Hacı Əhliman Rüstəmovun informasiya bloku


Fəcr | Gün | Zöhr | Şam | Gecə
29 Fevral 15:38
1 Şərh
4796

Səhv səcdəsini nə zaman yerinə yetirmək lazımdır?

3 şey üçün səhv səcdəsini yerinə yetirmək lazımdır:

1. Bilməyərəkdən namazda söz demək.

2. Bir səcdəni unutmaq.

3. 4-rükətli namazda ikinci səcdədən sonra şəkk edər ki, dördrükətli qılmışdır, yoxsa beşrükətli.

Bundan başqa iki hal da vardır ki, ehtiyati-vacib səhv səcdəsi yerinə yetirilməlidir:

1. Namaza salam verməyin lazım olmadığı yerdə. Misal üçün 4-rükətli namazda ikinci rükətdə salam vermək lazım olmadığı halda, bilməyərəkdən salam vermək.

2. Təşəhhüdü unudan zaman.

Əgər namazqılan xəyal etsə ki, namazı bitib və ona görə də söz desə, gərək səhv səcdəsi yerinə yetirsin. Ah çəkmək və ya öskürmək üçün səhv səcdəsi lazım deyildir.

Əgər nəyisə yanlış edibsə, onu düzgün şəkildə təkrar etsin. Əgər bilməyərəkdən təsbihati-ərbəə tərk edilərsə və ya üç dəfədən çox və ya az yerinə yetirilərsə ehtiyati-müstəhəbdir ki, namazdan sonra iki səhv səcdəsi yerinə yetirsin.(Tebyan/Deyerler)

Əgər səhv səcdəsini namazın salamından sonra yerinə yetirməzsə günah etmişdir və onu tez bir zamanda yerinə yetirməsi vacibdir. Əgər bilməyərəkdən yerinə yetirməzsə, nə zaman yadına düşsə onu yerinə yetirsin. Namazı yenidən qılmaq lazım deyildir.

Salam verdikdən sonra dərhal səcdəyə gedib, bu üç zikrdən birini söyləsin:

 

“بِسْمِ اللهِ وَبِاللهِ وَصَلَّی اللهُ عَلَی مُحَمَّد وَآلِهِ”

(Bismillahi və billah və səlləllahu əla Muhəmməd və alih)

 

” بِسْمِ اللهِ وَبِاللهِ اللّهُمَّ صَلِّ عَلی مُحَمَّد وَآلِ مُحَمَّد “

(Bismillahi və billah  Allahummə səlli əla Muhəmməd və ali Muhəmməd)

 

Yaxşı olar ki, bu zikr oxunsun:

” بِسْمِ اللهِ وَبِاللهِ السَّلامُ عَلَیْک أَیُّهَا النَّبی وَرَحْمَةُ اللهِ وَبَرَکاتُه”

(Bismillahi və billah əssəlamu əleykə əyyuhənnəbi və rəhmətullahi və bərəkatuh)

Sonra təşəhhüd deyib və salamları verib, namazını bitirsin.

 

www.ahliman.info

Digər “Mənəviyyat ” Xəbərləri

Həzrət Cəbrayılın (ə) Peyğəmbərə (s) Kərbəla türbəti verməsi

Həzrət Cəbrayılın (ə) Peyğəmbərə (s) Kərbəla türbəti verməsi Əhli-Sünnənin böyük hədis alimi, fəqih və məzhəb imamı Əhməd ibn Hənbəl özünün “əl-Müsnəd” adlı... Davamı..

İmam Hüseynin (ə) Kərbəladan qardaşına məktubu

İmam Hüseynin (ə) Kərbəladan qardaşına məktubu “Sanki dünya heç yox imiş və sanki axirət əzəldən var imiş” İmam Baqirdən (ə) rəvayət olunan... Davamı..

Aşura gününün əməlləri

İmam Hüseyn (ə) və Kərbəla şəhidlərinə əzadarlıq etmək. İmam Rza (ə) buyurur: “Allah-Taala, “Aşura” günü işlərini tərk edən şəxsin dünya və axirət... Davamı..

Tasua Gününün Əməlləri

1. Namazlar Gecənin sonunda 4 rükət namaz Hər rükətdə “Həmd” surəsindən sonra: Ayətül-kürsü – 10 dəfə “İxlas” surəsi – 10 dəfə “Fələq”... Davamı..

Məhərrəm ayının birinci gününün əməlləri

“Məhərrəm” – Əhli-beytin və şiələrinin matəm ayıdır. İmam Rzadan (ə) nəql olunur ki, Məhərrəm ayı daxil olanda, heç kim atam imam Kazimi... Davamı..

Qədir-Xum gününün əməlləri

Zil-hiccə ayının 18-i  “Qədir-Xum” gündür və İslamda ən böyük bayramlardan biridir. Bir rəvayətdə imam Sadiqdən (ə): “Müsəlmanların cümə günü, “Fitr” və “Qurban”... Davamı..

Qurban bayramının əməlləri

Zilhiccə ayının 10-cu günü  Qurban bayramıdır və çox şərəfli bir gündür. Həmin günün bir neçə əməli vardır. 1. Qüsl etmək; 2. Bayram... Davamı..

ƏRƏFƏ GÜNÜ – DUA GÜNÜ

Ərəfə” günü bütün rəmz və sirləri ilə birgə yenə gəlib çatmaqdadır. Mərifət günü, elə bir gün ki, qəlblərin baxışı səmaya dikəlib! “Ərəfat”... Davamı..