Hacı Əhliman Rüstəmovun informasiya bloku


Fəcr | Gün | Zöhr | Şam | Gecə
19 May 12:00
Şərh Yoxdur
5538

Ruhumuza gözəl təsir qoyan 5 müstəhəb əməl ilə tanış olaq

Bəzi müstəhəb əməllər bizə yardım edir ki, vacibatları daha gözəl ab-hava ilə yerinə yetirək. Bu əməllərin yardımı ilə şeytanın (lən) vəsvəsə qapılarını bağlayır və nəticədə də az günah etmiş oluruq.

Ruhumuza gözəl təsir qoyan 5 müstəhəb əməl ilə tanış olaq:

1. Həmişə dəstəmazlı olmaq. Bu, elə bir tövfiqdir ki, əgər insana şamil olarsa, çox sayda bərəkətə malik olar. Dəstəmaz insanın Allaha olan diqqətini artırar və zikr yolunu ürək üçün açar. Həzrət Peyğəmbər (s) buyurur: “Əgər gecə və gündüz dəstəmazlı ola bilsən, bu işi yerinə yetir. Çünki əgər dəstəmazlı dünyadan gedərsənsə, şəhid olarsan”.

Həzrət Peyğəmbər (s) buyurur: “Qiyamət gününün sabahısı Allah Təala mənim ümmətimi başqa ümmətlərin arasında dünyada dəstəmaz aldıqları üçün üzü ağ məhşur edəcəkdir və alınları nuranidir”.

2. Quranla yaxın olmaq. Allah Təala Quran vasitəsilə biz insanlarla söhbət edir. O ruh ki, hər gün Allahla söhbət edər, heç bir zaman solmaz. Allah Təala buyurur: “Şübhəsiz, Allahın Kitabını daim oxuyan və namaz qılan, ruzi olaraq onlara verdiklərimizdən (Allah yolunda)gizli və aşkar xərcləyənlər, əsla kasadlığı və ziyanı olmayan bir ticarətə ümidvardırlar ki, Allah onların mükafatlarını mükəmməl şəkildə əta etsin və Öz lütfündən onlar(ın mükafatların)ı artırsın. Çünki, O, çox bağışlayan, (qədir bilən) və təşəkkür (şükür) edəndir”. (“Fatir” 29-30). Həzrət Peyğəmbər (s) buyurur: “Allah Öz kəlamında təcəlli etmişdir, ancaq bəşər onu yaxşı dərk etmir”.

3. Çoxlu istiğfar etmək. Həyatın gündəlik işləri arasında bəzən Allahdan qafil oluruq. Qafil olan insan da günah edər. Əgər bunu yadda saxlasaq ki, Allahdan qafil olmağın pis nəticələri vardır, hər bir kiçik və böyük səhvə görə üzr istəyərik. Necə ki, valideynlərimizdən və müəllimlərimizdən üzr istəyirik. Biz bilməliyik ki, Allah nazirdir və xəta edən bəndə üzr istəməlidir. Həzrət Peyğəmbər (s) buyurur: “Hər kim çoxlu istiğfar edər, Allah hər qüssəyə görə ona rahatlıq verər. Hər bir çıxılmaz yoldan qaçış yolu qoyar və ona güman etmədiyi yerdən ruzi verər”. İsitğfar bais olar ki, günahın qabarı ruhumuzdan silinib getsin və biz mənəviyyata tərəf meyl edərik. Əmirəl-möminin (ə) buyurur: “Allahdan bağışlnamaq istəyərək və istiğfar edərək özünüzü ətirləndirin ki, günahın pis iyi sizi rüsvay etməsin”.

4. Gecə ibadəti. Əgər əxlaqi cəhətdən inkişaf etmək istəyirsinizsə, gecəni dərk edin və onu Allahla münacat etmək üçün ibadət zamanı qərar verin. İmam Baqir (ə) cəddindən nəql edir ki, Allah Təalanın car çəkəni vardır ki, səhərlər fəryad çəkər: “Dua edən vardırmı ki, ona cavab verim və hacətini yerinə yetirim? İstiğfar edən vardırmı ki, onu bağışlayım, tələb edən vardırmı ki, ona əta edim?”.

