Hacı Əhliman Rüstəmovun informasiya bloku


Fəcr | Gün | Zöhr | Şam | Gecə
21 Fevral 09:14
Şərh Yoxdur
7580

Təkbirin, rükunun, səcdənin, təşəhhüdün, salamın mənasını Həzrət Əli (ə) izah edir

Cabir ibni Abdullar Ənsari nəql edir: “Bir gün mövlam İmam Əli (ə) ilə birlikdə idim. Bir nəfəri gördüm ki, namaz qılır. İmam (ə) ona xitab edib buyurdu: “Namazın mənasını bilirsənmi ki, necə olmalıdır?”. Həmin şəxs dedi: “Məgər namazın mənası ibadətdən qeyrisidirmi? Həzrət (ə) buyurdu: “Bəli. Namazın təfsiri vardır ki, ubudiyyətin bütün mənası onda olar”.

İmam (ə) buyurdu: “İlk təkbir odur ki, Allah Sübhan və pakdır.

İkinci təkbir odur ki, Allah hərəkət və sükut edən deyildir.

Üçüncü təkbir odur ki, Onu cismə oxşatmaq olmaz.

Dördüncü təkbir odur ki, Allaha heç bir şey üz verməz.

Beşinci təkbir odur ki, Allahın nə xüsusi məkanı vardır və nə də bir şey Ona yaxınlaşa bilər.

Altıncı təkbirin mənası budur ki, aradan getmək, dəyişmək, köçmək Allaha aid deyildir.

Yeddinci təkbir odur ki, biləsən Sübhan Allahın başqa cisimlər kimi bədəni və üzvləri yoxdur.

Rükunun mənası odur ki, deyəsən: “Allahım! Mən sənə iman gətirmişəm və boynumu vursalar belə, ondan əl çəkmərəm”.

Başını rükudan qaldıran zaman deyirsən: “Allahım! Sən məni yoxdan yaratdın və mən bir şey deyildim və deyiləm. Mütləq varlıq Sənsən”.

O zaman ki, başını səcdəyə qoyursan, deyirsən: “Allahım! Məni torpaqdan yaratmısan” və başını səcdədən qaldırmaq – yəni məni torpaqdan xaric etmisən.

Elə ki, ikinci səcdəyə gedirsən, deyirsən: “Allahım! Sən məni torpağın içinə geri qaytarırsan”.

Başını səcdədən qaldırıb deyirsən: “Allahım! Məni həmin torpağın daxilindən Qiyamət günü əməllərin hesabı üçün xaric edəcəksən”.

Təşəhhüdün mənası əhdi təzələmək və Allahın vahidliyinə etiqad bəsləməkdir. Həmçinin Peyğəmbərin (s) nübuvvətinə və Əhli-Beytin (ə) vilayətinə şəhadət verməkdir.

Salamın mənası Allah tərəfindən namazqılan bəndəyə salam və mərhəmətdir ki, həqiqətdə Qiyamət əzabından amandır”.

 

Allahım, bizləri namazı dərk edənlərdən qərar ver.

 

www.ahliman.info

Digər “Əhli-Beyt ” Xəbərləri

İmam Rzanın (ə) həyatı

İmam Rza (ə) 148-ci hicri-qəməri ilinin Zil-qədə ayında anadan olmuşdur. O Həzrətin künyəsi Əbülhəsən, ləqəbi Rzadır və atası İmam Kazim (ə) (183-cü... Davamı..

“Əhli-beyt kəriməsi” ləqəbi ilə tanınan Həzrət Məsumə (ə.s.)

1. Adı və ləqəbi: Həzrət Məsumənin (s.ə) adı Fatimədir. Məsumə onun məşhur ləqəbidir ki, təqva sahibi olduğundan İmam Kazimin (ə) qızları arasında... Davamı..

İMAM SADİQİN (Ə) HƏYATI

İmam Sadiq (ə) 83-cü hicri-qəməri ilinin Rəbiül-əvvəl ayının on yeddisi Mədinə şəhərində dünyaya göz açmış və 148-ci hicri ilində, altmış beş yaşında... Davamı..

Cismlərinin qidalanmasında ciddi və diqqətlidirlər, amma…

İmam Həsən (ə) buyurmuşdur: عَجَبٌ لِمَنْ يَتَفَكَّرُ في مَأكُولِهِ كَيْفَ لا يَتَفَكَّرُ في مَعْقُولِهِ فَيُجَنِّبُ بَتْنَهُ ما يُوْذِيهِ وَيُودِعُ صَدْرَهُ ما يُرْدِيهِ... Davamı..

Yarışın finalı

İmam Həsəni-Müctəba (ə) FİTR bayramı günü oynayan, zarafatlaşan və gülən bir qrup insanı görərkən buyurdu: إنّ اللّه جعل شهر رمضان مضمارا لخلقه،... Davamı..

Bu gün həzrət Muhəmmədin (s) və İmam Sadiqin (ə) mövlud günüdür – Mövlud gününün əməlləri

Bu gün hicri qəməri təqvimi ilə rəbiul-əvvəl ayının 17-si əziz İslam Peyğəmbəri həzrət Muhəmməd (s) və altıncı İmam Cəfər Sadiqin (ə) mövlud... Davamı..

Ey Əbuzər, bil ki, Allaha ibadətin birinci mərhələsi Onu tanımaqdır

Həzrət (s) ibadətin mərhələlərini bəyan edərək buyurur: “Ey Əbuzər, bil ki, Allaha ibadətin birinci mərhələsi Onu tanımaqdır. O, hər şeydən əvvəldir. Ondan... Davamı..

Bu gün İmam Həsən Әsgərinin (ə) şəhadət günüdür

O, on birinci İmam və Əhli-Beyt (ə) davamçılarının rəhbəri idi. Varlığının həyat çırağı 28 il tufanlı burulğanlardan sonra söndü. İmam Həsən Əsgərinin... Davamı..