANIN (S) EVLƏNMƏSİ

Zilhəccə ayının 1-ci günü  imam Əmirəlmöminin Əli (ə) ilə xanım Fatimeyi-Zəhranın (s) evləndiyi gündür. Elə bu məqsədlə, onların evlənməsi ilə bağlı qısa... Davamı..

Zilhiccə ayının 1-ci gününün məxsus əməlləri

Zilhiccə ayının birinci günü çox mübarək gündür və həmin gün bir neçə əməlin yerinə yetirilməsi tövsiyə olunur: 1. Oruc tutmaq;birinci günün orucu səksən... Davamı..

İmam Rzanın (ə) İmam Cavada (ə) məktubu

Əhməd ibn Məhəmməd ibn Əbu Nəsr Bəzənti belə  nəql edir: قَرَأتُ كِتابَ أبِي الحَسَنِ الرِّضا إلى أبي جَعفَرٍ‘: ياأبا جَعفَرٍ، بَلَغَني أنَّ... Davamı..

Sevgi ilə qəzəbin və ya əzəmətlə gözəlliyin vəhdəti

Allah bəsit həqiqətdir, heç bir çoxluğa malik deyil. Bu səbəbdən də substansional atributları elə Onun substansiyasından ibarətdir. Deməli, Allahın gözəl adları tək... Davamı..

Namaz vaxtlarını qoruyun

Həzrət İmam Rza (ə): “Namaz vaxtlarını qoruyun – (namazlarınızı vaxtında qılın), çünki insan başına gələcək hadisələrdən amanda deyil. Hər kəs namazın əvvəl... Davamı..