Hacı Əhliman Rüstəmovun informasiya bloku


Fəcr | Gün | Zöhr | Şam | Gecə
2 Dekabr 09:17
Şərh Yoxdur
9184

Sübh namazından sonra bu zikri 19 dəfə deməyə çalışın ki, böyük əcri vardır

Allah övliyalarının öz şagirdləri üçün tövsiyə etdiyi dəyərli zikrlərdən biri “Bismilləhir-Rahmənir-Rahim”dir. Xüsusilə sübh namazından sonra bu zikri 19 dəfə deməyə çalışın ki, böyük əcri vardır.

 

Əgər insan həyatda bu zikrə yaxın olarsa və onu canı ilə qəbul edərsə, axirətdə də onunla məhşur olar.

Biz bu zikri nəinki təkcə hər işin başlanğıcında deməliyik. Əlbəttə, hər işin başında bu zikri deməyin böyük savabları vardır. Ariflərin nəzərinə görə, Allah yolunun yolçusu gərək bu zikri canına elə hopdursun ki, sanki onun ruhunun bir hissəsidir. Ancaq bu zaman suluk yoluna addım ata bilər. Ancaq bu zaman həmin zikrin həqiqətini dərk edəcəkdir. Onlar bu zikri deməkdən ləzzət alarlar. Xoş olsun onların halına!

İnsan əgər həyatında “Bismilləhir-Rahmənir-Rahim” deməyibdirsə və Əhli-Beyti (ə) tanımırsa – can verən zaman halı xarab olar. Bu insan Quranın səsini eşidən zaman da halı pisləşər.

 

Çox sayda insan vardır ki, can verəndə onlara bu zikri deyən zaman, yaxud Ali-Əbanın (ə) adını çəkən zaman halları dəyişər və qışqırar, fəryad çəkərlər. Çünki bu zikr və adlar ancaq pak ruh ilə yaxın olar, xəbis ruhlardan uzaq olar.

Necə də yaxşı olardı ki, insan sağ olan zaman bu zikri unutmayaydı. 

İnsan gərək öz gündəlik proqramına zikr və salavatları daxil etsin, Allah kəlməsi onun dilinə hopsun. Belə olduqda, çətin anlarda, o cümlədən, ölüm ayağında onun halı xoş olar.

 

www.ahliman.info

Digər “Mənəviyyat ” Xəbərləri

Həzrət Cəbrayılın (ə) Peyğəmbərə (s) Kərbəla türbəti verməsi

Həzrət Cəbrayılın (ə) Peyğəmbərə (s) Kərbəla türbəti verməsi Əhli-Sünnənin böyük hədis alimi, fəqih və məzhəb imamı Əhməd ibn Hənbəl özünün “əl-Müsnəd” adlı... Davamı..

İmam Hüseynin (ə) Kərbəladan qardaşına məktubu

İmam Hüseynin (ə) Kərbəladan qardaşına məktubu “Sanki dünya heç yox imiş və sanki axirət əzəldən var imiş” İmam Baqirdən (ə) rəvayət olunan... Davamı..

Aşura gününün əməlləri

İmam Hüseyn (ə) və Kərbəla şəhidlərinə əzadarlıq etmək. İmam Rza (ə) buyurur: “Allah-Taala, “Aşura” günü işlərini tərk edən şəxsin dünya və axirət... Davamı..

Tasua Gününün Əməlləri

1. Namazlar Gecənin sonunda 4 rükət namaz Hər rükətdə “Həmd” surəsindən sonra: Ayətül-kürsü – 10 dəfə “İxlas” surəsi – 10 dəfə “Fələq”... Davamı..

Məhərrəm ayının birinci gününün əməlləri

“Məhərrəm” – Əhli-beytin və şiələrinin matəm ayıdır. İmam Rzadan (ə) nəql olunur ki, Məhərrəm ayı daxil olanda, heç kim atam imam Kazimi... Davamı..

Qədir-Xum gününün əməlləri

Zil-hiccə ayının 18-i  “Qədir-Xum” gündür və İslamda ən böyük bayramlardan biridir. Bir rəvayətdə imam Sadiqdən (ə): “Müsəlmanların cümə günü, “Fitr” və “Qurban”... Davamı..

Qurban bayramının əməlləri

Zilhiccə ayının 10-cu günü  Qurban bayramıdır və çox şərəfli bir gündür. Həmin günün bir neçə əməli vardır. 1. Qüsl etmək; 2. Bayram... Davamı..

ƏRƏFƏ GÜNÜ – DUA GÜNÜ

Ərəfə” günü bütün rəmz və sirləri ilə birgə yenə gəlib çatmaqdadır. Mərifət günü, elə bir gün ki, qəlblərin baxışı səmaya dikəlib! “Ərəfat”... Davamı..