Hacı Əhliman Rüstəmovun informasiya bloku


Fəcr | Gün | Zöhr | Şam | Gecə
28 Aprel 09:30
Şərh Yoxdur
7944

Ramazan ayı həyatı dəyişdirmək üçün bir fürsətdir

Mübarək Ramazan ayı həyatı yaxşılığa doğru dəyişmək, Quranla ünsiyətdə olmaq, özünü düzəltmək və fəaliyəti İslam prinsiplərinə əsasən qurmaq üçün ən münasib fürsətdir.

Ümumiyyətlə, Ramazan ayındakı yaşayış tərzini 4 qismə bölmək olar:

  1. Allahla rabitə
  2. Özü ilə rabitə
  3. Ailə ilə rabitə
  4. Yaşadığı ətrafla rabitə.

Oruc tutmaq Allahla bəndə arasındakı münasibətə birbaşa təsir edir. Çünki Allah bizi rəhməti üzündən yaradıb və bu ayda bəndə üçün xüsusi abı-hava yaradıb ki, o, öz ürək sözlərini xaliqə deyə bilsin.

İnsanda bütün varlıqlardan üstün olduğu üçün müəyyən xislətlər qoyulub. Lakin o, bundan qafildir. Ramazan ayı isə insanın özünə gəlməsi üçün bir fürsətdir. Bəndə anlamalıdır ki, Allahın əmrinə itaətdə nə qədər səhlənkarlıq edir. Mübarək Ramazan ayı insan üçün bir illik qəflətdən oyanması üçün əlverişli fürsətdir. Bu gün cəmiyyətdə insanın ruhuna olduqca mənfi təsir qoyan internet və peyk antenaları kimi bir sıra avadanlıqlar  mövcuddur. Ramazan ayı isə bəndəyə günahlardan uzaq olub, Allaha yaxınlaşmaq üçün kömək edə bilər. Elə bir kömək ki, orucluğun sonunda insan özünün əsaslı şəkildə dəyişildiyini hiss edə bilər. Ramazan ayı insana düzgün maddi və mənəvi həyat sürməyə öyrədir.

Müsəlmanlar anlamalıdır ki, qeyri-İslami həyatın necə də pis nəticəsi var. Ramazan ayında oruc tutan kəs azacıq səy etməklə, sürətlə paklığa doğru irəliləyəcəyinə ümid edə bilər. Həmçinin öz imanının çoxalmasını istəyən kəs zamandan düzgün istifadə etməli, gecələr oyaq qalıb ibadətdə keçirməli və sileyi-rəhm etməlidir – qohumlara, ata və anaya baş çəkməlidir.

 

www.ahliman.info

Digər “Mənəviyyat ” Xəbərləri

Həzrət Cəbrayılın (ə) Peyğəmbərə (s) Kərbəla türbəti verməsi

Həzrət Cəbrayılın (ə) Peyğəmbərə (s) Kərbəla türbəti verməsi Əhli-Sünnənin böyük hədis alimi, fəqih və məzhəb imamı Əhməd ibn Hənbəl özünün “əl-Müsnəd” adlı... Davamı..

İmam Hüseynin (ə) Kərbəladan qardaşına məktubu

İmam Hüseynin (ə) Kərbəladan qardaşına məktubu “Sanki dünya heç yox imiş və sanki axirət əzəldən var imiş” İmam Baqirdən (ə) rəvayət olunan... Davamı..

Aşura gününün əməlləri

İmam Hüseyn (ə) və Kərbəla şəhidlərinə əzadarlıq etmək. İmam Rza (ə) buyurur: “Allah-Taala, “Aşura” günü işlərini tərk edən şəxsin dünya və axirət... Davamı..

Tasua Gününün Əməlləri

1. Namazlar Gecənin sonunda 4 rükət namaz Hər rükətdə “Həmd” surəsindən sonra: Ayətül-kürsü – 10 dəfə “İxlas” surəsi – 10 dəfə “Fələq”... Davamı..

Məhərrəm ayının birinci gününün əməlləri

“Məhərrəm” – Əhli-beytin və şiələrinin matəm ayıdır. İmam Rzadan (ə) nəql olunur ki, Məhərrəm ayı daxil olanda, heç kim atam imam Kazimi... Davamı..

Qədir-Xum gününün əməlləri

Zil-hiccə ayının 18-i  “Qədir-Xum” gündür və İslamda ən böyük bayramlardan biridir. Bir rəvayətdə imam Sadiqdən (ə): “Müsəlmanların cümə günü, “Fitr” və “Qurban”... Davamı..

Qurban bayramının əməlləri

Zilhiccə ayının 10-cu günü  Qurban bayramıdır və çox şərəfli bir gündür. Həmin günün bir neçə əməli vardır. 1. Qüsl etmək; 2. Bayram... Davamı..

ƏRƏFƏ GÜNÜ – DUA GÜNÜ

Ərəfə” günü bütün rəmz və sirləri ilə birgə yenə gəlib çatmaqdadır. Mərifət günü, elə bir gün ki, qəlblərin baxışı səmaya dikəlib! “Ərəfat”... Davamı..