Hacı Əhliman Rüstəmovun informasiya bloku


Fəcr | Gün | Zöhr | Şam | Gecə
13 İyul 11:59
1 Şərh
7073

Sübh azanından günəş çıxmasına qədər vaxtda gizlənən nemətlər

Sübh azanından günəş çıxmasına qədər təxminən bir saat yarım zamandır. Hədislərimiz bu saatı “behişt saatı” adlandırmışdır. Bu, elə fəzilətli saatdır ki, insana dünya və axirət xeyir və bərəkətləri gətirər. Məsumlarımızın (ə) bizlərə bu saatla bağlı tövsiyələrinə nəzər salaq.

Həzrət Peyğəmbər (s) buyurur: “Hər kim sübhün doğmasından günəş çıxmasına qədər öz namaz yerində əyləşərsə və namazın təqibatları ilə məşğul olarsa, Allah onu cəhənnəm atəşindən qoruyar”.

Həzrət Rəsuli-Əkrəm (s) başqa yerdə buyurur: “Hər kim sübh zamanı 7 dəfə bu ayələri oxuyarsa, həmin gün bəladan qorunar. «فَاللهُ خَیْرٌ حافِظاً وَ هُوَ ارْحَمُ الرَّاحِمینَ، انَّ وَلِیِّى اللهُ الَّذى نَزَّلَ الْکِتابَ وَ هُوَ یَتَوَلَّى الصَّالِحینَ، فَانْ تَوَلَّوْا فَقُلْ حَسْبِى اللهُ لا الهَ الَّا هُوَ، عَلَیْهِ تَوَکَّلْتُ وَ هُوَ رَبُّ الْعَرْشِ الْعَظیم (“Yusif” 84). (“Əraf” 196). (“Tövbə” 129).

İmam Baqir (ə) buyurur: “Hər kim fəcr doğandan sonra “Qədr” surəsini yeddi dəfə oxuyarsa 70 cərgə mələk ona salavat göndərər və 70 dəfə onun üçün rəhmət istəyərlər”.

Həzrət (ə) yenə buyurur: “Hər kim səhəri edər və Allahın dörd nemətini yada salmaz qorxuram ki, Allahın bu nemətləri onun əlindən getsin. Həmin dörd nemət və ona şükür etmək belədir: «الْحَمْدُ للهِ الَّذى عَرَّفنى نَفْسَهُ، وَ لَمْ یَتْرُکْنى عَمْیانَ الْقَلْبِ، الْحَمْدُ للهِ الَّذى جَعَلَنى مِنْ امَّةِ مُحَمَّدٍ صَلَّى اللهُ عَلَیْهِ وَ آلِهِ، الْحَمْدُ للهِ الَّذى جَعَل رِزْقى فى یَدَیْهِ وَ لَمْ یَجْعَلْ رِزْقى فى ایْدی النَّاسِ، الْحَمْدُ للهِ الَّذى سَتَر ذُنُوبى وَ عُیُوبى ، وَ لَمْ یَفْضَحْنى بَیْنَ النَّاس»؛

Tərcüməsi: “Şükür Allaha məxsusdur ki, Özünü mənə tanıtdı və kor qəlbli məni öz halına buraxmadı. Şükür Allaha məxsusdur ki, məni Muhəmmədin (s) davamçılarından qərar verdi. Şükür Allaha məxsusdur ki, ruzimi Öz ixtiyarında qərar vermişdir və onu insanlara tapşırmamışdır. Şükür Allaha məxsusdur ki, günah və eyiblərimi örtmüşdür və insanların yanında məni rüsvay etməmişdir”.

Əmirəl-möminin (ə) buyurur: “Hər kim günəş çıxmazdan əvvəl “Tövhid” (“İxlas”), “Qədr”, “Ayətül-kürsü” surələrindən hər birini 11 dəfə oxuyarsa, maddi ziyanlardan amanda qalar”.