İmam Baqir (ə) buyurur: “Hər kim vacib namazını haqqına arif olan halda, vaxtında qılarsa, heç bir şeyi ondan üstün bilməzsə – Allah onun üçün cəhənnəmdən bəraət yazar ki, ona əzab verməsin. Hər kim qeyri vaxtında yerinə yetirərsə və başqa şeyi ondan üstün bilərsə, Allah onu bağışlaya da bilər, əzab da verə bilər”. Ramazan ayının gecələri mübarək olduğu üçün ibadətin başqa bir fəziləti vardır və bunu əldən verməyin.

5. Salavat göndərmək. Həzrət Peyğəmbər (s) buyurur: “Harada olursunuzsa-olun, mənə salavat göndərin. Çünki sizin salamınız mənə çatır”. İslam dini salamın cavabını vacib bilir və ona görə də hər kim əziz Peyğəmbərə (s) salam verər, cavabını alar. Həzrət Peyğəmbər (s) buyurur: “Sizin mənə salavat göndərməyiniz hacətinizin rəva olmasına səbəb olar. Allahı sizdən razı edər və əməlinizi pakizə edər”. İmam Əli (ə) tövsiyə edir ki, nə zaman qəmgin olsan, Peyğəmbərə (s) salavat göndər.

 

www.ahliman.info

Digər “Mənəviyyat ” Xəbərləri

Ərbəin’ gününün əməlləri

İmam Hüseynin (ə) ərbəinində o həzrəti yaxından ziyarət etmək müstəhəbdir və o həzrəti həmin gün ziyarət edən birinci şəxs Cabir ibn Abdullah... Davamı..

Bəşir ibn Əmr əl-Həzrəmi Bəşir Yəmənin Həzrəmut vilayətindəndir

Bəşir ibn Əmr əl-Həzrəmi Bəşir Yəmənin Həzrəmut vilayətindəndir. Kərbəlada şəhid oldu. Adı Kərbəla şəhidlərinə məxsus Rəcəbiyyə ziyarətində də keçir. O, əshabdan ən... Davamı..

“Səlvətul-Həzin” Qəmliləri xoşhal edən

“Səlvətul-Həzin” Qəmliləri xoşhal edən İmam Zeynülabidin Əli ibn Hüseyn əs-Səccad (ə) buyurub: Aşura günü atam (ə) bədəninin yaralarından qan gəldiyi halda məni... Davamı..

“Allahın bəndəyə vacib etdiyi ilk iş namazdır

“Allahın bəndəyə vacib etdiyi ilk iş namazdır. Ölüncəyədək öz qüvvəsində qalan iş – (və ölüm zamanı insan üçün qalan son ümid də)... Davamı..

Həzrət Cəbrayılın (ə) Peyğəmbərə (s) Kərbəla türbəti verməsi

Həzrət Cəbrayılın (ə) Peyğəmbərə (s) Kərbəla türbəti verməsi Əhli-Sünnənin böyük hədis alimi, fəqih və məzhəb imamı Əhməd ibn Hənbəl özünün “əl-Müsnəd” adlı... Davamı..

İmam Hüseynin (ə) Kərbəladan qardaşına məktubu

İmam Hüseynin (ə) Kərbəladan qardaşına məktubu “Sanki dünya heç yox imiş və sanki axirət əzəldən var imiş” İmam Baqirdən (ə) rəvayət olunan... Davamı..

Aşura gününün əməlləri

İmam Hüseyn (ə) və Kərbəla şəhidlərinə əzadarlıq etmək. İmam Rza (ə) buyurur: “Allah-Taala, “Aşura” günü işlərini tərk edən şəxsin dünya və axirət... Davamı..

Tasua Gününün Əməlləri

1. Namazlar Gecənin sonunda 4 rükət namaz Hər rükətdə “Həmd” surəsindən sonra: Ayətül-kürsü – 10 dəfə “İxlas” surəsi – 10 dəfə “Fələq”... Davamı..