Hacı Əhliman Rüstəmovun informasiya bloku


Fəcr | Gün | Zöhr | Şam | Gecə
13 İyul 13:48
Şərh Yoxdur
2650

Sədaqət, bəsirət, aram qəlb, İlahi diqqət – zakirlərin xüsusiyyətləri

Əgər Allahın zikri və yada salınması insanın ruh və canı ilə qarışarsa, ardınca misilsiz təsirlər qoyar. Zakir insanlar bu dünya həyatından daha çox bəhrə apararlar. Bu faydalarla biz də tanış olaq:

1. İlahi əmrlərə sadiqdirlər. Zakir insanın bu həyatdakı ilk bəhrəsi odur ki, halal və harama riyaət edər və İlahi əmrlərə qarşı həmişə mütidir. Zikr insanın imanını gücləndirdiyi üçün İlahi əhkama hamıdan daha çox riayət edər. Qurani-Kərim buyurur: “Möminlər yalnız o kəslərdir ki, Allah zikr olunduqda qəlbləri qorxar, Onun ayələri onlara oxunan zaman imanlarını artırar və daim öz Rəbblərinə təvəkkül edərlər”. (“Ənfal” 2).

2. Bəsirətli olmaq. İlahi zikrin ikinci təsiri – bəsirətdir. Qurani-Kərim buyurur: “Şübhəsiz, təqvalı olanlara şeytandan bir vəsvəsə yetişsə, (ya qəlblərdə dolanan bir şeytan onların fikirlərinə zərər-ziyan yetirsə, dərhal) (Allahı yadlarına salaraq) özlərinə gələr və onda gözüaçıq olarlar”. (“Əraf” 201).

3. Nifaqdan amanda olar. Qurani-Kərim buyurur: “Həqiqətən münafiqlər Allaha qarşı hiyləgərlik edirlər, halbuki, Allah onları aldadır (onların hiylələrinin cəzasını özlərinə qaytarır). Onlar namaza durarkən (yerlərindən) süst qalxır, camaatla (ünsiyyətdə olarkən) riyakarlıq edir və Allahı çox az yada salırlar”. (“Nisa” 142).

4. Namaz halındadırlar. Həzrət Peyğəmbər (s) buyurur: “Madəm ki, Allahı yada salırsan, ayaq üstə və əyləşən halda, bazarda və ya harada olursansa-ol, davamlı olaraq namaz və qunut halındasan”.(Tebyan/Deyerler)

5. Allah zakir insana diqqət edər“Buna görə də, Məni yada salın ki, Mən də sizi yada salım. Mənə şükür edin və küfr etməyin və nemətlərimə nankorluq etməyin”. (“Bəqərə” 152).

6. Zikr qəlbləri aram edər. “O kəsləri ki, iman gətiriblər və qəlbləri Allahı yada salmaqla rahatlıq tapır. Bilin! Qəlblər yalnız Allahı yada salmaqla rahatlıq tapır”. (“Rəd” 28).

Mömin insan o kəsdir ki, zahirdə və batində, xəlvətdə və aşkarda və həyatının hər bir məhrələsində daima Allahı yada salar və Onu zikr edər.

 

www.ahliman.info

Digər “Mənəviyyat ” Xəbərləri

Həzrət Cəbrayılın (ə) Peyğəmbərə (s) Kərbəla türbəti verməsi

Həzrət Cəbrayılın (ə) Peyğəmbərə (s) Kərbəla türbəti verməsi Əhli-Sünnənin böyük hədis alimi, fəqih və məzhəb imamı Əhməd ibn Hənbəl özünün “əl-Müsnəd” adlı... Davamı..

İmam Hüseynin (ə) Kərbəladan qardaşına məktubu

İmam Hüseynin (ə) Kərbəladan qardaşına məktubu “Sanki dünya heç yox imiş və sanki axirət əzəldən var imiş” İmam Baqirdən (ə) rəvayət olunan... Davamı..

Aşura gününün əməlləri

İmam Hüseyn (ə) və Kərbəla şəhidlərinə əzadarlıq etmək. İmam Rza (ə) buyurur: “Allah-Taala, “Aşura” günü işlərini tərk edən şəxsin dünya və axirət... Davamı..

Tasua Gününün Əməlləri

1. Namazlar Gecənin sonunda 4 rükət namaz Hər rükətdə “Həmd” surəsindən sonra: Ayətül-kürsü – 10 dəfə “İxlas” surəsi – 10 dəfə “Fələq”... Davamı..

Məhərrəm ayının birinci gününün əməlləri

“Məhərrəm” – Əhli-beytin və şiələrinin matəm ayıdır. İmam Rzadan (ə) nəql olunur ki, Məhərrəm ayı daxil olanda, heç kim atam imam Kazimi... Davamı..

Qədir-Xum gününün əməlləri

Zil-hiccə ayının 18-i  “Qədir-Xum” gündür və İslamda ən böyük bayramlardan biridir. Bir rəvayətdə imam Sadiqdən (ə): “Müsəlmanların cümə günü, “Fitr” və “Qurban”... Davamı..

Qurban bayramının əməlləri

Zilhiccə ayının 10-cu günü  Qurban bayramıdır və çox şərəfli bir gündür. Həmin günün bir neçə əməli vardır. 1. Qüsl etmək; 2. Bayram... Davamı..

ƏRƏFƏ GÜNÜ – DUA GÜNÜ

Ərəfə” günü bütün rəmz və sirləri ilə birgə yenə gəlib çatmaqdadır. Mərifət günü, elə bir gün ki, qəlblərin baxışı səmaya dikəlib! “Ərəfat”... Davamı..