Hacı Əhliman Rüstəmovun informasiya bloku


Fəcr | Gün | Zöhr | Şam | Gecə
9 Noyabr 13:15
Şərh Yoxdur
2786

Səfərə çıxmamışdan qabaq öz yol yoldaşının əxlaqını öyrən

Hər hansı bir səfərdə vəfalı və sədaqətli yoldaşın çətinlikləri həll etməkdə mühüm rolu olduğu kimi, mənəviyyatı saflaşdırmaqda da yaxşı yoldaş böyük əhəmiyyətə malikdir.

Həzrəti-Musa(ə) Bəni-İsrail tayfasını Fironun əlindən qurtarıb haqqa hidayət etmək üçün peyğəmbərliyə seçilərkən dua edib Allah-təaladan belə istədi:

“Mənə öz ailəmdən bir vəzir (köməkçi) ver-qardaşım Harunu! Onunla arxamı möhkəmləndir, (Ona da peyğəmbərlik ver) ki, səni çox təqdis edib şəninə təriflər deyək və səni çox zikr edək.( Daim yada salıb şükr-səna edək).” («Taha»-29-34).

“Ey iman gətirənlər! Allahdan qorxun və (imanında, sözündə, işində) doğru olanlarla olun!” («Tövbə»-119)

Həzrəti-Əli(ə) öz övladlarına belə tövsiyə edir: “Səfərə çıxmamışdan qabaq öz yol yoldaşının əxlaqını öyrən. Evi almamışdan əvvəl qonşunu tanı”.

“Qərib o kəsdir ki, dostu olmaya”

Allahın nemət və rəhmətinə şamil olub, Tanrı qayğısı, köməyi ilə düzgün yola – haqq yola (siratəl-müstəqimə) yönələrək günahdan qorunmuşlar dostluğa layiq şəxslərdir. Bu ayədə deyildiyinə görə, onlar dörd qrupa bölünürlər:

Allaha və peyğəmbərə itaət edənlər, (axirətdə) Allahın nemət verdiyi nəbilər (peyğəmbərlər), siddiqlər (tamamilə doğru danışanlar, etiqadı düzgün, peyğəmbərləri hamıdan əvvəl təsdiq edən şəxslər), şəhidlər və salehlərlə (yaxşı əməl sahibləri ilə) bir yerdə olacaqlar. Onlar isə necə də gözəl yoldaşlardır!” («Nisa»-69)

Bütün bu ayə və rəvayətlərdən belə anlaşılır ki, haqq yolunda sədaqətli və vəfalı yol yoldaşı zəruridir. Təklik və tənhalıq yalnız Allaha məxsusdur. Ey müsəlman mömin qardaş! Əlin peyğəmbər və siddiqlər ətəyinə çatmadığından şəhidlər və salehlərlə birgə ol! Heç vaxt onlardan ayrılma ki, yolunu azmış olarsan.

 

www.ahliman.info

Digər “Mənəviyyat ” Xəbərləri

Bəşir ibn Əmr əl-Həzrəmi Bəşir Yəmənin Həzrəmut vilayətindəndir

Bəşir ibn Əmr əl-Həzrəmi Bəşir Yəmənin Həzrəmut vilayətindəndir. Kərbəlada şəhid oldu. Adı Kərbəla şəhidlərinə məxsus Rəcəbiyyə ziyarətində də keçir. O, əshabdan ən... Davamı..

“Səlvətul-Həzin” Qəmliləri xoşhal edən

“Səlvətul-Həzin” Qəmliləri xoşhal edən İmam Zeynülabidin Əli ibn Hüseyn əs-Səccad (ə) buyurub: Aşura günü atam (ə) bədəninin yaralarından qan gəldiyi halda məni... Davamı..

“Allahın bəndəyə vacib etdiyi ilk iş namazdır

“Allahın bəndəyə vacib etdiyi ilk iş namazdır. Ölüncəyədək öz qüvvəsində qalan iş – (və ölüm zamanı insan üçün qalan son ümid də)... Davamı..

Həzrət Cəbrayılın (ə) Peyğəmbərə (s) Kərbəla türbəti verməsi

Həzrət Cəbrayılın (ə) Peyğəmbərə (s) Kərbəla türbəti verməsi Əhli-Sünnənin böyük hədis alimi, fəqih və məzhəb imamı Əhməd ibn Hənbəl özünün “əl-Müsnəd” adlı... Davamı..

İmam Hüseynin (ə) Kərbəladan qardaşına məktubu

İmam Hüseynin (ə) Kərbəladan qardaşına məktubu “Sanki dünya heç yox imiş və sanki axirət əzəldən var imiş” İmam Baqirdən (ə) rəvayət olunan... Davamı..

Aşura gününün əməlləri

İmam Hüseyn (ə) və Kərbəla şəhidlərinə əzadarlıq etmək. İmam Rza (ə) buyurur: “Allah-Taala, “Aşura” günü işlərini tərk edən şəxsin dünya və axirət... Davamı..

Tasua Gününün Əməlləri

1. Namazlar Gecənin sonunda 4 rükət namaz Hər rükətdə “Həmd” surəsindən sonra: Ayətül-kürsü – 10 dəfə “İxlas” surəsi – 10 dəfə “Fələq”... Davamı..

Məhərrəm ayının birinci gününün əməlləri

“Məhərrəm” – Əhli-beytin və şiələrinin matəm ayıdır. İmam Rzadan (ə) nəql olunur ki, Məhərrəm ayı daxil olanda, heç kim atam imam Kazimi... Davamı..