Hacı Əhliman Rüstəmovun informasiya bloku


Fəcr | Gün | Zöhr | Şam | Gecə
22 Fevral 09:01
Şərh Yoxdur
14986

Bu gün Şaban ayının ilk günüdür. Bu ayın müştərək əməlləri və zikrləri

Bu gün Fevral ayının 22-i müqəddəs  Şaban ayının ilk günüdür.

Şaban ayı mübarək Ramazan ayına son hazırlıq fürsəti sayılır. Hədis və rəvayətlərdə Peyğəmbər (s) ayı adlanan Şabanda bir sıra ibadətlər tövsiyə olunub.

Müqəddəs Şaban ayının da Rəcəb ayı kimi, həm müştərək əməlləri, yəni ayboyu edilə bilinəcək əməllər, həm də xüsusi günlərə aid olan əməlləri vardır.

1. Oruc tutmaq.

2. Hər gün 70 dəfə İmam Sadiqdən (ə) nəql olunan bu zikri demək:

أَسْتَغْفِرُ اللَّهَ وَ أَسْأَلُهُ التَّوْبَةَ
( Əstəğfirullahə və əs-əluhut təvbəh)

3. Hər gün 70 dəfə aşağıdakı zikri demək:

أَسْتَغْفِرُ اللَّهَ الَّذِي لا إِلَهَ إِلا هُوَ الرَّحْمَنُ الرَّحِيمُ الْحَيُّ الْقَيُّومُ وَ أَتُوبُ إِلَيْهِ
(Əstəğfirullahəl-ləzi lə iləhə illə huvər-rahmənur-rahim əl-həyyul-qayyum və ətubu iləyh)

4. Fəqir və ehtiyaclı olanlara sədəqə vermək. Həzrət Əlidən (ə) ayın ən yaxşı əməli barədə soruşulduqda, İmam (ə) buyurub: “Sədəqə və bağışlanma diləmə”.

5. Bütün ay boyu aşağıdakı zikri 1000 dəfə oxumaq:

لا إِلَهَ إِلا اللَّهُ وَ لا نَعْبُدُ إِلا إِيَّاهُ مُخْلِصِينَ لَهُ الدِّينَ وَ لَوْ كَرِهَ الْمُشْرِكُونَ
(Lə iləhə illəllahu və lə nə’budu illə iyyəhu muxlisinə ləhud-dinə və ləv kərihəl-muşrikun)
Bu zikr, ay boyu onu oxuyanın əməl dəftərində min ilin ibadəti kimi yazılar. Həzrət Peyğəmbər (s) buyurub ki, bu zikri deyən Qiyamət gün  öz qəbrindən üzü bədrlənmiş ay kimi bərq vuran halda qalxacaq.

6. Bu ayın hər 4-cü günü (cümə axşamı) iki rükət namaz qılmaq. Namazın hər rükətində “Həmd” surəsindən sonra 100 dəfə “Tövhid” (“İxlas”) surəsini oxumaq lazımdır. Namazın salamlarından sonra isə 100 dəfə salavat göndərmək. Həzrət Əli (ə) Həzrət Peyğəmbərdən (s) belə nəql edir: “Bu namazı qılan hər kəsin Allah dini və dünyəvi hacətlərini yerinə yetirər və bu günü oruc tutan şəxsin bədəninə cəhənnəm odu haram olar”.

7. Həzrət Peyğəmbər (s) və onun pak Əhli-Beytinə (ə) çoxlu salavat göndərmək.

8. Şaban ayının hər günündə şəri zöhr vaxtı və gecə yarısı İmam Zeynəlabidindən (ə) nəql olunan “Salavati-Şabaniyyə”ni oxumaq. («Məfatihul-cinan», səh. 408-411-ə müraciət edin).

9. İbn Xalviyyədən nəql edilir ki, bu ayda Həzrət Əli (ə) və onun övladları (ə) bu münacatı oxuyardılar: «Məfatihul-cinan», səh. 412-yə müraciət edin.

 

www.ahliman.info

Digər “Mənəviyyat ” Xəbərləri

Həzrət Cəbrayılın (ə) Peyğəmbərə (s) Kərbəla türbəti verməsi

Həzrət Cəbrayılın (ə) Peyğəmbərə (s) Kərbəla türbəti verməsi Əhli-Sünnənin böyük hədis alimi, fəqih və məzhəb imamı Əhməd ibn Hənbəl özünün “əl-Müsnəd” adlı... Davamı..

İmam Hüseynin (ə) Kərbəladan qardaşına məktubu

İmam Hüseynin (ə) Kərbəladan qardaşına məktubu “Sanki dünya heç yox imiş və sanki axirət əzəldən var imiş” İmam Baqirdən (ə) rəvayət olunan... Davamı..

Aşura gününün əməlləri

İmam Hüseyn (ə) və Kərbəla şəhidlərinə əzadarlıq etmək. İmam Rza (ə) buyurur: “Allah-Taala, “Aşura” günü işlərini tərk edən şəxsin dünya və axirət... Davamı..

Tasua Gününün Əməlləri

1. Namazlar Gecənin sonunda 4 rükət namaz Hər rükətdə “Həmd” surəsindən sonra: Ayətül-kürsü – 10 dəfə “İxlas” surəsi – 10 dəfə “Fələq”... Davamı..

Məhərrəm ayının birinci gününün əməlləri

“Məhərrəm” – Əhli-beytin və şiələrinin matəm ayıdır. İmam Rzadan (ə) nəql olunur ki, Məhərrəm ayı daxil olanda, heç kim atam imam Kazimi... Davamı..

Qədir-Xum gününün əməlləri

Zil-hiccə ayının 18-i  “Qədir-Xum” gündür və İslamda ən böyük bayramlardan biridir. Bir rəvayətdə imam Sadiqdən (ə): “Müsəlmanların cümə günü, “Fitr” və “Qurban”... Davamı..

Qurban bayramının əməlləri

Zilhiccə ayının 10-cu günü  Qurban bayramıdır və çox şərəfli bir gündür. Həmin günün bir neçə əməli vardır. 1. Qüsl etmək; 2. Bayram... Davamı..

ƏRƏFƏ GÜNÜ – DUA GÜNÜ

Ərəfə” günü bütün rəmz və sirləri ilə birgə yenə gəlib çatmaqdadır. Mərifət günü, elə bir gün ki, qəlblərin baxışı səmaya dikəlib! “Ərəfat”... Davamı..