Hacı Əhliman Rüstəmovun informasiya bloku


Fəcr | Gün | Zöhr | Şam | Gecə
7 Sentyabr 16:51
Şərh Yoxdur
3464

Rəcəbəli Xəyyat: Dörd ildir ki, sən bir dəfə də olsun bacına baş çəkməmisən!

Ustad Abdullah Fatimi Niya buyurur: Tehranda yaşayan saleh bəndə və bəsirət sahiblərindən biri mənə nəql etmişdi ki, bu danışdığım əhvalat inqilabdan öncə baş vermişdir. Onun doğruluğuna şübhəm yoxdur:

Bir şəxsin başına böyük bir iş gəlmişdi, edam edilmə və ya ömürlük həbsdə qalma təhlükəsi ilə qarşılaşmışdı. Bir nəfər ona bir xətm (zikr) öyrətdi ki, qırx gün xətmi oxumalı və əməl etməli idi. Deyir, qırx gün tamam oldu və bir gün ürəyimə belə bir fikir gəldi ki, çıxım mənzildən kənara. Mənzildən çıxdıqda yaşlı bir kişi mənə yaxınlaşaraq: “Çiynində əba, başında ağ araqçın olan yaşlı kişini görürsənmi?” deyə soruşdu. “Düşdüyün çətinliyin həlli o şəxsin əlindədir!” (Sonradan məlum oldu ki, əbalı və ağ araqçınlı həmin şəxs Ağa  Şeyx Rəcəbəli Xəyyat imiş. Ağa Şeyx Rəcəbəli xüsusi əxlaqa malik bir insan olmuşdur, sanki Allah ona xüsusi bir inayət əta etmişdi. Müctəhidlərin özləri belə onun yanına gedir, qarşısında əyləşərək ondan istifadə edirlər. Zəmanəsinin bir çox alimləri iltimas edərdilər ki, onlara bir nəzər yetirsin!)

Deyir ki, dərhal özümü həmin şəxsin yanına çatdırdım, salam verib dedim: Düşdüyüm çətinliyin həll edilməsi  üçün məni sizin yanınıza göndəriblər! Sözümü bitirdikdən sonra mənə dedi:

Dörd ildir ki, sənin bacının əri dünyasını dəyişmişdir və sən indiyədək bir dəfə də olsun bacına baş çəkməmisən! Bununla belə düşdüyün çətinliyin həll olmasını istəyirsən?

Deyir ki, getdim bacımgilə, qapını döydüm. Bacım uşaqları ilə birlikdə qapını açdı və ağlayaraqgiley-güzar etməyə başladı. Onları bir təhər razı sala bildim və bəzi şeylər alaraq onları sevindirdim, geriyə qayıtdım. Səhəri gün, sübh çağı çətinliyim həll oldu, halbuki heç bir vasitə ilə həll olunan bir iş deyildi!

 

www.ahliman.info

Digər “Mənəviyyat ” Xəbərləri

Bəşir ibn Əmr əl-Həzrəmi Bəşir Yəmənin Həzrəmut vilayətindəndir

Bəşir ibn Əmr əl-Həzrəmi Bəşir Yəmənin Həzrəmut vilayətindəndir. Kərbəlada şəhid oldu. Adı Kərbəla şəhidlərinə məxsus Rəcəbiyyə ziyarətində də keçir. O, əshabdan ən... Davamı..

“Səlvətul-Həzin” Qəmliləri xoşhal edən

“Səlvətul-Həzin” Qəmliləri xoşhal edən İmam Zeynülabidin Əli ibn Hüseyn əs-Səccad (ə) buyurub: Aşura günü atam (ə) bədəninin yaralarından qan gəldiyi halda məni... Davamı..

“Allahın bəndəyə vacib etdiyi ilk iş namazdır

“Allahın bəndəyə vacib etdiyi ilk iş namazdır. Ölüncəyədək öz qüvvəsində qalan iş – (və ölüm zamanı insan üçün qalan son ümid də)... Davamı..

Həzrət Cəbrayılın (ə) Peyğəmbərə (s) Kərbəla türbəti verməsi

Həzrət Cəbrayılın (ə) Peyğəmbərə (s) Kərbəla türbəti verməsi Əhli-Sünnənin böyük hədis alimi, fəqih və məzhəb imamı Əhməd ibn Hənbəl özünün “əl-Müsnəd” adlı... Davamı..

İmam Hüseynin (ə) Kərbəladan qardaşına məktubu

İmam Hüseynin (ə) Kərbəladan qardaşına məktubu “Sanki dünya heç yox imiş və sanki axirət əzəldən var imiş” İmam Baqirdən (ə) rəvayət olunan... Davamı..

Aşura gününün əməlləri

İmam Hüseyn (ə) və Kərbəla şəhidlərinə əzadarlıq etmək. İmam Rza (ə) buyurur: “Allah-Taala, “Aşura” günü işlərini tərk edən şəxsin dünya və axirət... Davamı..

Tasua Gününün Əməlləri

1. Namazlar Gecənin sonunda 4 rükət namaz Hər rükətdə “Həmd” surəsindən sonra: Ayətül-kürsü – 10 dəfə “İxlas” surəsi – 10 dəfə “Fələq”... Davamı..

Məhərrəm ayının birinci gününün əməlləri

“Məhərrəm” – Əhli-beytin və şiələrinin matəm ayıdır. İmam Rzadan (ə) nəql olunur ki, Məhərrəm ayı daxil olanda, heç kim atam imam Kazimi... Davamı..