Hacı Əhliman Rüstəmovun informasiya bloku


Fəcr | Gün | Zöhr | Şam | Gecə
9 Mart 09:32
Şərh Yoxdur
7649

Rəcəb ayının 13, 14 və 15-nin əməlləri. Əyyami-bəyzin

Rəcəb ayının 13, 14, 15 günləri Əyyami-bəyz günləri hesab edilir. Bu günlərin xüsusi əməlləri vardır.

 

13-cü günün gecəsinin əməlləri.

Rəcəb, Şəban, Ramazan aylarının 13-cü gününün gecəsində müstəhəbdir ki, iki rükət namaz qılınsın. Hər rükətdə bir dəfə ”Həmd” və “Yasin”, “Mulk”, “Tövhid” surələri oxunar. 14-cü gecədə 4 rükət, yəni yuxarıdakı zikr edilən namazın iki rükət artığı. 15-ci gecədə isə 6 rükət namaz qılınar və yuxarıda zikr edilən namaz kimidir və üç salamı vardır. İmam Sadiq (ə) buyurur: “Hər kim bu əməlləri yerinə yetirərsə, hər üç ayın fəzilətlərini dərk etmiş olar. Şirkdən başqa bütün günahları bağışlanar”.

 

13-cü günün gündüzü

Bu üç gündə oruc tutmağın böyük savabı vardır. Əgər kimsə Ümmü Davudun əməllərini yerinə yetirməyi qəsd edibsə, gərək bu günü oruc tutsun.

 

Rəcəb ayının 15-ci gününün əməlləri.

 

Rəcəb ayının 15-i gecəsi şərəfli bir gecədir. Bir neçə əməli vardır ki, yerinə yetsək yaxşı olar.

1. Qüsl.

2. O gecəni ibadətlə əhya saxlamaq.

3. İmam Hüseyni (ə) ziyarət etmək. (Yaxından və uzaqdan).

4. 6 rükət namazdır ki, yuxarıda zikr edildi.

5. 30 rükətli namazdır ki, hər rükətində “Həmd” və on dəfə” Tövhid” oxunar. Bu namazı Seyyid Tavus Peyğəmbərdən (s) nəql edir ki, savabı böykdür.

6. 12 rükətli namazdır ki, hər iki rükətindən sonra salam verilir. Hər rükətində “Həmd”, “Tövhid”, “Fələq”, “Nas”, “Ayətül-kürsü” – hərəsi 1 dəfə. “Qədr” surəsini 4 dəfə qiraət edilir. Salamdan sonra 4 dəfə deyilir: “Əllahu Əllahu Rabbi lə uşriku bihi şəy’ə, və lə əttəxizu min dunihi vəliyyə”. Bundan sonra hər nə hacətin varsa de. Bu namazı Seyyid Tavus İmam Sadiqdən (ə) nəql etmişdir.

 

Davud ibni Sərhan İmam Sadiqdən (ə) nəql edir ki, buyurub: “Rəcəb ayının 15-də 12 rükətli namaz iqamə edin. Hər birində bir dəfə “Həmd” və bir dəfə də “Tövhid” oxunar. Namazdan sonra isə “Həmd”, “Nas”, “Fələq”, “Tövhid”, “Ayətül-kürsü” surələrini 4 dəfə oxuyursan. Ondan sonra isə təcbihati-ərbəə dörd dəfə zikr edilər. Sonda isə bu duanı deyərlər:  “Əllahu Əllahu Rabbi lə uşriku bihi şəy’ə, və ma şaəllahu lə qüvvətə illə billəhil-aliyyil-azim”. Bu əməli həmçinin Rəcəb ayının 27-ci gecəsində yerinə yetirmək də tövsiyə edilir.(Tebyan/Deyerler)

 

Ümmi Davud əməli.

