Hacı Əhliman Rüstəmovun informasiya bloku


Fəcr | Gün | Zöhr | Şam | Gecə
8 Fevral 12:08
Şərh Yoxdur
3888

Ruhun güclənməsinə, əsəblərin qüvvətlənməsinə, depressiyanın aradan getməsinə yardımçı olan “İnsan” surəsinin fəzilətləri

“İnsan” surəsi Quranın 76-cı surəsidir ki, Mədinədə nazil olmuşdur və 31 ayəsi vardır. Bu surənin başqa adları da vardır. O cümlədən: “Dəhr”, “Həl-əta”.

İmam Baqir (ə) bu surə haqqında buyurur: “İmam Həsən (ə) və İmam Hüseyn (ə) uşaq olan zaman xəstələnirlər və Peyğəmbər (s) onları ziyarət edir. İmam Əliyə (ə) buyurur: “Ey Əbəl-Həsən! Əgər uşaqların üçün nəzir etsən, Allah onlara sağlamlıq verər”. İmam Əli (ə), Həzrət Fatimə (s.ə) və Fizzə nəzir edirlər ki, üç gün oruc tutsunlar ki, onların xəstəliyi şəfa tapsın. Birinci gün iftar zamanı bir yoxsul evin qapısına gəlir və yemək istəyir. Onlar öz yeməklərini ona verirlər. İkinci gün iftar zaman yetim və əsir evin qapısına gəlir və onlar yeməklərini ona verirər. Üçüncü gün Zilhiccə ayının 25-i idi və “Həl-əta” surəsi Peyğəmbərə (s) nazil olur”. (Tebyan/Deyerler)

Həzrət Peyğəmbər (s) buyurur: “Hər kim “İnsan” surəsini oxuyar, mükafatı behişt və behişt huriləri olar”.

İmam Sadiq (ə) buyurur: “Hər kim “İnsan” surəsini oxuyar, Allah onu çoxlu behişt huriləri ilə evləndirər və axirət evində Peyğəmbərlə (s) olar”.

İmam Sadiq (ə) buyurur: “Mən cümə axşamı gününün sübh namazında “İnsan” surəsini oxuyan Əhli-beyt (ə) davamçısı üçün zaminəm. Əgər gecə və ya gündüz ölərsə, günahlarına görə hesab vermədən behiştə daxil olar. Onun üçün hesab məhkəməsi olmaz, qəbirdə ondan sorğu-sual olmaz. Əgər sağ olarsa, İlahi amanda olar. Dünya bəlası ondan götürülər və yer canlılarından heç biri gələn cümə axşamı gününə qədər ona ziyan vurmaz”.

Bu surənin bərəkətlərindən biri ondadır ki, ruhun və qəlbin güclənməsinə səbəb olar. Həzrət Peyğəmbər (s) buyurur: “Hər kim “İnsan” surəsini davamlı olaraq oxuyarsa, əgər ruhu zəifdirsə ruhu güclənər. Əgər bu surəni yazsalar və yuyub suyunu içsələr, ürək ağrısı üçün faydalıdır”.

İmam Sadiq (ə) buyurur: “”İnsan” surəsini oxumaq ruhun güclənməsinə, əsəblərin qüvvətlənməsinə səbəb olar və depressiyanın rahatlanması üçün faydalıdır. Əgər kimsə onu oxumaqda zəifdirdə və onu oxuya bilmirsə, bu surəni yazsın və yuyub suyunu içsin və nəfsi zəifliyin qarşısını alar”.

 

www.ahliman.info

Digər “Qurani Kərim ” Xəbərləri

“Əbəsə” surəsi xülasə təfsiri

“Əbəsə” surəsi Rəhman və Rəhim Allahın adı ilə! Üzünü turşudub yana çevirdi. Yanına bir kor gəldiyinə görə. Haradan biləsən, bəlkə o təmizlənib... Davamı..

“Naziat” surəsi xülasə təfsiri

“Naziat” surəsi Rəhman və Rəhim Allahın adı ilə! And olsun (günahkarların canlarını bədənlərindən zorla) çəkib çıxaran mələklərə! And olsun (möminlərin canını) rahatlıqla,... Davamı..

“Nəbə” surəsi xülasə təfsiri

“Nəbə” surəsi Rəhman və Rəhim Allahın adı ilə! Onlar nə barədə bir-birindən soruşurlar? Böyük və əhəmiyyətli bir xəbər (Qiyamət) barəsində – elə... Davamı..

Qurani-kərimin adları

1. “Quran” (oxunan, toplanmış və…) “Həqiqətən, bu Quran (bütün bəşəriyyəti) ən doğru yola (İslama) yönəldir, yaxşı işlər görən möminlərə böyük bir mükafata... Davamı..

Dünya alimlərinin Quran barəsində söylədikləri:

Dünya alimlərinin Quran barəsində söylədikləri: 1. Doctor Henry Corbin, tanınmış fransalı islamşünasın Quran barəsində çox maraqlı bir sözü vardır. O deyir: “Əgər... Davamı..

Qurani-Kərimdə axirət aləmi və onun adları – Allaha doğru qayıdış

Quran ayələrində Qiyamət və axirət aləmi ilə bağlı geniş şəkildə (10-dan çox) işlədilən ifadələrdən biri də “Allaha doğru qayıdış”dır. O cümlədən, “Ənkəbut” surəsinin... Davamı..

Qurani-Kərimdə xeyir və yaxşı işlər

Qurani-Kərimdə xeyir və yaxşı işlər üçün müxtəlif nümunələr göstərilmişdir: 1-Oruc: وَأَن تَصُومُواْ خَيْرٌ لَّكُمْ إِن كُنتُمْ تَعْلَمُونَ “…Oruc tutmaq (çətin və məşəqqətli... Davamı..

“Quran” sözü lüğətdə

Bu barədə Quran və lüğət alimləri tərəfindən müxtəlif fikirlər irəli sürülmüşdür: “Quran” sözü, əslində “qərəə”  kökündən olub, “tilavət” (oxumaq) mənası daşıyır. Şeyx... Davamı..