Hacı Əhliman Rüstəmovun informasiya bloku


Fəcr | Gün | Zöhr | Şam | Gecə
24 Aprel 15:57
Şərh Yoxdur
3103

Sabah mübarək Ramazan ayının ilk günüdür. Bu mübarək gecənin əməlləri

Bu gün Şəban ayının sonuncu günüdür. Sabah, 25 aprel mübarək Ramazan ayının ilk günüdür. Bu gecənin müstəhhəb əməlləri vardır.

1. Üzü qibləyə əyləşin, əllərini göyə qaldırıb mübarək Ramazan ayının hilalına xitabən deyin:

رَبّى‏ وَرَبُّكَ اللَّهُ رَبُّ الْعالَمينَ اَللّهُمَّ اَهِلَّهُ عَلَيْنا بِالْأَمْنِ‏ وَالْأِيمانِ، وَالسَّلامَةِ وَالْإِسْلامِ، وَالْمُسارَعَةِ اِلى‏ ما تُحِبُّ وَتَرْضى‏، اَللّهُمَّ بارِكَ لَنا فى‏ شَهْرِنا هذا، وَارْزُقْنا خَيْرَهُ وَعَوْنَهُ، وَاصْرِفْ عَنَّا ضُرَّهُ وَشَرَّهُ وَبَلائَهُ وَفِتْنَتَهُ

Duanın oxunuşu: Rəbbi və rəbbəkəllah rəbbəl-aləmin. Allahummə əhilləhu əleyna bil əmni vəl imani vəs-səlaməti vəl-İslami vəl-musaraati ilə mə tuhibbə və tərzi. Allahummə barikə ləna fi şəhrinə haza vərzuqna xeyrəhu və əunəhu vəsrif ənna zurrəhu və şərrəhu və bəlaəhu və fitnətəh

Duanın tərcüməsi: “Rəbbim və rəbbin aləmlərin rəbbi olan Allahdır. İlahi, bu ayı bizim üçün əmniyyət, iman, salamatlıq, İslam, Sənin sevdiyin və razı olduğun işlərə tələskənliklə başlat. İlahi bu ayı bizə bərəkətli et, onun xeyr və nüsrətini bizim ruzimiz qərar ver. Onun zərərini, şərrini, bəlasını və fitnəsini bizdən uzaqlaşdır”

 

2. Nəql olunur ki, İslam Peyğəmbəri (s) ayı görcək üzünü qibləyə tutub deyərdi:

 اَللّهُمَّ اَهِلَّهُ عَلَيْنا بِالْأَمْنِ والْإِيمانِ وَالسَّلامَةِ وَالْإِسْلامِ، وَالْعافِيَةِ الْمُجَلَّلَةِ وَدِفاعِ‏ الْأَسْقامِ، وَالْعَوْنِ عَلَى الصَّلاةِ وَالصِّيامِ، وَالْقِيامِ وَتِلاوَةِ الْقُر انِ،اَللّهُمَّ سَلِّمْنا لِشَهْرِ رَمَضانَ، وَتَسَلَّمْهُ مِّنا، وَسَلِّمْنا فيهِ حَتّى‏ يَنْقَضِىَ‏ عَنَّا شَهْرُ رَمَضانَ، وَقَدْ عَفَوْتَ عَنَّا، وَغَفَرْتَ لَنا وَرَحِمْتَنا

Duanın oxunuşu: Əllahummə əhilləhu ələyna bil əmni vəl iman, vəs-səlaməti vəl İslam, vəl afiyətil mucəllələti və difail əsqam, vəl əvni ələs-səlati vəs-siyami vəl qiyami və tilavətil Qur`an. Əllahummə səllimna lişəhri rəməzan, və təsəlləmhu minna və səllimna fihi, hətta yənqəziyə ənna şəhru rəməzan, və qəd əfəvtə ənna və ğəfərtə ləna və rəhimtəna.

Duanın tərcüməsi: İlahi, bu ayı bizə əmin-amanlıq, iman, sağlamlıq, təslim, gözəl afiyət və xəstəliklərdən uzaqlıq (və geniş ruzi), namaz, oruc, gecələri ibadətlə keçirmək və Quran tilavəti ilə yenilə! İlahi, bizi Ramazan ayı üçün sağlam saxla, onu da bizdən sağlam qəbul et və bizi əfv etmək, günahlarımızı bağışlamaq və bizi rəhmətinə şamil etmək üçün gələn Ramazan ayına qədər diri saxla!

 

3. “Ramazan ayının ilk gecəsinin qüslu” niyyəti ilə qüsl almaq

 

4. “Ramazan ayının ilk gecəsinin namazı” niyyəti ilə iki rükət namaz qılmaq. Hər rükətdə “Həmd”dən sonra “Ənam” surəsi oxunur. Namazdan sonra Allahdan ancaq Allahın ona kifayət etməsini və onu bütün dərdlərdən qorumasını diləsin.

 

5.  İmam Hüseyni (ə) yaxından və yaxud uzaqdan ziyarət etmək.

 

www.ahliman.info

Digər “Mənəviyyat ” Xəbərləri

Bəşir ibn Əmr əl-Həzrəmi Bəşir Yəmənin Həzrəmut vilayətindəndir

Bəşir ibn Əmr əl-Həzrəmi Bəşir Yəmənin Həzrəmut vilayətindəndir. Kərbəlada şəhid oldu. Adı Kərbəla şəhidlərinə məxsus Rəcəbiyyə ziyarətində də keçir. O, əshabdan ən... Davamı..

“Səlvətul-Həzin” Qəmliləri xoşhal edən

“Səlvətul-Həzin” Qəmliləri xoşhal edən İmam Zeynülabidin Əli ibn Hüseyn əs-Səccad (ə) buyurub: Aşura günü atam (ə) bədəninin yaralarından qan gəldiyi halda məni... Davamı..

“Allahın bəndəyə vacib etdiyi ilk iş namazdır

“Allahın bəndəyə vacib etdiyi ilk iş namazdır. Ölüncəyədək öz qüvvəsində qalan iş – (və ölüm zamanı insan üçün qalan son ümid də)... Davamı..

Həzrət Cəbrayılın (ə) Peyğəmbərə (s) Kərbəla türbəti verməsi

Həzrət Cəbrayılın (ə) Peyğəmbərə (s) Kərbəla türbəti verməsi Əhli-Sünnənin böyük hədis alimi, fəqih və məzhəb imamı Əhməd ibn Hənbəl özünün “əl-Müsnəd” adlı... Davamı..

İmam Hüseynin (ə) Kərbəladan qardaşına məktubu

İmam Hüseynin (ə) Kərbəladan qardaşına məktubu “Sanki dünya heç yox imiş və sanki axirət əzəldən var imiş” İmam Baqirdən (ə) rəvayət olunan... Davamı..

Aşura gününün əməlləri

İmam Hüseyn (ə) və Kərbəla şəhidlərinə əzadarlıq etmək. İmam Rza (ə) buyurur: “Allah-Taala, “Aşura” günü işlərini tərk edən şəxsin dünya və axirət... Davamı..

Tasua Gününün Əməlləri

1. Namazlar Gecənin sonunda 4 rükət namaz Hər rükətdə “Həmd” surəsindən sonra: Ayətül-kürsü – 10 dəfə “İxlas” surəsi – 10 dəfə “Fələq”... Davamı..

Məhərrəm ayının birinci gününün əməlləri

“Məhərrəm” – Əhli-beytin və şiələrinin matəm ayıdır. İmam Rzadan (ə) nəql olunur ki, Məhərrəm ayı daxil olanda, heç kim atam imam Kazimi... Davamı..