Hacı Əhliman Rüstəmovun informasiya bloku


Fəcr | Gün | Zöhr | Şam | Gecə
10 Mart 11:29
Şərh Yoxdur
3410

Təqva əhlinin 3 nişanəsi

İmam Əli (ə) buyurur: “Təqva əhlinin üç nişanəsi vardır: əməldə ixlas, arzuların qısa olması, fürsətlərdən bəhrələnmək”.

“«Ey Adəm övladları, şübhəsiz sizə ayıb yerlərinizi örtəcək və sizin üçün zinət olacaq bir libas (geyim) nazil etdik (onun xammalını torpaqda yaratdıq və sizə onu əldə etmək istedadını verdik). Əlbəttə təqva libası daha yaxşıdır». Bunlar Allahın (insanlar üçün olan) ayə və nişanələrindəndir, bəlkə öyüd-nəsihət aldılar”. (“Əraf” 26).

“Təqvalılara vəd edilmiş cənnətin vəsfi belədir: onun (evlərinin və ağaclarının) altından daim çaylar axır, onun bol meyvəsi, yeməkləri və ruzisi daimi, kölgəsi həmişəlikdir. Bu, təqvalı olan kəslərin aqibətidir, kafirlərin aqibəti isə oddur!”. (“Rəd” 35).

İmam Əli (ə) təqva əhlinin nişanələrini sayan zaman buyurur: “Təqva əhlinin nişanəsi (budur ki) dindarlıqda güclüdürlər, mülayim və uzaqgörəndirlər, yəqinlə dolu imana malikdirlər, elm öyrənməkdə hərisdirlər, elmə malik olmaqla səbirlikdirlər. Zəngin olan zaman mötədil olub, ibadətdə mütidirlər, yoxsul olanda isə (gözəl sifətlərə)bəzənmiş olarlar”.(Avini/Deyerler)

“Sizin güzəşt etməyiniz təqvaya daha yaxındır”. (“Bəqərə” 237).

 

www.ahliman.info

Digər “Mənəviyyat ” Xəbərləri

Gündə 100 dəfə “Əstəğfirullah” deməyin fəziləti və faydaları

Gündə 100 dəfə “Əstəğfirullah” deməyin fəziləti və faydaları «Əstəğfirullah» demək Allahdan bağışlanma diləməkdir. Bu zikri hər gün 100 dəfə söyləmək Peyğəmbərimizin (s)... Davamı..

Allahı axtarmaq çağırışı insan varlığının dərinliyindən gəlir

İnsan mürəkkəb cism çərçivəsindən kənar, bədən moketi ilə əsla məhdudlaşmayan böyük həyati yönlərə malikdir. Maddi və fiziki kostruksiyanın sərhədlərini aşan cəhətlərin öyrənilməsi... Davamı..

Peyğəmbəri-Əkrəmin (s) uzaqdan ziyarəti (oxunuşu və tərcüməsi)

Əllamə Məclisi “Zadul-məad” kitabında yazır ki, Şeyx Müfid, Şeyx Şəhid və Seyid ibn Tavusun qeydlərinə əsasən, Peyğəmbəri-Əkrəmi (s) Mədinədən başqa yerlərdən (uzaqdan)... Davamı..

MƏRİFƏTİN YEGANƏ YOLU-TƏCRÜBƏ

MƏRİFƏTİN YEGANƏ YOLU-TƏCRÜBƏ Ümumi bir anlayış olan təcrübi düşüncə elmi-tədqiqat sahəsində bir vasitə kimi ortaya çıxanda, mütəfəkkirlər təkcə bu düşüncə ilə təbiətin... Davamı..

ALLAHA İMAN 1

ALLAHA İMAN Qədim zamanlardan bəri, insanlar tam fəlsəfi-mücərrəd təfəkkür, yaxud dəlil-sübut metodu ilə əldə olunan düşüncə mərhələsinə yetişməmişdən əvvəl Allaha inanıb, iman... Davamı..

Ayət namazı necə qılınır? – QAYDA

2026-cı ilin ikinci və sonuncu Günəş tutulması bu gün – avqustun 12-də baş verəcək.  Bakı vaxtı ilə Günəş tutulması saat 19:34-də başlayacaq... Davamı..

Ərbəin’ gününün əməlləri

İmam Hüseynin (ə) ərbəinində o həzrəti yaxından ziyarət etmək müstəhəbdir və o həzrəti həmin gün ziyarət edən birinci şəxs Cabir ibn Abdullah... Davamı..

Bəşir ibn Əmr əl-Həzrəmi Bəşir Yəmənin Həzrəmut vilayətindəndir

Bəşir ibn Əmr əl-Həzrəmi Bəşir Yəmənin Həzrəmut vilayətindəndir. Kərbəlada şəhid oldu. Adı Kərbəla şəhidlərinə məxsus Rəcəbiyyə ziyarətində də keçir. O, əshabdan ən... Davamı..