Hacı Əhliman Rüstəmovun informasiya bloku


Fəcr | Gün | Zöhr | Şam | Gecə
13 May 17:30
Şərh Yoxdur
3186

Ramazan ayında ibadətlərin qəbul olunmasının nişanələri vardır

Ustad Qiraəti Ramazan ayı ilə bağlı buyurur: “Necə ki, namazdan əvvəl azan deyilməlidir, Ramazan ayı gəlməzdən əvvəl də bu qonaqlığa hazırlaşmaq lazımdır.

 

Ramazan ayının əzəməti orucuna görə deyildir, Quranın bu ayda nazil olmasına görədir. Bu ayda həm oruc vacib olmuşdur və həm də Quran nazil olmuşdur. Allah Təala Quranın əzəməti haqqında danışmaq istəyəndə buyurur: “Ramazan ayı insanların bələdçisi, aşkar hidayət dəlillərinə malik və (haqq ilə batili bir-birindən)ayıran Qur’anın nazil olduğu bir aydır”. (“Bəqərə” 185).

 

O insan ki, həsədə, yalana, töhmətə və qeybətə düçar olmuşdur, bu cür xəstəliklər üçün dərman lazımdır. Quran – bütün bu xəstəliklərin şəfa və dəvasıdır. Quran – bürhan və hüccətdir. Əgər nədəsə şəkk edirsənsə, bil ki, Quran sənin bu şəkkini aradan aparacaqdır, çünki insanlıq üçün hüccətdir. Öz dəlilləri ilə sənin şəkkini aradan aparar.

 

Allah Təala Quranda Yusifin (ə) əhvalatını zikr etdikdən sonra buyurur ki, əgər siz öz təqvanızı onun kimi qoruya bilsəniz, Yusifə (ə) verdiklərimizdən sizə də verəcəyik.

 

Biz, Quranın bizi görmək istədiyindən çox geridəyik, baxmayaraq ki, elm inkişaf etmiş və yüzdən çox təfsir vardır. Ancaq günah ətəyimizi buraxmır. Quranın nümunə insanlarından ola bilmirik.

 

Bizim bu müqəddəs ayda ibadətlərimizin qəbul olmasının nişanələri vardır. Əgər ərlə arvad bir-biri ilə tənə ilə danışarsa, deməli əməlləri qəbul olmamışdır.

 

Əgər kimsə bu ayda bir başqasının qeybətini edərsə, deməli əməli qəbul olmamışdır.

 

Əgər kimsə qəlbində bir başqasının pisliyini istəyərsə və niyyəti bu olar ki, ona ziyan vursun – namaz və ibadətləri qəbul olmaz.

 

Əgər kiminsə gəliri haramdır və bu haram tikə ilə iftar edirsə – əməlləri qəbul deyildir.

 

Ona görə də ey əzizlərim! Bu ayda çalışmalıyıq ki, əməllərimiz qəbul olsun. Bəzən kiçik bir əməlimizi Allah qəbul edir, ancaq böyük əməllərimizi qəbul etmir”. (Tebyan/Deyerler)

 

www.ahliman.info

Digər “Mənəviyyat ” Xəbərləri

Bəşir ibn Əmr əl-Həzrəmi Bəşir Yəmənin Həzrəmut vilayətindəndir

Bəşir ibn Əmr əl-Həzrəmi Bəşir Yəmənin Həzrəmut vilayətindəndir. Kərbəlada şəhid oldu. Adı Kərbəla şəhidlərinə məxsus Rəcəbiyyə ziyarətində də keçir. O, əshabdan ən... Davamı..

“Səlvətul-Həzin” Qəmliləri xoşhal edən

“Səlvətul-Həzin” Qəmliləri xoşhal edən İmam Zeynülabidin Əli ibn Hüseyn əs-Səccad (ə) buyurub: Aşura günü atam (ə) bədəninin yaralarından qan gəldiyi halda məni... Davamı..

“Allahın bəndəyə vacib etdiyi ilk iş namazdır

“Allahın bəndəyə vacib etdiyi ilk iş namazdır. Ölüncəyədək öz qüvvəsində qalan iş – (və ölüm zamanı insan üçün qalan son ümid də)... Davamı..

Həzrət Cəbrayılın (ə) Peyğəmbərə (s) Kərbəla türbəti verməsi

Həzrət Cəbrayılın (ə) Peyğəmbərə (s) Kərbəla türbəti verməsi Əhli-Sünnənin böyük hədis alimi, fəqih və məzhəb imamı Əhməd ibn Hənbəl özünün “əl-Müsnəd” adlı... Davamı..

İmam Hüseynin (ə) Kərbəladan qardaşına məktubu

İmam Hüseynin (ə) Kərbəladan qardaşına məktubu “Sanki dünya heç yox imiş və sanki axirət əzəldən var imiş” İmam Baqirdən (ə) rəvayət olunan... Davamı..

Aşura gününün əməlləri

İmam Hüseyn (ə) və Kərbəla şəhidlərinə əzadarlıq etmək. İmam Rza (ə) buyurur: “Allah-Taala, “Aşura” günü işlərini tərk edən şəxsin dünya və axirət... Davamı..

Tasua Gününün Əməlləri

1. Namazlar Gecənin sonunda 4 rükət namaz Hər rükətdə “Həmd” surəsindən sonra: Ayətül-kürsü – 10 dəfə “İxlas” surəsi – 10 dəfə “Fələq”... Davamı..

Məhərrəm ayının birinci gününün əməlləri

“Məhərrəm” – Əhli-beytin və şiələrinin matəm ayıdır. İmam Rzadan (ə) nəql olunur ki, Məhərrəm ayı daxil olanda, heç kim atam imam Kazimi... Davamı..