Hacı Əhliman Rüstəmovun informasiya bloku


Fəcr | Gün | Zöhr | Şam | Gecə
16 Dekabr 14:37
Şərh Yoxdur
2355

Şiəliyin mənəvi çağırışları

Şiələrin dünya xalqlarına qarşı olan mənəvi çağırışları bir cümlədən artıq deyildir. O da “Allahı tanıyın” cümləsidir. Başqa sözlə desək, Allahı tanımaq yolunu keçərək xoşbəxt olun qurtuluşa çatın.” Bu da məhz Peyğəmbərin (s) dünya səviyyəsində olan dəvətini başladığı ilk günlərdə buyurduğu aşağıdakı cümlədir: “Ey insanlar! Allahı yeganə varlıq kimi tanıyın və etiraf edin ki, qurtuluşa çıxa biləsiniz!”

Bu çağırışın izahında qısa şəkildə deyirik:

Biz insanlar maddi ləzzətlərə və maddi həyatın məqsədlərinə ürək bağlamışıq; o cümlədən ləzzətli yemək-içməklər, gözəl paltarlar, təmtəraqlı saraylar və mənzərələr, gözəl həyat yoldaşı, səmimi dostlar, külli miqdarda sərvət, qüdrət, siyasi məqam, cah-cəlal, rəhbərlik, bizim istəklərimizlə müxalif olan hər bir şeyi məhv etmək.

Biz fitri təbiətimizlə başa düşürük ki, bu qədər ləzzətlər insan üçün yaradılmışdır, amma insan onlar üçün yaradılmamışdır. Onlar insanın ardınca gəlməlidir, nəinki insan onların ardınca getməlidir.

Qarın və ondan aşağıların nəzərdə tutulmasından ibarət olan son hədəf heyvanların, başqalarını yırtıb dağıtmaq canavarın, bəbrin və tülkünün məntiqidir. İnsan məntiqi isə fitri əql məntiqidir.

Əql məntiqi özünün gerçək nəzəriyyələri ilə bizi müxtəlif növ ürək istəyən şəhvətlərə, xudbinliyə, özünü göstərməyə deyil, məhz haqqa tabe olmağa hidayət edir. Əql məntiqi insanı yaradılış aləminin özündən heç növ istiqlaliyyəti olmayan bir hissəsi hesab edir. İnsanın özünü rəhbər hesab etməsinin, öz gümanına əsasən təbiəti öz inadkar istəkləri qarşısında ram edib onu diz çökürməsinə rəğmən, özü də təbiətin əlində bir alət və onun vasitələrindən biridir. Əql məntiqi insanı dəvət edir ki, bu ötəri dünyadan əldə etdikləri idraka diqqətlə yanaşsın ki, varlıq aləmində olan hər bir şeyin öz-özünə yaranmadığı, dünya və onda olanların hamısının sonsuz bir qüdrət mənbəyindən qaynaqlandığını bilsin; bununla da aydın olsun ki, yerdə və asimanda olan, insanın gözündə gerçəklik kimi cilvələnən bu qədər gözəl və çirkin varlıqlar başqa bir gerçəkliyin sayəsində həqiqətə çevrilir və öz-özünə deyil, məhz onun sayəsində zahir olur. Eləcə də anlasın ki, dünənki əzəmətlər, qüdrət və gerçəkliklər bu gün əfsanədən başqa bir şey deyildir; bu günkü cilvələr də gələcəkdə bu mahiyyəti daşıyacaq. Nəhayət hər bir şey öz nəzərində əfsanədən başqa bir şey deyildir.

Həqiqi gerçəkliyə malik olan yalnız Allahdır ki, heç vaxt fənaya uğramır, hər bir şey Onun varlığında həqiqət rənginə boyanır və Onun müqəddəs zatının ruhu ilə nuraniləşir.

İnsan belə bir idrakla təchiz olunanda bütün varlıq aləmi onun gözləri önündə köpük kimi suyun üzərində yırğalanır və əyani şəkildə müşahidə edərək görür ki, dünya və onda olanlar qeyri-məhdud həyata, qüdrətə, elmə malik olan bir varlığa arxalanmışlar; insan və dünyanın sair varlıqları sanki müxtəlif qapılara, pəncərələrə bənzəyir ki, hər biri öz tutumu qədərində əbədiyyat dünyasında olan həqiqətləri göstərir.