İmam Əli (ə) buyurur: “Sübh namazından sonra günəş çıxana qədər Allahı zikr etmək hətta ticarət səfərlərindən belə, ruzini cəlb etməkdə daha təsirlidir”.(Erfan/Deyerler)

İmam Baqir (ə) buyurur: “Sübh yuxusu xəcalətli və bəyənilməzdir. Ruzini uzaqlaşdırar, üzün rəngini sarı və dəyişkən edər. Allah ruzini günəş çıxana qədər paylayar. Bu zamanda yatmaqdan çəkinin və bilin ki, (Bəni-İsrayil üçün nazil olan iki yemək) bu saatda Bəni-İsrayilə nazil olmuşdur”.

İmam Baqir (ə) buyurur: “Hər kim sübh namazından sonra 70 dəfə istiğfar edərsə, Allah onu bağışlayar”.

Hədislərimiz bu saatda yatmağı pisləyir və gətirəcəyi ziyanlardan bizi xəbərdar edirlər. Bu ziyanlar:

1. Yoxsulluq. İmam Əli (ə) buyurur: “Günəş çıxmazdan əvvəl yatmaq və həmçinin işa namazından əvvəl yatmaq yoxsulluğa və işlərdə pərişanlığa səbəb olar”.

2. Bəla. Bu saatda yatmaq bəlanı özünə cəlb edər.

3. Qəlbin kor olması. İmam Əli (ə) buyurur ki, hər kim bu saatda yatarsa, qəlbin korluğuna düçar olar və İlahi mərifət qəlbindən gedər.

4. İmansızlıq. Bu saatda yatmaq ardınca imanın zəifləməsini gətirər.

5. Ruzi üçün başqalarına möhtac olmaq.

6. Rüsvaylıq.

7. Maddi ziyanlar.

8. Nadanlıq.

9. Üzün sarı olması.

10. Qəflət.

 

www.ahliman.info

Digər “Mənəviyyat ” Xəbərləri

Həzrət Cəbrayılın (ə) Peyğəmbərə (s) Kərbəla türbəti verməsi

Həzrət Cəbrayılın (ə) Peyğəmbərə (s) Kərbəla türbəti verməsi Əhli-Sünnənin böyük hədis alimi, fəqih və məzhəb imamı Əhməd ibn Hənbəl özünün “əl-Müsnəd” adlı... Davamı..

İmam Hüseynin (ə) Kərbəladan qardaşına məktubu

İmam Hüseynin (ə) Kərbəladan qardaşına məktubu “Sanki dünya heç yox imiş və sanki axirət əzəldən var imiş” İmam Baqirdən (ə) rəvayət olunan... Davamı..

Aşura gününün əməlləri

İmam Hüseyn (ə) və Kərbəla şəhidlərinə əzadarlıq etmək. İmam Rza (ə) buyurur: “Allah-Taala, “Aşura” günü işlərini tərk edən şəxsin dünya və axirət... Davamı..

Tasua Gününün Əməlləri

1. Namazlar Gecənin sonunda 4 rükət namaz Hər rükətdə “Həmd” surəsindən sonra: Ayətül-kürsü – 10 dəfə “İxlas” surəsi – 10 dəfə “Fələq”... Davamı..

Məhərrəm ayının birinci gününün əməlləri

“Məhərrəm” – Əhli-beytin və şiələrinin matəm ayıdır. İmam Rzadan (ə) nəql olunur ki, Məhərrəm ayı daxil olanda, heç kim atam imam Kazimi... Davamı..

Qədir-Xum gününün əməlləri

Zil-hiccə ayının 18-i  “Qədir-Xum” gündür və İslamda ən böyük bayramlardan biridir. Bir rəvayətdə imam Sadiqdən (ə): “Müsəlmanların cümə günü, “Fitr” və “Qurban”... Davamı..

Qurban bayramının əməlləri

Zilhiccə ayının 10-cu günü  Qurban bayramıdır və çox şərəfli bir gündür. Həmin günün bir neçə əməli vardır. 1. Qüsl etmək; 2. Bayram... Davamı..

ƏRƏFƏ GÜNÜ – DUA GÜNÜ

Ərəfə” günü bütün rəmz və sirləri ilə birgə yenə gəlib çatmaqdadır. Mərifət günü, elə bir gün ki, qəlblərin baxışı səmaya dikəlib! “Ərəfat”... Davamı..