Hacı Əhliman Rüstəmovun informasiya bloku


Fəcr | Gün | Zöhr | Şam | Gecə
26 Oktyabr 09:00
Şərh Yoxdur
8053

Sübh namazı niyə bəzən qəzaya gedir?

İnsan bəzən sübh namazını bilməyərəkdən qəzaya verir. Özü ilə əhd bağlayır ki, bir daha belə olmayacaqdır. Ancaq səhər yuxusu o qədər şirin olur ki, namaz üçün qalxa bilmir. Bəs bunun səbibi nədir?

Bunun həm maddi və həm də mənəvi səbəbləri vardır.

Maddi amillər:

1. Həyatında proqramsızlıq.

Sübh namazını dərk etməyə mane olan amillərdən biri – həyatında proqramsız olmasıdır. Bu cür insan nə yuxusunu və nə də gördüyü işlərini tənzim edə bilməz. Ona görə də sübh namazına qalxmaq onun üçün çətin olar.

2. Gecəni çox yemək yemək.

Gecə ağır yatmağa səbəb olan amillərdən biri yatmazdan əvvəl çoxlu yemək yeməkdir. Həzrət İsa (ə) Bəni-İsrayilə buyurur: “Ey Bəni-İsrayil! Yeməyinizi çox etməyin! Hər kim yeməyini artırarsa, yuxusunu da artırmış olar. Hər kim yuxusunu artırar, namazını azaldar. (Nəticədə) qafillərin zümrəsindən olar”.

3. Adi tənbəllik.

4. Maddi və dünyəvi məsələlərə qərq olmaq.

Həzrət İsa (ə) buyurur ki, dünyaya bağlanmaq insanı ibadətə qarşı hövsələsiz edər. O, buyurur: “Necə ki, xəstə yeməyə baxır və ağrının şiddətindən onun ləzzətini hiss etməz, həmçinin dünyaya bağlı olan insan mal-dövlətə olan sevgisinə görə ibadətdən ləzzət almaz”.

5. Yatmamışdan əvvəl münasib olmayan yemək yemək.

Bəzi insanların əsəbləri və bədənləri çox zəif olur. Qatıq, süzmə kimi qidaları qəbul edən zaman yuxuları gələr və sübh namazına durmaq onlar üçün çətin olar. Həmçinin yağlı yeməklər də belə bir təsirə malikdir.

Mənəvi amillər:

1. Allahı tanımaqda zəiflik.

İnsanın sübh namazına durmasına çətinlik törədən mənəvi amillərdən biri – Allahı lazım olan qədər tanımamasıdır. Fərz edin ki, geniş səlahiyyəti olan bir nəfərlə görüşməlisiniz və o, da sizin probleminizi həll etməlidir. Gecəni rahat yata bilərsinizmi? İnsan əgər Allahın zatına və adlarına qarşı elmsiz olsa, onunla görüşə necə tələsə bilər ki? Ancaq əgər bilsə ki, sübh namazında söhbət etməli olduğu Varlıq onu heç nədən dünyaya gətirmişdir, bütün nemətlərindən ona əta etmişdir, O, bizə ruzi verən Varlıqdır. Əgər bilsək ki, biz var olmağımıza görə Ona borcluyuq, bizim yaşamağımız və ölməyimiz Onun əlindədir – əgər bunları bilsək və həqiqətini dərk etsək, namaza qarşı necə laqeyd ola bilərik ki?

2. Günah.

İnsanın gün ərzində gördüyü əməllərin ibadətinə birbaşa təsiri vardır. Yəni insan gün ərzində hər nə qədər saleh əməl görərsə, ibadətdəki tofiqi də çox olar. Hər nə qədər günaha batarsa, səhər durmaq ləzzətini bir o qədər çox əldən verər.

3. İradə zəifliyi.

Səhər durmaq üçün iradə və əzm lazımdır. Durmaq istəmək kifayət deyildir. İradə zəifliyi insanın səhər namaz üçün durmağına mane olar. İmam Əli (ə) buyurur: “Əzm vasitəsilə süstlüklə mübarizə edin”.

Əzm əldə etmək problemini həll etməyin yolları vardır ki, onlara nəzər salaq:

Gündəlik fəaliyyətlər.

1. Proqram təşkil edərək, gün ərzində çox yorulmamaq.

2. Gecə görülməli olan işləri sübh namazından sonraya saxlamaq.

3. Özünüzlə şərt bağlayın ki, günah işlətməyəcəksiniz. Gün ərzində əməllərinizə nəzarət edin. Gecə yatamamışdan qabaq öz əməllərinizi mühasibə edib, görün təqvaya riayət etməsiniz, yoxsa yox.

4. Əxlaqsız filmlərə gözücü də olsa, baxmağı və günahla dolu yerlərə getməyi qəti tərk etmək.

