Hacı Əhliman Rüstəmovun informasiya bloku


Fəcr | Gün | Zöhr | Şam | Gecə
8 Sentyabr 12:00
Şərh Yoxdur
10430

Söz danışmaqdan əvvəl doğru danışmağı öyrənin

Quran Kərim buyurur:

“Ey iman gətirənlər! Allahdan qorxun və doğrularla birgə olun.”[1]

Hədis

Allahın Peyğəmbəri (s) buyurur: “Cənnət qapılarından biri olan doğruluğu sizə tövsiyə edirəm.”[2]

 

İmam Əli (ə) doğruluq barəsində buyurur:

“Doğruluq – danışığın ilahi fitrətə uyğunluğu, yalan isə danışığın ilahi fitrətdən uzaqlaşmasıdır.”[3]

“Doğruluq haqqın dilidir.[4]

“Doğruluq ondan qorxsan da sənə nicat verər, yalan isə ondan özünə bir təhlükə hiss etməsən də, səni məhv edər.”[5]

“Doğruluq, hər şeyin düzgünlüyünün, yalansa hər şeyin fəsadının mayasıdır.”[6]

“Doğruluq – əmanətə sadiq qalmaq, yalan isə xəyanətdir.”[7]

“Kişinin dəyəri onun səyi, onun doğruluğu isə insaniyyəti qədərdir.”[8]

“İman odur ki, insan onun ziyanına olmuş olsa belə, doğruluğu xeyrinə olan yalandan üstün tutsun.”[9]

 

İmam Baqir (ə) buyurur: “Söz danışmaqdan əvvəl doğru danışmağı öyrənin”[10]

 

İmam Sadiq (ə) buyurur:

“Doğruluq izzətdir.”[11]

“Doğru danışanın əməli pakdır.”[12]

 

Doğru danışan

İmam Əli (ə) buyurur: “Doğru danışan nicat və alicənablığın astanasında, yalançı isə uçurum və xarlığın kandarında dayanmışdır.”[13]

İmam Sadiq (ə) buyurur:

“İnsanların namazına, orucuna aldanmayın. Çünki bəzən insan namaza, oruca o qədər adət edir ki, onları tərk etsə, qorxu hissi keçirir. Əslində, onları doğru danışmaq və əmanətdarlıqla sınayın.”[14]

“Doğruluqdan daha yaxşısı onu danışan, yaxşı işdən daha yaxşısı ona əməl edəndir.”[15]

 

Ən doğru sözlər

Quran Kərim buyurur:

“Allah, Ondan başqa məbudun olmadığıdır. Şübhəsiz ki, heç bir şəkkin olmadığı qiyamət günü (Allah) sizi bir yerə toplayacaqdır. Allahdan daha sadiq (doğru danışan) kim ola bilər?”[16]

Hədis:

İmam Əli (ə) ən yaxşı söz barədə suala cavabından “Allahdan başqa heç bir məbudun olmadığına şəhadət vermək.” buyurmuşdur[17]

İmam Əli (ə) buyurur: “Sözlərin ən yaxşısı hal əhlinin sözüdür.”[18]

 

www.ahliman.info
_________________

[1] Tövbə, ayə 119

[2] Tarixe Bağdad, c.11,  hədis 82

[3] Ğurərul-Hikəm, hədis 1552

[4] Ğurərul-Hikəm, hədis 275

[5] Ğurərul-Hikəm, hədis 118

[6] Ğurərul-Hikəm, hədis 1115

[7] Ğurərul-Hikəm, hədis 15

[8] Nəhcül-Bəlağə, hikmət 47

[9] Nəhcül-Bəlağə, hikmət 458

[10] əl-Kafi, c.2, səh. 104, hədis4

[11] Biharül-Ənvar, c.78, səh. 269, hədis109

[12] əl-Kafi, c.2, səh. 104, hədis3

[13] Nəhcül-Bəlağə, xütbə 86

[14] əl-Kafi, c.2, səh. 104, hədis2

[15] Əmali-Tusi, səh. 223 hədis 385

[16] Nisa, ayə 87

[17] Biharül-Ənvar, c.77, səh.378, hədis 1

[18] Ğurərul-Hikəm, hədis 3302

Digər “Mənəviyyat ” Xəbərləri

Peyğəmbəri-Əkrəmin (s) uzaqdan ziyarəti (oxunuşu və tərcüməsi)

Əllamə Məclisi “Zadul-məad” kitabında yazır ki, Şeyx Müfid, Şeyx Şəhid və Seyid ibn Tavusun qeydlərinə əsasən, Peyğəmbəri-Əkrəmi (s) Mədinədən başqa yerlərdən (uzaqdan)... Davamı..

MƏRİFƏTİN YEGANƏ YOLU-TƏCRÜBƏ

MƏRİFƏTİN YEGANƏ YOLU-TƏCRÜBƏ Ümumi bir anlayış olan təcrübi düşüncə elmi-tədqiqat sahəsində bir vasitə kimi ortaya çıxanda, mütəfəkkirlər təkcə bu düşüncə ilə təbiətin... Davamı..

ALLAHA İMAN 1

ALLAHA İMAN Qədim zamanlardan bəri, insanlar tam fəlsəfi-mücərrəd təfəkkür, yaxud dəlil-sübut metodu ilə əldə olunan düşüncə mərhələsinə yetişməmişdən əvvəl Allaha inanıb, iman... Davamı..

Ayət namazı necə qılınır? – QAYDA

2026-cı ilin ikinci və sonuncu Günəş tutulması bu gün – avqustun 12-də baş verəcək.  Bakı vaxtı ilə Günəş tutulması saat 19:34-də başlayacaq... Davamı..

Ərbəin’ gününün əməlləri

İmam Hüseynin (ə) ərbəinində o həzrəti yaxından ziyarət etmək müstəhəbdir və o həzrəti həmin gün ziyarət edən birinci şəxs Cabir ibn Abdullah... Davamı..

Bəşir ibn Əmr əl-Həzrəmi Bəşir Yəmənin Həzrəmut vilayətindəndir

Bəşir ibn Əmr əl-Həzrəmi Bəşir Yəmənin Həzrəmut vilayətindəndir. Kərbəlada şəhid oldu. Adı Kərbəla şəhidlərinə məxsus Rəcəbiyyə ziyarətində də keçir. O, əshabdan ən... Davamı..

“Səlvətul-Həzin” Qəmliləri xoşhal edən

“Səlvətul-Həzin” Qəmliləri xoşhal edən İmam Zeynülabidin Əli ibn Hüseyn əs-Səccad (ə) buyurub: Aşura günü atam (ə) bədəninin yaralarından qan gəldiyi halda məni... Davamı..

“Allahın bəndəyə vacib etdiyi ilk iş namazdır

“Allahın bəndəyə vacib etdiyi ilk iş namazdır. Ölüncəyədək öz qüvvəsində qalan iş – (və ölüm zamanı insan üçün qalan son ümid də)... Davamı..