Ummi Davud əməli bu günlərin xüsusi əməllərindəndir. Hacətin yerinə yetməsi, qüssə və qəmin aradan getməsi, zalımların zülmünü dəf etmək üçün faydalı əməldir. Hər kim bu əməli yerinə yetirmək istəsə, Rəcəb ayının bu üç gününü oruc tutsun: 13, 14, 15 günlərini. 15-ci günü zöhrə yaxın qüsl alsın. Sonra isə zöhr və əsr namazlarını qılsın. Ruku və səcdələrini gözəl şəkildə yerinə yetirsin. Xəlvət bir yerə çəkilsin. Onu heç bir şey məşğul etməsin. Heç kim onunla söhbət etməsin. Namazını qurtarandan sonra isə üzü qibləyə əyləşib, yüz dəfə”Həmd” surəsini, yüz dəfə “Tövhid” surəsini, on dəfə “Ayətül-kürsünü” qiraət etsin. Ondan sonra isə “Ənam”, “Bəni-İsrayil”, “Kəhf”, “Loğman”, “Yasin”, “Saffat,” “Səcdə”, “Şura”, “Duxan”, “Fəth”, “Vaqiə”, “Mulk”, “İnşiqaq” surəsindən Quranın axırına qədər olan surələri oxuyursan. Bu deyilən surələri oxuyandan sonra isə Ümmi-Davudun duasını qiraət edirsən ki, “Məfatihul-cinan” kitabında mövcuddur. Duadan sonra isə göz yaşı töküb səcdəyə gedir və Allahdan hacətini istəyirsən.

İltimasi-dua.

 

www.ahliman.info

Digər “Mənəviyyat ” Xəbərləri

İMAM ƏLİ (Ə) İLƏ XANIM ZƏHRANIN (S) EVLƏNMƏSİ

Zilhəccə ayının 1-ci günü  imam Əmirəlmöminin Əli (ə) ilə xanım Fatimeyi-Zəhranın (s) evləndiyi gündür. Elə bu məqsədlə, onların evlənməsi ilə bağlı qısa... Davamı..

Zilhiccə ayının 1-ci gününün məxsus əməlləri

Zilhiccə ayının birinci günü çox mübarək gündür və həmin gün bir neçə əməlin yerinə yetirilməsi tövsiyə olunur: 1. Oruc tutmaq;birinci günün orucu səksən... Davamı..

İmam Rzanın (ə) İmam Cavada (ə) məktubu

Əhməd ibn Məhəmməd ibn Əbu Nəsr Bəzənti belə  nəql edir: قَرَأتُ كِتابَ أبِي الحَسَنِ الرِّضا إلى أبي جَعفَرٍ‘: ياأبا جَعفَرٍ، بَلَغَني أنَّ... Davamı..

Sevgi ilə qəzəbin və ya əzəmətlə gözəlliyin vəhdəti

Allah bəsit həqiqətdir, heç bir çoxluğa malik deyil. Bu səbəbdən də substansional atributları elə Onun substansiyasından ibarətdir. Deməli, Allahın gözəl adları tək... Davamı..

Namaz vaxtlarını qoruyun

Həzrət İmam Rza (ə): “Namaz vaxtlarını qoruyun – (namazlarınızı vaxtında qılın), çünki insan başına gələcək hadisələrdən amanda deyil. Hər kəs namazın əvvəl... Davamı..

Hansı imamın ziyarəti daha fəzilətlidir?

Hansı imamın ziyarəti daha fəzilətlidir? Bəzi hədislərə əsasən İmam Rzanın (ə) ziyarəti İmam Hüseynin (ə) ziyarətindən daha fəzilətlidir. Bu hədisləri eşidən bir... Davamı..

QOHUMLUQ ƏLAQƏLƏRİNİN KƏSİLMƏSİ

QOHUMLUQ ƏLAQƏLƏRİNİN KƏSİLMƏSİ Artıq məlum oldu ki, qohum-əqrəba ilə gözəl münasibətdə olmaq, onların dərd-qəminə şərik çıxmaq, qarşılaşdıqları çətinliklərdə onlara köməklik etmək hər... Davamı..

QOHUM-ƏQRƏBA İLƏ GÖZƏL ÜNSİYYƏT

QOHUM-ƏQRƏBA İLƏ GÖZƏL ÜNSİYYƏT Hər bir müsəlmanın üzərinə düşən digər ictimai vəzifələrdən biri də qohum-əqraba ilə sıx ünsiyyətdə olması və onlarla gözəl... Davamı..