Hacı Əhliman Rüstəmovun informasiya bloku


Fəcr | Gün | Zöhr | Şam | Gecə
27 İyul 08:06
Şərh Yoxdur
4197

Sabah Aşura günüdür. Aşura gecəsinin və gününün müstəhəb əməlləri

Bu gün Tasua günüdür. Sabah iyul ayının 28-i Aşura günüdür. Aşura gecəsinin  və gününün əməlləri

 

Aşura gecəsinin əməlləri:

1. Bu gecəni sabaha qədər əhya saxlamaq (oyaq qalmaq) Hədisdə deyilir: “Hər kim bu gecəni əhya saxlasa Allah Taala üçün bütün mələklərin ibadətini etmiş olar.”

2. Namazlar

* Bu gecə üçün rəvayətlərdə bir neçə namaz zikr olunmuşdur ki, onlardan biri 2 dənə 2 rikətli namazdır. Namazın hər rikətində “Fatihə” surəsindən sonra 50 dəfə “İxlas” surəsi oxunur. Namazı bitirdikdən sonra isə 70 dəfə “Subhanəllahi vəlhəmdu lillahi və la ilahə illəllahu vallahu əkbər və la haulə və la quvvatə illa billahil aliyyul-azim” zikri deyilir.

* Əmirəl möminin İmam Əlinin namazı, 4 rəkət (2 dəfə sübh namazı kimi) hər rəkətdə həmddən sonra ixlas surəsini oxu. Namazdan sonra Peyyğəmbərimizə və Əhli beytinə çoxlu salavat, onların düşmənlərinə isə lə’nət de .

* 100 rəkət namaz. (yəni: sübh namazı kimi 50 namaz) hər hərəkətdə həmddən sonra 3 ixlas surəsini (yəni: Qulhvəllah sursəini) oxu [Niyyət: Aşura gecəsinin namazını qılıram qürbətən iləllah]. 100 rəkəti qılıb qurtarandan sonra 70 dəfə de: Sübhanəllah vəlhəmdü illah vəla ilahə illəlahu vəllahu əkbər, vəla hövlə vəla qüvvətə illa billahil əliyil əzim.

3. Hz.İmam Hüseynin(ə) qəbri kənarında əhya saxlamaq.

4. Dua, ibadət və istiğfar etmək.

 

Aşura gününün əməlləri:

1. İmam Hüseyn (ə) və Kərbəla şəhidlərinə əzadarlıq etmək. Bu barədə Hz.İmam Rza(ə) buyurur: “Hər kim bu gün işlərini kənara qoyarsa, Allah-Təala istəklərinə çatdırar. Və hər kim bu gün hüznə qərq olarsa, Allah-Təala Qiyamət günü onu xoşhal edər”.

2. İmam Hüseyni (ə) ziyarət etmək.

3. Bu gün oruc tutmaq məkruhdur. Amma Əsr namazınadək yemək və içməkdən imtina etmək bu günün əməllərindəndir.

4. İmam Hüseyn (ə) zəvvarlarına su vermək.

5. 1000 dəfə “İxlas” surəsini oxumaq.

6. “Aşura” ziyarətini oxumaq.

7. 1000 dəfə “Allahumməl`ən qətələtəl-Huseyn” zikrini demək.

 

www.ahliman.info

Digər “Əhli-Beyt ” Xəbərləri

İmam Mehdinin (ə) həyatı

İmam Mehdinin (ə) doğum günü münasibəti ilə əziz həmvətənlərimizi və oxucularımızı təbrik edir və o həzrətin həyatı ilə bağlı qısa məlumatı nəzərinizə... Davamı..

11 Şəban – İmam Hüseynin (ə) oğlu Həzrət Əli Əkbərin (ə) mövlud günüdür.

11 Şəban – İmam Hüseynin (ə) oğlu Həzrət Əli Əkbərin (ə) mövlud günüdür.   Bəzi tarixçilərin qeydlərinə əsasən, həzrət Əli Əkbər 33-cü... Davamı..

İMAM SƏCCADIN (Ə) HƏYATINA QISA BİR BAXIŞ

Şəhidlər sərvəri imam Hüseynin oğlu imam Səccad (ə) şiələrin dördüncü imamıdır. Adı Əli, anası Şəhrəbanu, ən məşhur ləqəbi Zeynəlabidin və Səccaddır. O... Davamı..

Həzrət Əbülfəzl-Abbasın (ə) həyatına qısa bir baxış

Şəban ayının 4-ü  Həzrət  Əbəlfəzl Abbasın (ə) doğum günüdür. Elə bu münasibətlə əziz oxucularımızı təbrik edir və o həzrətin təvəllüdü ilə bağlı... Davamı..

İMAM HÜSEYNİN (Ə) HƏYATI

Şəban ayının 3-ü İmam Hüseynin (ə) doğum günüdür. Elə bu münasibətlə əziz oxucularımızı təbrik edir və o həzrətin təvəllüdü ilə bağlı bəzi... Davamı..

İmam Kazimin (ə) şəhadəti

 İmam Kazimin (ə) şəhadət günüdür.  İmam Kazimin (ə) şəhadəti münasibəti ilə əziz həmvətənlərimizə və oxucularımıza başsağlığı verir və o həzrətin həyatı ilə... Davamı..