Hacı Əhliman Rüstəmovun informasiya bloku


Fəcr | Gün | Zöhr | Şam | Gecə
27 Aprel 13:17
Şərh Yoxdur
182

Hansı imamın ziyarəti daha fəzilətlidir?

Hansı imamın ziyarəti daha fəzilətlidir?

Bəzi hədislərə əsasən İmam Rzanın (ə) ziyarəti İmam Hüseynin (ə) ziyarətindən daha fəzilətlidir. Bu hədisləri eşidən bir qrup şiənin zehnində sual yaranmışdı ki, axı bu necə olar bilər?
Əli ibn Məhzyar adlı məşhur şiə ravisi bunu Həzrət İmam Rzanın (ə) oğlu və 9-cu imam Həzrət İmam Cavaddan (ə) soruşur.
İmam (ə) da cavabında buyurur ki, İmam Rzanı (ə) ziyarət edənlərin “imamət” əqidəsi səhih əqidədir, onlar 12 imamçıdırlar, İmam Hüseyni (ə) isə özünə “şiə” deyən bütün firqələr ziyarət edir.
Başqa sözlə desək, İmam Rzanın (ə) zamanında və ondan öncə yaranmış Vaqifiyyə, İsmailiyyə, Fətəhiyyə və sair firqələrin batil olmasını və 12 imamçı şiə əqədisənin səhih olmasını cəmiyyətə çatdırmaq üçün İmamlarımız (ə) İmam Rzanın (ə) ziyarətini təkidlə vurğulayıblar və bu ziyarəti Peyğəmbəri (s) ziyarət etmək kimi və İmam Hüseynin (ə) ziyarətindən daha üstün hesab ediblər. Çünki İslam və imanın kamalı olan “imamət” əqidəsi (12 imamçı şiə = imamiyyə) İmam Rza (ə) və ondan sonrakı imamların imamətini qəbul etməklə təşkil tapır.
Qeyd: İmam Rzanın (ə) ziyarətinin daha üstün olmasını deyən hədislər əl-Kafi (4/584) və digər hədis məcmuələrində nəql edilib. Bəzi araşdırmaçıların məqalələrinə əsasən Əllamə Məclisi bu hədislərin 39 səhih və 5 həsən sənədlə nəql edildiyini deyib. (Ləvame SahibQərani, 8/548)

Digər “Mənəviyyat ” Xəbərləri

Qurban bayramının əməlləri

Zilhiccə ayının 10-cu günü  Qurban bayramıdır və çox şərəfli bir gündür. Həmin günün bir neçə əməli vardır. 1. Qüsl etmək; 2. Bayram... Davamı..

ƏRƏFƏ GÜNÜ – DUA GÜNÜ

Ərəfə” günü bütün rəmz və sirləri ilə birgə yenə gəlib çatmaqdadır. Mərifət günü, elə bir gün ki, qəlblərin baxışı səmaya dikəlib! “Ərəfat”... Davamı..

Ərəfə’ gününün əməlləri

Zilhiccə ayının 9-cu günü “Ərəfə” günüdür. “Ərəfə” günü bayram kimi tanınmasa da, böyük bayramlardan biridir. Allah-Taala həmin gün öz bəndələrini ibadət və... Davamı..

İMAM ƏLİ (Ə) İLƏ XANIM ZƏHRANIN (S) EVLƏNMƏSİ

Zilhəccə ayının 1-ci günü  imam Əmirəlmöminin Əli (ə) ilə xanım Fatimeyi-Zəhranın (s) evləndiyi gündür. Elə bu məqsədlə, onların evlənməsi ilə bağlı qısa... Davamı..

Zilhiccə ayının 1-ci gününün məxsus əməlləri

Zilhiccə ayının birinci günü çox mübarək gündür və həmin gün bir neçə əməlin yerinə yetirilməsi tövsiyə olunur: 1. Oruc tutmaq;birinci günün orucu səksən... Davamı..

İmam Rzanın (ə) İmam Cavada (ə) məktubu

Əhməd ibn Məhəmməd ibn Əbu Nəsr Bəzənti belə  nəql edir: قَرَأتُ كِتابَ أبِي الحَسَنِ الرِّضا إلى أبي جَعفَرٍ‘: ياأبا جَعفَرٍ، بَلَغَني أنَّ... Davamı..

Sevgi ilə qəzəbin və ya əzəmətlə gözəlliyin vəhdəti

Allah bəsit həqiqətdir, heç bir çoxluğa malik deyil. Bu səbəbdən də substansional atributları elə Onun substansiyasından ibarətdir. Deməli, Allahın gözəl adları tək... Davamı..

Namaz vaxtlarını qoruyun

Həzrət İmam Rza (ə): “Namaz vaxtlarını qoruyun – (namazlarınızı vaxtında qılın), çünki insan başına gələcək hadisələrdən amanda deyil. Hər kəs namazın əvvəl... Davamı..