Hacı Əhliman Rüstəmovun informasiya bloku


Fəcr | Gün | Zöhr | Şam | Gecə
21 İyul 09:56
Şərh Yoxdur
3315

Qurban bayramında 5 gözəl əməl

Uca Allahın nəzərinə görə Yer kürəsinin ən üstün məkanı – Məkkədir. Çünki Kəbə evi orada yerləşir. Ona görə də ən fəzilətli əməl – Kəbə evini ziyarət etməkdir.

 

İmam Cavad (ə) buyurur: “Qurban bayramında beş şeydən fəzilətlisi yoxdur:

1. Qurban kəsmək.

2. Ata və anaya yaxşılıq niyyətilə yol getmək. (Yəni yaxşılıq etmək).

3. Əlaqəsini kəsdiyi qohumuna nəyisə bağışlamaq və salamı başlatmaq.

4. Qurbanın ən yaxşı yerindən başqalarına yemək vermək və qalanını yoxsul və yetim qonşulara vermək.

5. Əsirlərə dəstək olmaq”.

 

Qurban kəsmək – bu bayramın ən böyük fəzilətli əməlidir ki, hər bir imkanı olan insan bu işi görməlidir. Qurban kəsmək ancaq hacılara aid əməl deyildir. Mahiyyətcə bu əməli hər bir maddi imkanı olan müsəlman etməlidir.

 

Həzrət Peyğəmbər (s) buyurur ki, hər kim xalis şəkildə Allah üçün qurban kəsərsə, onun qurbanlığının qanının yerə düşən ilk damcısı günahlarının kəffarəsi olar. Qurban bayramında edilən dualar qəbul olar. Ona görə də Allaha dua edək və yalvaraq. Heç kəs bu günü əliboş qayıtmaz.

Ata və anaya yaxşılıq etmək – Müqəddəs Quranın tövsiyələrindəndir. Hər kəs həmin gündə və başqa günlərdə ata və anasını sevindirərsə, Allah da onu sevindirər. İmam Sadiq (ə) buyurur: “Ən üstün əməllər: əvvəl vaxtda qılınan namaz, valideynlərə yaxşılıq etmək və Allah yolunda cihad etməkdir”.

 

Hər kim qohumlarla əlaqəni kəsərsə, Uca Allahın qəzəbinə səbəb olar. Ona görə də bu bayram – barışmaq üçün yaxşı fürsətdir.Gəlin bu bayramda küsülüləri barışdıraq və ya özləri barışıb sülhü təmin etsinlər. Salamı başlatsınlar. Bu əməllə həm Allahı və Peyğəmbərini (s) sevindirər və həm də qohumu ilə əlaqəsini bərpa etmiş olar.(Beytutə/Deyerler)

 

Quran bayramında bu beş əməli yerinə yetirməyi unutmayaq və onun fəzilətlərindən bəhrələnək.

Qurban Bayramınız mübarək olsun.

 

www.ahliman.info

Digər “Mənəviyyat ” Xəbərləri

Həzrət Cəbrayılın (ə) Peyğəmbərə (s) Kərbəla türbəti verməsi

Həzrət Cəbrayılın (ə) Peyğəmbərə (s) Kərbəla türbəti verməsi Əhli-Sünnənin böyük hədis alimi, fəqih və məzhəb imamı Əhməd ibn Hənbəl özünün “əl-Müsnəd” adlı... Davamı..

İmam Hüseynin (ə) Kərbəladan qardaşına məktubu

İmam Hüseynin (ə) Kərbəladan qardaşına məktubu “Sanki dünya heç yox imiş və sanki axirət əzəldən var imiş” İmam Baqirdən (ə) rəvayət olunan... Davamı..

Aşura gününün əməlləri

İmam Hüseyn (ə) və Kərbəla şəhidlərinə əzadarlıq etmək. İmam Rza (ə) buyurur: “Allah-Taala, “Aşura” günü işlərini tərk edən şəxsin dünya və axirət... Davamı..

Tasua Gününün Əməlləri

1. Namazlar Gecənin sonunda 4 rükət namaz Hər rükətdə “Həmd” surəsindən sonra: Ayətül-kürsü – 10 dəfə “İxlas” surəsi – 10 dəfə “Fələq”... Davamı..

Məhərrəm ayının birinci gününün əməlləri

“Məhərrəm” – Əhli-beytin və şiələrinin matəm ayıdır. İmam Rzadan (ə) nəql olunur ki, Məhərrəm ayı daxil olanda, heç kim atam imam Kazimi... Davamı..

Qədir-Xum gününün əməlləri

Zil-hiccə ayının 18-i  “Qədir-Xum” gündür və İslamda ən böyük bayramlardan biridir. Bir rəvayətdə imam Sadiqdən (ə): “Müsəlmanların cümə günü, “Fitr” və “Qurban”... Davamı..

Qurban bayramının əməlləri

Zilhiccə ayının 10-cu günü  Qurban bayramıdır və çox şərəfli bir gündür. Həmin günün bir neçə əməli vardır. 1. Qüsl etmək; 2. Bayram... Davamı..

ƏRƏFƏ GÜNÜ – DUA GÜNÜ

Ərəfə” günü bütün rəmz və sirləri ilə birgə yenə gəlib çatmaqdadır. Mərifət günü, elə bir gün ki, qəlblərin baxışı səmaya dikəlib! “Ərəfat”... Davamı..