5. Naməhrəmlə söhbət edib, gülməkdən çəkinmək.

6. İnsan bəzi günahlara agahsız olduğu üçün bunları edir. Ona görə də günaha səbəb olacaq əməlləri tanımağa çalışmaq laızmdır.

Bəzi ümumi tövsiyələrə də diqqət edək.

Gecə yeməyi.

Gecə yemək yeyən zaman bu məsələlərə riayət edin:

1. Şamınızı gecə başlamamışdan qabaq yeyin. Şamınızla yuxunuzun arasındakı fasilə nə qədər çox olarsa, səhər tezdən durmaq ehtimalı da daha yüksək olar.

2. Yatağa uzanan zaman heç nə yeməyin. Əgər yatmazdan iki saat əvvəl yemək yesəniz, mədəniz yeməyi həzm etməklə məşğul olduğu üçün yuxuya getmək uzun çəkər.

3. Çalışın tez yatasınız.

4. Şamda yeməyin miqdarını azaldın.

5. Haram maldan tamamilə uzaq olun.

6. Münasib yemək yeyin. Yeməyin keyfiyyəti elə olsun ki, bədən və əsəbləriniz ondan sonra süstləşməsin.

Səhər tezdən durmaq üçün yuxu necə olmaldır?

1. Tez yatın.

2. Qəylulə yuxusunu tərk etməyin. Həzrət Peyğəmbər (s) buyurur: “Səhər yemək yemək orucuna kömək edər. Qəylulə yuxusundan isə oyaq qalmaq üçün yardım alın”.

3. Yataq yeriniz pəncərəyə yaxın yerdə olsun.

4. Əgər ətrafınızdakılar gec yatırlarsa da, siz tez yatmağa çalışın.

5. Kifayət qədər yatin.

6. Bədininizi sübh namazına durmağa proqramlaşdırın.

7. Yatan zaman bəzi qaydalara riayət edin. Yatmazdan əvvəl dəstəmaz alın, “Tövhid”, “Nas”, “Fələq”, “Ayətül-kürsü” surələrini və ayələrini oxuyun və s. məsləhətli əməlləri yerinə yetirin.

 

www.ahliman.info

Digər “Mənəviyyat ” Xəbərləri

İmam Hüseyni (ə) ziyarət etməyin əhəmiyyəti.

🔷İmam Sadiq (ə) İbn Vəhəbə deyir: «Məbada qorxub Hüseynin (ə) ziyarətinə getməyəsən. Əgər belə etsən, qiyamətdə getməməyinə görə həsrət çəkəcəksən. Allahın səni... Davamı..

Məhərrəm ayının birinci gününün əməlləri

“Məhərrəm” – Əhli-beytin və şiələrinin matəm ayıdır. İmam Rzadan (ə) nəql olunur ki, Məhərrəm ayı daxil olanda, heç kim atam imam Kazimi... Davamı..

‘Mübahilə’ gününün əməlləri

Zilhiccə ayının 24-ü “Mübahilə” günüdür. (Mübahilə – iki nəfərin bir-birinə qarşı nifrin və qarğış etməsi.) Peyğəmbəri-Əkrəmin (s) həzrət İsanın (ə) allahlıq məqamında... Davamı..

Qədir-Xum hadisəsinin əhəmiyyəti

Qədir-Xum bayramını “Allahın böyük bayramı” adlandırmışlar; bu bayram İslam təqvimindəki bütün bayramlardan yüksəkdə duran bir bayramdır. Qədir-Xum bayramı daha dolğun bir mahiyyətə... Davamı..

‘Qədir-Xum’ gününün əməlləri

Zilhiccə ayının 18-i  “Qədir-Xum” gündür və İslamda ən böyük bayramlardan biridir. Bir rəvayətdə imam Sadiqdən (ə): “Müsəlmanların cümə günü, “Fitr” və “Qurban”... Davamı..

İldə oruc tutulması müstəhəb olan dörd əsas gün İshaq ibn Abdullah əl-Ələvi deyir:

Atam və əmilərim ildə oruc tutulması savab olan dörd günün ilin hansı günləri olması barədə bir-biriləri ilə mübahisə və ixtilaf etdilər. Onlar... Davamı..

Zilhiccə ayının 10-cu günü Qurban bayramıdır və çox şərəfli bir gündür. Həmin günün bir neçə əməli vardır.

1. Qüsl etmək; 2. Bayram namazı; bu namaz imamın hüzuru dövründə vacibdir və camaatla qılınmalıdır. Amma imam qeybdə olduğu vaxt bu namaz müstəhəbdir... Davamı..

Zilhiccə ayının 9-cu günü  “Ərəfə” günüdür.

Zilhiccə ayının 9-cu günü  “Ərəfə” günüdür. “Ərəfə” günü bayram kimi tanınmasa da, böyük bayramlardan biridir. Allah-Taala həmin gün öz bəndələrini ibadət və... Davamı..