Hacı Əhliman Rüstəmovun informasiya bloku


Fəcr | Gün | Zöhr | Şam | Gecə
5 Aprel 13:40
1 Şərh
3980

Şeyxul-ənbiya hansı peyğəmbərdir? Bəşərin ikinci atası kimdir?

Həzrət Nuhun (ə) adı Quranda 40 dəfə çəkilmişdir. Ancaq harada doğulduğu və harada dəfn olduğu bəyan edilməmişdir. Nuhun (ə) dastanı Quranın 6 surəsində bəyan edilmişdir: “Əraf”, “Hud”, “Muminun”, “Şüəra”, “Qəmər”, “Nuh”.

O, ilk ulul-əzm peyğəmbər olmuşdur ki, səma kitabına və şəriətə malik olmuşdur. O, tövhidi, namazı, əmr-be-mərufu, ədaləti, vəfanı təbliğ etmişdir. Onun risalət dövrü 950 il olmuşdur.

O, bəşərin ikinci atası və bütün peyğəmbərlərin atasıdır, Adəm (ə) və İdris (ə) peyğəmbərlərdən başqa. Nuhun dastanına Tövratda da rast gəlmək olur.

Quran Nuhu “Şeyxul-ənbiya” adlandırır və tənha peyğəmbərdir ki, risalətinin zamanı Quranda qeyd edilmişdir. O, elə peyğəmbər olmuşdur ki, Adəmdən (ə) sonra yaranan zülm və şirklə mübarizə aparmışdır. Onun həyat yoldaşı və övladları belə, onunla müxalif olmuşdular.

Həzrət Nuh (ə) – o peyğəmbərlərdəndir ki, Allah ona salam vermişdir: “Aləmlər (mələklər, insanlar və cinlər aləmi) içərisində (Allahın) salam(ı) olsun Nuha! (Dünya əhalisi gərək ona salam göndərsin). (“Saffat” 79).

Allah Təala Həzrət İbrahimə (ə), Musaya (ə), Haruna (ə), İlyasa və saleh bəndələrinə də salam vermişdir, ancaq heç birində “fil-aləmin” sözü işlənməmişdir. (Tebyan/Deyerler)

O, uzun yaşamış tək peyğəmbərdir ki, insan bəşərini gəmi vasitəsilə xilas etmişdir. Ona görə də ona “Əbul-bəşəri-sani” (“Bəşərin ikinci atası”) də deyirlər.

O, tək peyğəmbər olmuşdur ki, bir nifrini ilə Allah yeri suya qərq etmişdir. 950-illik risalətinə baxmayaraq, ancaq 8 nəfər tərəfdaşı olmuşdur.

Hədislərin buyurduğuna görə, onu ona görə Nuh adlandırmışdılar ki, öz ümməti üçün növhə oxuyardı. Ümmətinin qəlbi öldüyü üçün, onun bu sözlərini dinləmir və qəflətdən ayılmırdılar. “Beləliklə, onlar onu təkzib etdilər. Biz də ona və onunla birgə gəmidə olan hər bir kəsə nicat verdik və Bizim ayələrimizi təkzib edənləri (suda) batırdıq. Doğrudan da onlar kor qəlbli bir dəstə idilər”. (“Əraf” 64).

Həzrət Nuh (ə) o peyğəmbərlərdən idi ki, Allah onu salehlərdən hesab etmiş və onu şakir bəndə adlandırmış, onu mömin bəndələrin zümrəsində qərar vermişdir.

 

www.ahliman.info

Digər “Mənəviyyat ” Xəbərləri

Həzrət Cəbrayılın (ə) Peyğəmbərə (s) Kərbəla türbəti verməsi

Həzrət Cəbrayılın (ə) Peyğəmbərə (s) Kərbəla türbəti verməsi Əhli-Sünnənin böyük hədis alimi, fəqih və məzhəb imamı Əhməd ibn Hənbəl özünün “əl-Müsnəd” adlı... Davamı..

İmam Hüseynin (ə) Kərbəladan qardaşına məktubu

İmam Hüseynin (ə) Kərbəladan qardaşına məktubu “Sanki dünya heç yox imiş və sanki axirət əzəldən var imiş” İmam Baqirdən (ə) rəvayət olunan... Davamı..

Aşura gününün əməlləri

İmam Hüseyn (ə) və Kərbəla şəhidlərinə əzadarlıq etmək. İmam Rza (ə) buyurur: “Allah-Taala, “Aşura” günü işlərini tərk edən şəxsin dünya və axirət... Davamı..

Tasua Gününün Əməlləri

1. Namazlar Gecənin sonunda 4 rükət namaz Hər rükətdə “Həmd” surəsindən sonra: Ayətül-kürsü – 10 dəfə “İxlas” surəsi – 10 dəfə “Fələq”... Davamı..

Məhərrəm ayının birinci gününün əməlləri

“Məhərrəm” – Əhli-beytin və şiələrinin matəm ayıdır. İmam Rzadan (ə) nəql olunur ki, Məhərrəm ayı daxil olanda, heç kim atam imam Kazimi... Davamı..

Qədir-Xum gününün əməlləri

Zil-hiccə ayının 18-i  “Qədir-Xum” gündür və İslamda ən böyük bayramlardan biridir. Bir rəvayətdə imam Sadiqdən (ə): “Müsəlmanların cümə günü, “Fitr” və “Qurban”... Davamı..

Qurban bayramının əməlləri

Zilhiccə ayının 10-cu günü  Qurban bayramıdır və çox şərəfli bir gündür. Həmin günün bir neçə əməli vardır. 1. Qüsl etmək; 2. Bayram... Davamı..

ƏRƏFƏ GÜNÜ – DUA GÜNÜ

Ərəfə” günü bütün rəmz və sirləri ilə birgə yenə gəlib çatmaqdadır. Mərifət günü, elə bir gün ki, qəlblərin baxışı səmaya dikəlib! “Ərəfat”... Davamı..