Məhz belə olan halda insan əsalət və istiqlalı özündən və hər bir şeydən alaraq öz sahibinə qaytarır, ürəyini hər yerdən çəkərək yeganə Allaha qovuşur və Onun əzəməti müqabilində heç nəyin qarşısında təzim etmir. Belə olan halda insan Pərvərdigarın vilayəti altında qərar tapır, hər bir şeyi Allahla tanıyır və Onun rəhbərlik və hidayəti ilə pak əxlaq və gözəl əməllərlə özünə zinət verir (bu da fitrət ayinindən ibarət olan islam dini və haqqa təslim olmaqdır).

İnsani kamalın son mərhələsi məhz budur. Kamil insan məqamı – yəni ilahi nemətlər nəticəsində bu məqama çatan imam, kəsb etmə yolu ilə bu kamala nail olanlar malik olduqları dərəcə ixtilafları ilə imamın həqiqi ardıcılları olur.

Buradan aydın olur ki, imamı tanımaqla Allahı tanımaq məsələsi heç vaxt bir-birindən ayrı deyildir. Eləcə də Allahı tanımaqla insanın özünü tanıması da bir-birindən ayrılmazdır.

Çünki öz məcazi varlığını tanıyan bir şəxs ehtiyacsız Allahın həqiqi varlığını da hökmən tanıyacaqdır.

Allah bizləri həqiqi bəndəçilik edən insanlardan qərar versin.

 

www.ahliman.info

Digər “Mənəviyyat ” Xəbərləri

Ərbəin’ gününün əməlləri

İmam Hüseynin (ə) ərbəinində o həzrəti yaxından ziyarət etmək müstəhəbdir və o həzrəti həmin gün ziyarət edən birinci şəxs Cabir ibn Abdullah... Davamı..

Bəşir ibn Əmr əl-Həzrəmi Bəşir Yəmənin Həzrəmut vilayətindəndir

Bəşir ibn Əmr əl-Həzrəmi Bəşir Yəmənin Həzrəmut vilayətindəndir. Kərbəlada şəhid oldu. Adı Kərbəla şəhidlərinə məxsus Rəcəbiyyə ziyarətində də keçir. O, əshabdan ən... Davamı..

“Səlvətul-Həzin” Qəmliləri xoşhal edən

“Səlvətul-Həzin” Qəmliləri xoşhal edən İmam Zeynülabidin Əli ibn Hüseyn əs-Səccad (ə) buyurub: Aşura günü atam (ə) bədəninin yaralarından qan gəldiyi halda məni... Davamı..

“Allahın bəndəyə vacib etdiyi ilk iş namazdır

“Allahın bəndəyə vacib etdiyi ilk iş namazdır. Ölüncəyədək öz qüvvəsində qalan iş – (və ölüm zamanı insan üçün qalan son ümid də)... Davamı..

Həzrət Cəbrayılın (ə) Peyğəmbərə (s) Kərbəla türbəti verməsi

Həzrət Cəbrayılın (ə) Peyğəmbərə (s) Kərbəla türbəti verməsi Əhli-Sünnənin böyük hədis alimi, fəqih və məzhəb imamı Əhməd ibn Hənbəl özünün “əl-Müsnəd” adlı... Davamı..

İmam Hüseynin (ə) Kərbəladan qardaşına məktubu

İmam Hüseynin (ə) Kərbəladan qardaşına məktubu “Sanki dünya heç yox imiş və sanki axirət əzəldən var imiş” İmam Baqirdən (ə) rəvayət olunan... Davamı..

Aşura gününün əməlləri

İmam Hüseyn (ə) və Kərbəla şəhidlərinə əzadarlıq etmək. İmam Rza (ə) buyurur: “Allah-Taala, “Aşura” günü işlərini tərk edən şəxsin dünya və axirət... Davamı..

Tasua Gününün Əməlləri

1. Namazlar Gecənin sonunda 4 rükət namaz Hər rükətdə “Həmd” surəsindən sonra: Ayətül-kürsü – 10 dəfə “İxlas” surəsi – 10 dəfə “Fələq”... Davamı..