Hacı Əhliman Rüstəmovun informasiya bloku


Fəcr | Gün | Zöhr | Şam | Gecə
4 Yanvar 07:23
Şərh Yoxdur
4151

Təhlükədən amanda qalmaq, itən şeyi tapmaq, Qiyamət günü şad gəlmək – “Əbəsə” surəsinin fəzilətləri

“Əbəsə” surəsi Quranın 80-cı surəsidir ki, Məkkədə nazil olmuşdur və 42 ayəsi vardır.

 

Həzrət Peyğəmbər (s) bu surə barəsində buyurur: “Hər kim “Əbəsə” surəsini oxuyar, Qiyamət günü elə gələr ki, şad və sevincli olar”.

 

İmam Sadiq (ə) buyurur: “Hər kim “Əbəsə” surəsini oxuyar, behiştdə Allahın bayrağı altında və Allahın kəramətinə şamil olmuş halda olar”.

 

Həzrət (ə) başqa yerdə buyurur: “Hər kim yağış yağan zaman bu surəni oxuyarsa, Allah yağışın damcıları qədər günahlarını bağışlayar”. (Beytoote/Deyerler)

 

“Əbəsə” surəsinin bərəkətləri:

1. Təhlükədən amanda qalmaq. İmam Sadiq (ə) buyurur: “Əgər müsafir yolda “Əbəsə” surəsini oxuyarsa, səfərdə qarşısına çıxacaq təhlükələrdən çəkindirilmiş olar”.

 

Həzrət (ə) başqa yerdə buyurur: “Hər kim “Əbəsə” surəsini kağıza və ya ağ dəriyə yazarsa və hara gedərsə özü ilə gəzdirərsə, yolunda xeyir və yaxşılıqdan başqasını görməz. Allahın izni ilə təhlükələrdən Amanda olar”.

 

2. İtən şeyi tapmaq. Bu surəni oxumaq itən şeyin tapılmasına səbəb olar.

 

Əbəsə surəsi ərəbcə.

 

Əbəsə surəsinin tərcüməsi.

 

www.ahliman.info

Digər “Qurani Kərim ” Xəbərləri

“Əbəsə” surəsi xülasə təfsiri

“Əbəsə” surəsi Rəhman və Rəhim Allahın adı ilə! Üzünü turşudub yana çevirdi. Yanına bir kor gəldiyinə görə. Haradan biləsən, bəlkə o təmizlənib... Davamı..

“Naziat” surəsi xülasə təfsiri

“Naziat” surəsi Rəhman və Rəhim Allahın adı ilə! And olsun (günahkarların canlarını bədənlərindən zorla) çəkib çıxaran mələklərə! And olsun (möminlərin canını) rahatlıqla,... Davamı..

“Nəbə” surəsi xülasə təfsiri

“Nəbə” surəsi Rəhman və Rəhim Allahın adı ilə! Onlar nə barədə bir-birindən soruşurlar? Böyük və əhəmiyyətli bir xəbər (Qiyamət) barəsində – elə... Davamı..

Qurani-kərimin adları

1. “Quran” (oxunan, toplanmış və…) “Həqiqətən, bu Quran (bütün bəşəriyyəti) ən doğru yola (İslama) yönəldir, yaxşı işlər görən möminlərə böyük bir mükafata... Davamı..

Dünya alimlərinin Quran barəsində söylədikləri:

Dünya alimlərinin Quran barəsində söylədikləri: 1. Doctor Henry Corbin, tanınmış fransalı islamşünasın Quran barəsində çox maraqlı bir sözü vardır. O deyir: “Əgər... Davamı..

Qurani-Kərimdə axirət aləmi və onun adları – Allaha doğru qayıdış

Quran ayələrində Qiyamət və axirət aləmi ilə bağlı geniş şəkildə (10-dan çox) işlədilən ifadələrdən biri də “Allaha doğru qayıdış”dır. O cümlədən, “Ənkəbut” surəsinin... Davamı..

Qurani-Kərimdə xeyir və yaxşı işlər

Qurani-Kərimdə xeyir və yaxşı işlər üçün müxtəlif nümunələr göstərilmişdir: 1-Oruc: وَأَن تَصُومُواْ خَيْرٌ لَّكُمْ إِن كُنتُمْ تَعْلَمُونَ “…Oruc tutmaq (çətin və məşəqqətli... Davamı..

“Quran” sözü lüğətdə

Bu barədə Quran və lüğət alimləri tərəfindən müxtəlif fikirlər irəli sürülmüşdür: “Quran” sözü, əslində “qərəə”  kökündən olub, “tilavət” (oxumaq) mənası daşıyır. Şeyx... Davamı..