Hacı Əhliman Rüstəmovun informasiya bloku


Fəcr | Gün | Zöhr | Şam | Gecə
18 Dekabr 14:56
Şərh Yoxdur
4347

Sübh azanından sonra saat yarım yatmayın ki, ruziniz sizə çatsın

Zamanın insanın ruzisinə təsiri çoxdur. Bəzi yuxular da ruzinin azalmasına təsir qoya bilir. Yuxu – yuxudur. Ancaq əgər yuxu zamanı yaxşı tənzim olunmazsa, insanın ruzi yollarını bağlayar. Günəş çıxan və batan zaman yatmağın insana həm mənəvi və həm də cismi ziyanları vardır.

Ancaq bu həqiqətdir ki, yaşadığımız bu kainatda elə qanunlar vardır ki, mənim və sənin icazən olmadan həyatımıza təsir göstərə bilir. (Tebyan/Deyerler)

“(and olsun) bulud və yağışları bölüşdürən küləklərə, döllərə – ruhlar, canlılara – həyat, beyinlərə – elm və ruzi yeyənlərə – ruzi paylayan mələklərə”. (“Zariyat” 4).

Bu ayədəki paylayanlarla bağlı İmam Əliyə (ə) sual verirlər və Həzrət (ə) buyurur: “Məqsəd – İlahi mələklərdirlər”.

Bəz bu mələklər ruzini necə bölürlər?

İmam Sadiq (ə) buyurur: “Bu mələklər insanların ruzisini fəcrdən günəş çıxmasına qədər zamanda bəşər arasında bölər və paylayar. Hər kim bu şərəfli vaxtda yatarsa, ruzisi gedər”.

Bu zaman çox fəzilətli bir zamandır, təxminən sübh azanından 1 saat yarım sonra olan zamandır.

”Və (Sina səhrasında sərgərdan qaldığınız zaman) buluddan başınız üzərində kölgəlik düzəltdik və sizə «mənn» (bir növ ağac şirəsindən hazırlanmış yemək) və bildirçin endirdik”. (“Bəqərə” 57). Bu süfrənin nazil olması da həmin fəzilətli zamanda olmuşdur.

“Buna görə də səbir et ki, Allahın (sənin qalib gələcəyin və dininin yayılacağı barəsindəki) vədi mütləq haqdır. Günahının bağışlanmasını dilə və Rəbbini vəsf etməklə yanaşı Onu səhər-axşam pak sifətlərlə mədh et!”. (“Ğafir” 55) Bu ayənin təfsirində oxuyuruq ki, səhər dedikdə, fəcdən günəş çıxana qədər olan zaman nəzərdə tutulmuşdur.

Ona görə də bu fəzilətli zamanda yuxumuza ara verək və dua və münacatla məşğul olaq. Ruzimizin azalmasına öz əlimizlə imkan yaratmayaq.

 

www.ahliman.info

Digər “Mənəviyyat ” Xəbərləri

Həzrət Cəbrayılın (ə) Peyğəmbərə (s) Kərbəla türbəti verməsi

Həzrət Cəbrayılın (ə) Peyğəmbərə (s) Kərbəla türbəti verməsi Əhli-Sünnənin böyük hədis alimi, fəqih və məzhəb imamı Əhməd ibn Hənbəl özünün “əl-Müsnəd” adlı... Davamı..

İmam Hüseynin (ə) Kərbəladan qardaşına məktubu

İmam Hüseynin (ə) Kərbəladan qardaşına məktubu “Sanki dünya heç yox imiş və sanki axirət əzəldən var imiş” İmam Baqirdən (ə) rəvayət olunan... Davamı..

Aşura gününün əməlləri

İmam Hüseyn (ə) və Kərbəla şəhidlərinə əzadarlıq etmək. İmam Rza (ə) buyurur: “Allah-Taala, “Aşura” günü işlərini tərk edən şəxsin dünya və axirət... Davamı..

Tasua Gününün Əməlləri

1. Namazlar Gecənin sonunda 4 rükət namaz Hər rükətdə “Həmd” surəsindən sonra: Ayətül-kürsü – 10 dəfə “İxlas” surəsi – 10 dəfə “Fələq”... Davamı..

Məhərrəm ayının birinci gününün əməlləri

“Məhərrəm” – Əhli-beytin və şiələrinin matəm ayıdır. İmam Rzadan (ə) nəql olunur ki, Məhərrəm ayı daxil olanda, heç kim atam imam Kazimi... Davamı..

Qədir-Xum gününün əməlləri

Zil-hiccə ayının 18-i  “Qədir-Xum” gündür və İslamda ən böyük bayramlardan biridir. Bir rəvayətdə imam Sadiqdən (ə): “Müsəlmanların cümə günü, “Fitr” və “Qurban”... Davamı..

Qurban bayramının əməlləri

Zilhiccə ayının 10-cu günü  Qurban bayramıdır və çox şərəfli bir gündür. Həmin günün bir neçə əməli vardır. 1. Qüsl etmək; 2. Bayram... Davamı..

ƏRƏFƏ GÜNÜ – DUA GÜNÜ

Ərəfə” günü bütün rəmz və sirləri ilə birgə yenə gəlib çatmaqdadır. Mərifət günü, elə bir gün ki, qəlblərin baxışı səmaya dikəlib! “Ərəfat”... Davamı..